İstənilən kiçik biznes böyük olmaq üçün çalışır. Bu maksimum vaxt və xərc tələb edir. Biznesin inkişafını sürətləndirmək və onun səmərəliliyini təmin etmək üçün prosesləri avtomatlaşdırmaq lazımdır.
Sizin müştərilərə münasibətiniz - onların sizi seçməyinin əsas səbəbidir.
Kiçik biznes üçün ProCRM - Müştərilərlə qarşılıqlı əlaqələrin və satışın idarə edilməsi, gündəlik tapşırıqların sadələşdirilməsi, marketinq əməliyyatlarının dəqiq təhlili və s. üçün mükəmməl həlldir. Bu, mərkəzində müştəri dayanan sistemdir.
ProCRM məqsədləri:
- müştərilərə xidmətin keyfiyyətini və onların loyallığını artırmaq,
- idarəetmənin şəffaflığının təmin edilməsi,
- satış mərhələlərinin müddətini azaltmaq,
- satış və xidmət prosesində informasiyaya operativ giriş,
- bu və ya digər meyarlar üzrə hesabatların dəqiqliyi.
Kiçik biznesdə ProCRM məqsədlərin müəyyənləşdirilməsi prosesi və onların başa çatdırılma nəzarəti ilə əla bacarır.
- CRM sistemin tətbiqinin əsas üstünlükləri :
- Sizin müştəri bazanız olacaq. Bu idarə edilməsi vacib olan kompaniyanın mühüm aktividir. Hər bir potensial müştəri üçün kart yaradırıq, siz orada onun bütün şəxsi məlumatını, alış-veriş tarixçəsini və s. məlumatlarını saxlayırsınız.
- Paylaşım imkanı. Müştəri bazasını istifadə edərək, aksiyalar, endirimlər haqda kütləvi paylaşımlar edin, xüsusi hadisələr münasibətilə təbrik edin, "yatan" müştəriləri oyadın. Bu modul sayəsində siz bir daha onların necə dəyərli olduğunu göstərəcəksiniz.
- Hesabatlar. Hesabatlar almaq üçün ayın sonunu gözləmək lazım deyil. Cəmi bircə klik ilə cədvəl və diaqramlar şəklində hesabat qarşınızda olacaq. Müəyyən zaman ərzində nə qədər satış həyata keçirildiyinə baxın, marketinq fəaliyyətinin səmərəliliyini ölçün və vaxtında ağrılı nöqtələri üzə çıxardın.
- Fəaliyyətə nəzarət. Hər menecerin öz girişi var və o yalnız öz müştərilərini görür, halbuki rəhbəri sifariş və sazişlərin bütün emal prosesini görür. Proqrama telefon vasitəsilə qoşulmaq imkanı sizin işinizi xeyli asanlaşdıracaq.
Bu satış idarəetmə sistemi sizə rəqibləri üstələməyə və satışı artırmağa imkan verəcək.
ProCRM ilə bütün üstünlükləri qiymətləndirmək üçün bizimlə əlaqə saxlayın və ya demo versiyanı sifariş edin!




















































