1. Sifarişlərin zəif emalı
Elektron cədvəllərin və kağız sənədlərin emalı çox vaxt aparır. CRM dağınıq "zənciri" bir interfeysə birləşdirərək, təkrarlanan məsələlərin və məlumatların verilməsinin avtomatlaşdırılması hesabına bu prosesləri sürətləndirir.
Beləliklə, CRM quraşdırılması hesabına tək məhsuldarlıq yox , həm də satış göstəriciləri artır (orta hesabla bir satıcı 41%).
2. Şöbələr arasında əməkdaşlığın olmaması
Bəzən şöbələr öz işinə elə qapılırlar ki, digər şöbələr ilə əlaqələri itir. Nəticədə, sizin şirkətlə əməkdaşlıq edən müştərilər, şöbələrin heç biri onun ehtiyaclarını dəqiq bilmədiyi üçün gərəkli məlumat və yardım almırlar. Müştərilərin yayındırılması və dezinformasiyası satışın və müvafiq olaraq gəlirin azalmasına gətirib çıxarır.
CRM (məhz alətlər paneli funksiyası və fayllara ümumi giriş) şirkətin hər bir əməkdaşına müştərinin hansı məsələlərə müraciət etdiyini, onu nəyin maraqlandırdığını, ona nələrin təklif edildiyini görmək imkanı (yəni onun tələbatlarını tam olaraq ödəməyə imkan verən bütün zəruri məlumatları almaq imkanı) verəcək.
3. Məsuliyyətdən boyun qaçırma
Bəzən satıcılar buraxılmış müştəriyə görə məsuliyyətdən yayınırlar. Onların başqa kiminsə müştəri ilə əlaqə saxlamalı olduğunu düşündükləri və heç birinin onunla əlaqə saxlamadığı üçün nəticədə siz müştərinizi itirirsiniz.
CRM müştəri ilə hər bir qarşılıqlı fəaliyyət haqqında dəqiq məlumatlar verən mərkəzləşdirilmiş məlumat bazasıdır. O, kimin müştərinin qeydinə qalmadığını və harada səhv etdiyini dərhal göstərəcək. Beləliklə, siz gələcəkdə belə hallara yol verməmək üçün harada və nəyi yaxşılaşdırmaq lazım olduğu haqda dəqiq məlumatlanacaqsınız.
4. Məlumatlarının keyfiyyətsiz təhlili
Siz müştərilərə keyfiyyətli xidmət göstərmək üçün əlinizdən gələni etdiyinizə inanmaq istəyirsiniz. Lakin, onlar haqqında bilmədiyiniz şeylər də ola bilər. Müştəri haqqında nə qədər az informasiyanız olarsa, onlara təklifləriniz o qədər də az olacaq.
CRM sizə daxili hesabat funksiyaları və məlumatların təhlili hesabına müştərilərin tələbatını daha yaxşı anlamağa kömək edəcək. Bu alətlər mövsümi tələbat və alış-veriş, demoqrafiya, daha yaxşı rabitə üsulları və s. barədə məlumat almağı xeylı asanlaşdıracaq.
5. İstehlakçıların narazılığı
Müştərilərinizlə xidmət keyfiyyətinin aşağı olması sizin rəqibləriniz üçün geniş açıq olan qapıdır. Alıcılar sizi nə qədər aşağı qiymətləndirərsə, nə qədər haqqınızda çox şikayət yazarlarsa, bir o qədər də onların ən yaxın vaxtlarda sizi tərk edəcəyi gözlənilir. Əlbəttə ki, siz vəziyyəti tez düzəltməsəniz!
CRM müştəri xidmətinin keyfiyyətini, idarəetməyə hədəflənmiş yanaşma ilə istifadə etməyə imkan verəcək. Məsələn, bir çox müştərilər poçtla və ya telefonla deyil, sosial və mobil kanallar vasitəsilə məlumat almağa üstünlük verir və bəzi CRM-lər onlar üçün rahat rabitə kanalları vasitəsilə lazımi məlumatları onlara təqdim etməyə imkan verir.
Praktiki təcrübə göstərir ki, mobil telefon kanallarının istifadəsi 14,6%, sosial isə 11,8% məhsuldarlıq artımı verir.
6. Biznesin yavaş artımı
Bir çoxları hesab edir ki, CRM-i yalnız iri şirkətlər istifadə edə bilərlər. Lakin, kiçik biznes də artmağa hazır olduqda proqram təminatının tətbiqindən xeyli mənfəət əldə edə bilər.
Bu halda hər kiçik biznes sahibində eyni sual yaranır - düzgün platformanı necə seçməli?
Bu narahatlıq tamamilə başa düşüləndir, axı seçim sizin şirkətdə çalışan əməkdaşların və müştərilərin sayından asılı olacaq. Burada mühüm faktı qeyd etmək lazımdır — CRM sizin biznes ilə birlikdə miqyasını dəyişə bilər.
7. Reallaşmamış satış imkanları
Əgər siz satışı əllə izləyirsinizsə, onda hansısa məqamda sizin nəyisə buraxacağınız riski də böyükdür(sifarişi vaxtsız göndərəcəksiniz, zəng vaxtını buraxacaqsınız, müştəriyə əlavə ödəməni xatırlatmağı unudacaqsınız və s.).
CRM bildirişlərin avtomatlaşdırılmasını istifadə edir. Siz zəng etməli və ya müştəriyə xəbərdarlıq məktubu göndərməli olduğunuz haqda ismarıc alacaqsınız. Həmçinin CRM-i marketinq avtomatlaşdırılması proqram təminatına qoşub digər mühüm hadisələr barədə bildirişlər almaq olar.
CRM hətta cəmi iki əməkdaşın çalışdığı firma üçün uyğundur. Bu proqram onlara vaxt və keyfiyyət itirmədən daha çox əməliyyatlar emal etməyə imkan verir.
Bu səbəblə də bütün qeyd olunan mənfi faktorlardan qorunmaq və uzun ömürlü müştərilər əldə etmək üçün ProCRM həllindən istifadə edin. Çünki uğurlu şirkət sahibinin bir nömrəli vəzifəsi müştəri məmnuniyyətinin artırılmasına nəzarətdir!
ProCRMvasitəsilə müştərilərinizlə əlaqələrinizi qaydaya salaraq qazanclarınızı ən az 10-15% artırın!




















































