KEYFİYYƏTLİ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİ

2003-cü ildən xidmətinizdəyik

-ə yaxın
müştəri

Ölkədə qurulan
CC və qaynar xətt

Beynəlxalq
Sertifikat

Onlar elektron sənəd dövriyyəsini ProDOC həllinə etibar etdilər:

MODULLAR

Daxil olan sənədlər

Daxili sənədlər

Çıxan sənədlər

Sənədlərin hazırlanması

Dərkənarlar

E-vəkalətnamə

Hesabat

Daxil olan sənədlər

Müəsissə və təşkilatlara daxil olan müxtəlif sənəd növlərinin sistemdə qeydiyyatının aparılması və onların aidiyyəti bölmələrə icraata göndərilməsini sənəd dövriyyəsinin intellektual idarəetmə sistemi vasitəsi ilə həyata kecirilir.Daxil olan sənədlər skanerdən keçirilir və elektron sənədə əlavə olunur. Bununla da daxil olan sənədlərin elektron dövriyyəsi təmin edilir. Sənədi göndərən subyekt tərəfindən tələb olunan icra müddəti sistemə qeyd olunur və vaxtı çatan sənədlər barəsində icraçılara avtomatik bildirişlər göndərilir.

Daxili sənədlər

İstənilən müəsissə və təşkilat daxilində istifadə olunan müxtəlif sənəd növlərinin dövriyyəsi bu modul vasitəsi ilə avtomatlaşdırır. Sistemin tərkibində olan sənəd şablonları Mühasibatlıq, İnsan Resursları, Satış, Müştərilərlə qarşılıqlı əlaqələr, Təchizat və İnzibati bölmələr daxil olmaqla müəsissənin bütün sahələrinin fəaliyyətini əhatə edir. ProDOC həllinin bu sistemi sənədlərin elektron tərtibatının və formasının, aidiyyəti şəxslər tərəfindən elektron təsdiqləmə və əməliyyatların tarixçələrinin formalaşdırılmasına cavabdehdir.

Çıxan sənədlər

ProDOC həllinin bu modulu digər subyektlərə göndərilən və subyektlərdən daxil olan məktublara cavabların avtomatlaşdırılmış formada tərtibatını həyata keçirir. Daxil olan və ya göndərilən hər bir sənəd qeydiyyatdan keçirilir, sistemə daxil edilir, o sənədi hazırlayan icraçıların sənədlə bağlı apardıqları fəaliyyətin əməliyyat tarixçələri formalaşdırılır. Daxil olan hər bir məktuba gələn cavablar əlaqələndirilir, vahid bağlılıq zənciri formalaşdırılır. Çıxan sənədlər skanerdən keçirilir və elektron sənədə əlavə olunur.

Sənədlərin hazırlanması

ProDOC həllinin bu modulu müəssisə və təşkilatlardan göndərilən sənədlərin (məktub, müraciət, ərizə, şikayət) hazırlanma və yoxlama prosesini avtomatlaşdırır. İcraçıların hazırladığı sənədlər təyin edilmiş məsul şəxs tərəfindən yoxlanılır və elektron təsdiqləmə əməliyyatı vasitəsilə göndərilməsinə razılıq verilir. Hazırlanmış elektron sənədin birbaşa daxilində çıxan sənədin qeydiyyatı aparılır və hər ikisi bir-biri ilə əlaqəndirilir. Sənəd qediyyatdan keçirilir və onu hazırlayan icraçıların əməliyyat tarixçələri formalaşdırılır.

Dərkənarlar

Daxil olan hər bir sənədin təyinatına uyğun olaraq təşkilat və müəssisədaxili müəyyənləşdirilmiş məsul şəxslərə yönləndirilməsini avtomatlaşdırır. Məsul şəxslər sənədin elektron formada qəbulundan və icraya götürülməsindən sonra dərkənar şəklində digər təyin edilmiş şəsxlərə icrası üçün göndərir. Dərkənarla bağlı sistem məsul şəxs tərəfindən icraçılar üçün nəzərdə tutulmuş tapşırıqları avtomatik yaradır və icra müddətlərini nəzarətə götürür. Tapşırıqlar üzrə icraçıların apardığı işlər əməliyyatlar tarixçəsində öz əksini tapır.

E-vəkalətnamə

Sistem elektron sənəd dövriyyəsi ilə bağlı aparılan əməliyyatların (sənədlərin hazırlanması, yoxlanması, təsdiqlənməsi, imzalanması və s.) məsul şəxslərin və icraçıların müxtəlif səbəblərdən iş yerlərində olmadığı dövrdə belə aparılmasını təmin edir. Məzuniyyət, ezamiyyət, xəstəlik və digər səbəbdən iş yerində olmayan məsul şəxslər və icraçılar müvafiq əməliyyatlar üzrə E-vəkalətnamə tərtib etməklə öz səlahiyyətlərini digər həmkarlarına ötürürlər. E-vəkalətnamə üzrə aparılan bütun əməliyyatlar xüsusi tarixçədə öz əksini tapır.

Hesabat

ProDOC həllinin universal hesabat modulu istənilən dövr (gün, həftə, ay, və ya il) üzrə elektron sənədlərin dövriyyəsi ilə bağlı müxtəlif kombinasiyada hesabatlar formalaşdırır və təqdim edir. Yaradılmış bu vizual hesabatlar vasitəsilə dairə və diaqramlarda əks olunan müxtəlif parametlərin müqayisəli nəticələrini əldə etmək mümkündür. Modulun müxtəlif filtrləri vasitəsilə daxil olan subyekt, daxil olan və göndərilərn sənədlərin statusu, sənəd üzrə məsul şəxs, icraçı və s. kriteriyalar üzrə çeşidləmə aparmaq mümkündür.

BİZNESİNİZİN HƏR SAHƏSİ ÜZRƏ

günlük/həftəlik/aylıq/illik

VİZUAL HESABATLAR

ProDOC:

vasitəsilə şirkətə daxil olan və çıxan, müraciət, sorğu, şikayət formasında göndərilən, bütün sənədlərin qruplaşdırılması, qeydiyyatı, aidiyyatı üzrə bölüşdürülməsi və digər işlər üzrə hesabatlardan yararlanın.

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99