Seqmentdən asılı olmayaraq, biznesdə rəqabət günü-gündən artır. Rəqiblər çoxalır, deməli hansısa tədbirləri görməyə tələsmək lazımdır.
Daha çox səy və vəsait sərf etdiyiniz halda rəqiblərinizə çata bilmirsiniz?
Burda bir neçə səbəb ola bilər:
- hesabat və fəaliyyətin yanlış analizi
- sazişlərin aparılmasına nəzarətin olmaması
- uzunmüddətli sifariş emalı
- satış və marketinqin aşağı effektivliyi
Müasir tədqiqatçıların hesablamalarına görə, 78% sahibkar bu problemlərlə üzləşir. Onlardan birdəfəlik necə qurtarmaq olar? Həlli var!
CRM - müştərilərlə əlaqə strategiyalarının avtomatlaşdırılması, xüsusilə satış səviyyəsinin yüksəldilməsi, marketinqin optimallaşdırılması və müştərilər və onlarla qarşılıqlı münasibətlərin tarixçəsi məlumatını qorumaq yolu ilə xidmətin, həmçinin biznes proseslərin yaxşılaşdırılması, hesabatların dəqiq nəticələrinin alınması üçün nəzərdə tutulan müştəri bazası üçün proqramdır.
Bu istənilən biznesə lazım olan, işlənməsi həm rəhbər, həm də əməkdaşlara rahat olan proqramdır.
Onun başlıca məqsədi satış və marketinqin effektivliliyinin artırılması, müştəri bazasının bütövlüyü, müştərilərə xidmətin yüksək səviyyəyə çıxarılması, işlərin ətraflı hesabatını aparmaq imkanı, onun analizi. Və bu məsələlərin həlli üçün CRM sistemi istifadəsində yüngül olan bir neçə alətləri özündə cəmləyir: SMS paylaşma modulu, vizual satış voronkası, qrafik hesabatları, menecerlər üçün xatırlatmalar, əməkdaşların istifadə hüquqları və s.
Müştəri bazası üzrə sürətli və rahat axtarış, seqmentasiya və fərdi yanaşma sizə müştərilərin loyallığının və məmnunluğunun artırılması üçün yeni imkanlar yaradacaq.
Bundan başqa, bütün bunlar üçün ofisdə olmaq vacib deyil, telefonda CRM-i işə salmaq kifayətdir!
İnsan amilindən qurtulun, bütün satış prosesini və müştərilərlə əlaqələri nəzarətə götürün, vaxta qənaət edin və fəaliyyətin səmərəliliyini düzgün analiz edərək, səylərinizi biznesinizin ağrılı nöqtələrinə yönəldin.
Əgər Siz müştərilərlə sistemli işə keçməyə hazırsınızsa bizimlə əlaqə saxlayın. Biz sizə bizim CRM-in hər bir imkanını göstərməyə hazırıq!




















































