Şirkətin vahid idarəetmə sisteminin istifadə etməsi, onun səmərəli idarəetmənin təşkilində, müştərilərə xidmət keyfiyyətinin artırılmasında böyük üstünlüklər verə bilər.
ERP sistem nədir?
ERP sistem - müəssisə və təşkilatlarda uçotun və idarəetmə proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemdir.
Rəqabət qabiliyyətinin artırılması - ERP tətbiqinin əsas məqsədlərindən biridir. Bunun üçün sistemin bütün funksiyaları onu həyata keçirilməsinə yönəldilib. Bu məqsədə nail olmaq, şirkət haqqında tam və dəqiq məlumat əsasında şəffaf və aydın biznes proseslərinin idarə edilməsi sisteminin qurulması ilə mümkündür.
ERP system təkcə rahat və müasir idarəetmə aləti deyil, həm də gələcəyə səmərəli investisiyadir. Bununla bərabər proqram təminatının müəllifləri daha geniş istifadəçi dairəsi üçün istifadə imkanlarının artması üzərində daim çalışır.




















































