Prospect Cloud ERP nədir?
Prospect Cloud ERP, biznesinizin maliyyə, satış, anbar, istehsalat və insan resursları kimi əsas sahələrini avtomatlaşdıran və vahid bir sistemdə idarə etməyə imkan verən bulud əsaslı proqramdır.
Prospect Cloud ERP-ni hansı şirkətlər istifadə edə bilər?
Bu ERP sistemi müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər üçün uyğundur. İstehsalat, ticarət, inşaat, avto-sənaye, topdansatış və s. bizneslər üçün effektiv həllər təqdim edir. Sizin proseslərə uyğunluğu fərdi təqdimat zamanı göstəririk.
Prospect Cloud ERP-nin əsas üstünlükləri nələrdir?
Vahid platformada bütün biznes proseslərinin idarə olunması. Real vaxt rejimində hesabat və analitika. Bulud texnologiyası ilə istənilən yerdən giriş imkanı. Fərdi yanaşma və biznes ehtiyaclarına uyğun tənzimlənən modullar. Daimi yenilənmələr və 24/7 texniki dəstək. Yerli bazarın tələblərinə uyğun hazırlanması.
ERP sisteminə keçid biznesimə nə qazandıracaq?
ERP sistemi ilə biznes proseslərini daha səmərəli idarə edərək xərcləri optimallaşdıra, iş proseslərini sürətləndirə və qərarverməni asanlaşdıra bilərsiniz.
Prospect Cloud ERP-ni sınaqdan keçirə bilərəmmi?
Bəli, ERP sistemini 1 ay pulsuz sınaqdan keçirə bilərsiniz. Bunun üçün qeydiyyat etməyiniz və yaxud bizimlə əlaqə saxlamağınız kifayətdir. 20–30 dəqiqəlik tanışlıq da ödənişsizdir: biznesinizə uyğun əməliyyatları və hesabatları təqdim edirik.
Prospect Cloud ERP-ni necə əldə edə bilərəm?
ERP sistemini rəsmi vebsaytdan qeydiyyatdan keçərək, eləcə də +994 77 277 61 77 nömrəsi vasitəsilə konsultantlarımızla əlaqə saxlayaraq əldə edə bilərsiniz.
ERP sistemini quraşdırmaq üçün xüsusi avadanlıq lazımdırmı?
Xeyr, Prospect Cloud ERP bulud əsaslı olduğu üçün əlavə server və avadanlıq tələb etmir. Platformadan internet üzərindən istifadə edirsiniz, sadəcə kiçik aylıq abunə haqqı ödəyərək proqramdan tam faydalana bilərsiniz.
Prospect Cloud ERP mobil cihazlarda işləyirmi?
Bəli, bu proqram təminatı mobil cihazlar üçün tam responsiv və funksionaldır. İstənilən cihazdan giriş edə bilərsiniz.
Excel məlumatlarımı sistemə keçirə bilərəmmi?
Excel idxalı mövcuddur. Fayl strukturu və məlumatların uyğunluğu tətbiq zamanı yoxlanılır.
İşçilərin təlimi necə keçirilir?
Komanda onlayn təlimlərlə istifadəni öyrənir. Qurulum və tətbiqin həcmi ehtiyaclarınıza uyğun müzakirə edilir.
Prospect Cloud ERP üçün texniki dəstək varmı?
Bəli, 24/7 texniki dəstək komandamız sizə istənilən zaman kömək etməyə hazırdır.
Prospect Cloud ERP qiymətləri necə müəyyən olunur?
Qiymətlər biznesin ölçüsü, seçilmiş modullar və istifadəçi sayına əsasən dəyişir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəmiz: +994 77 277 61 77