Satış var, pul yoxdur
Nisyə satış biznesi böyüdür, amma nəzarətsiz qalanda pul axınını dayandırır. Dövriyyə yüksək görünür, amma maaş və təchizatçı ödənişi vaxtı gələndə kassada pul olmur. Səbəb adətən sadədir: kimin nə qədər borclu olduğu, hansı ödənişin artıq gecikdiyi bir yerdə görünmür.
Debitor və kreditor borc nədir
- Debitor borc: müştərilərin sizə olan borcu, yəni gələcək mədaxiliniz.
- Kreditor borc: sizin təchizatçılara olan borcunuz, yəni gələcək məxaricinizdir.
İkisini birlikdə görmək vacibdir. Debitor borc yığılmırsa, kreditor borcu ödəmək üçün pul tapmaq çətinləşir.
Borca nəzarətin 4 vərdişi
- Hər müştəriyə borc limiti qoyun. Limit aşılanda bunu satış anında görmək lazımdır, sonra yox.
- Ödəniş tarixini satışla birlikdə yazın. Hissə-hissə ödənişlərdə hər hissənin öz tarixi olmalıdır.
- Gecikməni gün ilə ölçün. "Borcludur" demək azdır, neçə gün gecikdiyi bilinməlidir.
- Xatırlatmanı vaxtında göndərin. Müştəri borcu çox vaxt unudur, inkar etmir.
Prospect Cloud ERP-də borclar necə görünür
- Debitor və kreditor borclar: kimin sizə, sizin kimə borcunuz var. Borc limiti aşılanda görünür.
- Gecikən məbləğ: son ödəniş tarixi keçən borcların məbləği və gecikmə günləri.
- Ödəniş cədvəli: hissə-hissə ödənişlərdən hansının vaxtı çatıb, hansı gecikir.
- Qarşılıqlı hesablaşma: hər müştəri və təchizatçı ilə hesablaşmanın tam mənzərəsi.
Nəzarət panelində debitor və kreditor borclar, pul vəsaitləri və satışlar bir baxışda görünür.
Xatırlatmanı sistem göndərsin
Borcu zəng edərək xatırlatmaq həm vaxt aparır, həm də unudulur. Prospect Cloud ERP-də borc xatırlatması müştəriyə WhatsApp və ya SMS ilə gedir. Rəhbər isə vaxtı çatan ödənişlər barədə bildirişləri Telegram-da alır və sistemə daxil olmadan vəziyyətdən xəbərdar olur.
Müqavilə ilə işləyən bizneslər üçün
Topdan və layihə əsaslı işdə borc çox vaxt müqaviləyə bağlıdır. Sistemdə hər müqavilənin icra statusu, öhdəlikləri və ona bağlı qaimələrin tam və ya qismən ödənilməsi görünür. Belə olanda borc mübahisəsi rəqəmlə həll olunur.
Nəticə
Debitor borca nəzarət mürəkkəb maliyyə işi deyil: limit, tarix, gecikmə günü və vaxtında xatırlatma kifayətdir. Bunu cədvəldə yox, satışla bağlı sistemdə aparanda rəqəm həmişə aktual olur. Borclarınızın sistemdə necə görünəcəyini 20–30 dəqiqəlik ödənişsiz tanışlıqda göstəririk: +994 77 277 61 77.




















































