İMTAHAN ATTESTASİYA PROSESLƏRİNIN AVTOMATLAŞDIRILMASI SİSTEMİ

2003-cü ildən xidmətinizdəyik

-ə yaxın
müştəri

Ölkədə qurulan
CC və qaynar xətt

Beynəlxalq
Sertifikat

Onlar imtahan və testlərin keçirilməsini ProASK həllinə etibar etdilər:

MODULLAR

İnzibati iş

Məsul şəxs (onlayn müşahidəçi)

İmtahan

Qeydiyyat

İnteqrasiya

İnzibati iş

Test bankı yaratmaq, sualları hazırlamaq, aktivləşdirmək, dəyişmək, onlara şəkillər əlavə etmək, test tapşırıqlarını ən müxtəlif kateqoriyalar (çətinlik, istiqamət, mövzu, tarix və s.) üzrə bölüşdürmək üçün yaradılan ProASK həllinin bu modulu çərçivəsində məlumatlar bazasının yaradılması, bütün mümkün sorğu məlumatlarının əlavə olunması, inzibatçıların və digər istifadəçilərin hüquqlarının müəyyən edilməsi mümkündür.
ProASK istər unikal tərtib olunmuş, istərsə də standart hazırlanmış hesabatları ümumiləşdirərək arxivləşdirəcək.

Məsul şəxs (onlayn müşahidəçi)

İmtahanın keçirilməsi üçün nəzərdə tutuan bu proqramın geniş monitorinq imkanları var. Real vaxt rejimində panelə qoşulmaqla əməkdaşlar eyni zamanda bir pəncərədə müxtəlif içliklərdə bir neçə imtahan mərkəzini izləyə bilərlər. Sistem imtahan verən şəxslərin ümumi siyahısını müşahidəçiyə göstərir, imtahan verən hər bir şəxsi adbaad ayrıca izləməyə, onların statusunu (yerində olub-olmadığını, ləğv edildiyini) və irəliləyişini (sualların sayını) izləməyə imkan yaradır. İmtahan bitdikdən sonra məsul şəxs nəticələri ekranda göstərir.

İmtahan

Bu modulunun işi məlumat hissəsindən başlanır. Namizədə imtahanın verilməsi qaydaları ilə tanış olaraq, həmin qaydalarla razılaşdığını təsdiqləmək təklif olunur. İmtahan verən şəxs proqramın panelindən istifadə qaydalarını aydın şəkildə göstərən, mətn və sxem görkəmində olan naviqasiya pəncərəsini, öz fotosunu, adını və soyadını görür.İmtahan zamanı istifadəçi suallara cavab vermək və cavabları dəyişmək, kalkulyatordan istifadə etmək, test statistikasını görmək, kömək üçün onlayn-müşahidəçiyə müraciət etmək imkanına yiyələnir.

Qeydiyyat

Bu modulda bir və ya iki mərhələli avtorizasiyanı sazlamaq mümkündür. İmtahan verən şəxs bütün zəruri məlumatları sistemə daxil edir, öz loginini göstərir, gizli suala cavabı seçir və ilkin qeydiyyatdan keçir.
Qeydiyyat inzibatçı tərəfindən təsdiqləndikdən sonra namizəd imtahana giriş üçün e-mail və ya SMS alır.
İmtahan verən şəxs imtahanı, onun tarixini, testləşdirmə vaxtını və yerini sərbəst şəkildə seçə bilər. Ödənişli testlər üçün ödəniş edildikdən sonra namizəd imtahana girmək üçün PDF formatında icazə sənədini yükləyir.

İnteqrasiya

Testlərin tərtib edilməsi, imtahanların keçirilməsi və sorğuların yaradılması, testləşdirmənin aparılması üçün nəzərdə tutulan ProASK həlli şəbəkə saytlarına, telefoniyaya, məlumatlandırma sistemlərinə, və/və ya digər struktru baxımından yaxın proqramlara və kənar məlumat bazalarına asanlıqla inteqrasiya etməsi üçün unikal formatda işlənərək hazırlanıb. Zəruri hallarda, ProASK intellektual həlli əlavə kodlaşdırma vasitəsi ilə onlayn-ödəniş xidmətləri və müxtəlif qurğulara (IP-kameraları, printerləri, skanerləri və s.) da asanlıqla qoşulur.

BİZNESİNİZİN HƏR SAHƏSİ ÜZRƏ

günlük/həftəlik/aylıq/illik

VİZUAL HESABATLAR

ProASK:

vasitəsilə test, imtahan, əməkdaş bazası - iştirakçılar, seçilən mövzular, suallar, ixtisas və peşələr, istiqamətlər və digər bütün imtahan işləri üzrə vizual və qrafik hesabatları əldə edin.

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99