EMOSİONAL İNTELLEKT – peşəkar fəaliyyətdə


Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsinin kəskinləşməsinə səbəb olmuşdur. Odur ki, şirkətlər güclü rəqabət imkanlarına malik olmaq üçün öz kadr potensialını yaratmalı və inkişaf etdirməlidir. Bu sahədə əsas kapital insan kapitalı və insan resurslarıdır. İnsan resursları olmadan rəqabəti inkişaf etdirmək mümkün deyil. Sadəcə investisiya qoymaqla müəyyən qədər uğur əldə etmək olar. Həm investisiya, həm də insan kapitalı mövcuddursa, bu daha gözəl nəticələrin, müəyyən uğurların əldə edilməsinə əsas verir. Bu baxımdan rəqabətin müvəffəqiyyəti şirkətə xidmət edənlərin emosional intellektə sahib olmasından daha çox asılıdır, çünki mahir emosional intellektə sahib olma istənilən təşkilatı idarə etmənin ən əhəmiyyətli komponentdir.

Emosional intellekt anlayışının şirkət əməkdaşları tərəfindən mənimsənilməsini asanlaşdırmaq məqsədilə PRONET MMC ofisində şirkətin təsisçisi Emin Əsgərovun təqdimatında “EMOSİONAL İNTELLEKT peşəkar fəaliyyətdə” mövzusunda seminar keçirildi. Seminar şirkətin youtube səhifəsində onlayn olaraq yayımlandı. Tədbirdə “emosiya nədir?”, “baza emosiyalar”, “emosional yaddaşın mənfi və müsbət tərəfləri”, “neokorteks və limbik sistemlər”, “rasional və emosional düşüncə” və s. kimi bütün iştirakçılar üçün maraqlı olan ilkin məlumatlar paylaşıldı. Emin Əsgərov qeyd etdi ki, “Son illər “emotional intelligence” – Emosional intellekt (EQ) termini biznes aləmində məşhurlaşsa da, elmdə bu anlayışın dəqiq tərifi mövcud deyil.

Ümumi nəticə olaraq, emosional intellekt – öz emosiyalarını və başqasının emosiyalarını anlamaq, eyni zamanda idarə etmək və bunun əsasında da qarşılıqlı münasibətləri qurmaq qabiliyyətidir”. Daha sonra “reallığın subyektivliyinin dərki və qəbulu”, “emosional mədəniyyət”, “özünü ələ alma mədəniyyəti”, “emosional intellektin inkişaf səviyyələri”, “emosional intellektə təsir edən amillər (eqosentrizm və refleksiya)” mövzularında fikir mübadilələri aparıldı.

Emin Əsgərov “Emosional intellekt və kollektiv” mövzusunda danışaraq, Eİ-in yüksək olmasının kollektivdə destruktiv konfliktlərin azalmasına, qarışılıqlı anlaşma, hisslərə hörmət, korporativ mədəniyyətin yüksəldilməsinə, təşkilatın missiyasını anlamaq və ona sadiqlik və dəyişikliklərə yüksək hazırlığa, yeni biliklərə açıqlıq, öz üzərində çalışma kimi müsbət nəticələrə, zəifliyinin isə emosional yanma – ya, yəni fiziki, emosional və intellektual tükənməyə, nəticə olaraq energetik iflicə və həyatda sevinc hissinin itirilməsinə, gərginlik, neqativ düşüncə tərzi, öz işinin müsbət nəticəsini görməmək, konfliktə meyillik, diqqətsizlik, şübhəlilik, tez-tez xəstələnmə, ümidsizlik, keyfiyyətsiz iş, etinasızlıq və s. kimi şirkətin inkişafına mane olacaq mənfi nəticələrə səbəb ola biləcəyini vurğuladı.

Emin Əsgərov həmçinin qeyd etdi ki,ilk növbədə hər bir əməkdaş öz işinin müsbət nəticələrini görməli, gördüyü işin təşkilat üçün nə dərəcədə əhəmiyyətli olmasını anlamalıdır. Belə olan halda, əməkdaş öz vəzifə öhdəliklərinin mahiyyətini və əhəmiyyətini dərk edir və xidmət etdiyi müəssisə üçün daha məhsuldar kadra çevrilir.

Hər bir şirkətin inkişafı üçün emosional intellektin vacibliyi barədə dəyərli fikirlər söylənilən və müzakirə olunan seminarın sonunda təlimçi Emin Əsgərov tədbirdə iştirak edənlərin və onlayn olaraq qoşulanların suallarını cavablandırdı.

Bu tədbirin də Pronet MMC-nin təşkil etdiyi növbəti uğurlu təlim kimi bir çox problemlərin aradan qaldırılmasına dəstək olacağına əminik.

Qeyd edək ki, son illərdə ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ölkəmizdə də biznes idarə etməsininasanlaşdırılmasına və demək olar ki, bütün iri və ya kiçik, dövlət və özəl müəssisələrin fəaliyyətində daha faydalı olan idarəetmənin avtomatlaşdırılmasına marağı хeyli artırmışdır.

Odur ki, ölkəmizdə fəaliyyət göstərən böyük korporasiyalarbiznesin avtomatlaşdırılmasından daha çox yararlanmaqdadır. Dövlət və hakimiyyət, eləcə də tanınmış özəl müəssisələrinuğurlu seçimi olmuş Prospect ERP (www.prospect.az) həlləri ilə tanınan PRONET MMC bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir.

Artq 14 ildir uğurla fəaliyyət göstərən PRONET MMC həlləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır.

Sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. kimi sahələrdə təqdim etdiyi həlləri ilə yanaşı call centre həlləri ilə də bütün sahələrdə biznes idarəetməsinin kompleks avtomatlaşdırılmasına xidmət edən PRONET MMC 14 il ərzində 300–ə yaxın müştəri qazanaraq hər bir şirkətin uğurlarına öz töhvəsini vermişdir.

PRONET MMC olaraq öz xidmətlərimizi Sizə təqdim etməkdən böyük məmnunluq duyuruq. 

Şirkətimizin fəaliyyəti və təklif etdiyi həllər haqqında ətraflı məlumatı www.prospect.az saytından əldə edə bilərsiniz.

Ən son xəbərlər

Prospect ERP Rabitəbank-la müqavilə imzaladı

Prospect ERP bank və sığorta sektorunda sənədlərin icrası və çatdırılması ilə bağlı əməliyyatlar, sənədlərin qəbul edilməsi və ya icrası ilə bağlı lazımlı məlumatların axtarışı və ya çatdırılması üçün vaxtın azaldılması, sənədlərin itmə risklərinin minimuma endirilməsi və onların yenidən yaradılması, sənədlərin icrasına və onlara dair göstərişlərə nəzarətin təşkili, filiallarla qarşılıqlı əlaqə şəbəkəsinin yaradılması və s. prosesləri avtomatlaşdırmaq məqsədilə Elektron sənəd dövriyyəsinin tətbiqi işlərinə başlayıb.

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda növbəti təlimi keçirdi.

Bir müddət öncə Prospect ERP şirkətinin Veysəloğlu Şirkətlər Qrupunda tətbiq etdiyi İntellektual İnsan Resurslarının (HRM) idarədilməsi həllinin “İşə qəbul” modulunun istifadəsinə başlanılması üçün təlim xarakterli görüş keçirilmişdi.

Prospect ERP şirkətindən gənclər üçün böyük fürsət!

Prospect Academy “2018-Təlim və təcrübəyə dair inkişaf proqramı”na start verdi! Bu yay Proqramlaşdırma öyrənərək həm təcrübə, həm də iş qazanın!

“Bu oğurluğu etməsək, çətin inkişaf edə bilərik” – Elvira Rüstəmova

Azərbaycan bazarının mürəkkəb dövründə korporativ ERP həllərə güclü tələbatın formalaşdığı bir vaxtda biznes

PRONET Prospect ERP Veysəloğlu şirkətlər qrupu ilə əməkdaşlıq imzaladı

Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti

Bu günü inkişaf etdirərək gələcəyi yaradanlar!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET Prospect ERP şirkətinin

HƏR ŞEYİN TƏZƏSİ, DOSTUN KÖHNƏSİ...

PRONET Prospect ERP şirkəti 2005-2015-ci illər ərzində ProCALL həllini tətbiq etdiyi müştərilərə və ölkəmizin bütün

ÇAĞRI MƏRKƏZİ VACİBDİR, YOXSA PEŞƏKAR OPERATOR?

Azərbaycanda şirkət və müəssisələr artıqca, sahələr genişləndikcə, göstərilən

ŞİRKƏTLƏRİN ÇOXDANDIR GÖZLƏDİYİ PROQRAM TƏMİNATI

Görkəmli analitiklərin təhlillərində və yazılarında qərara gəldikləri nəticəyə görə təhlükəsiz idarəetmənin

Gənclər uğurlu gələcəyin ən böyük təməl daşıdır!

Ölkəmizin dövlət başçısı İlham Əliyevin önəm verdiyi sahələrdən biri də dövlət gənclər

İŞ YÜKÜNÜZÜ AZALDIN!

Dünya təcrübəsində qəbul edilib ki, vaxt puldur. Hər bir əməkdaşın aylıq əməkhaqqıları, sərbəst

Biznesdə Çağrı Mərkəzləri niyə VACİBdir?

Müasir dövrdə şirkətin uğuru bilavasitə onun rəqabətədavamlılığı ilə bağlıdır

PROSPECT ERP-dən MÖHTƏŞƏM LAYİHƏ!

15 il ərzində Azərbaycanın İT və proqram təminatı bazarında dövlət orqanları, bank, sığorta

GECİKMƏ VƏ GECİKDİRMƏ!

Statistik hesablamalar göstərir ki, insanlar yaşam müddətləri ərzində öz aktiv yaşlarının təxminən 14%-ni boşa keçən saatlarla - yəni etməli

Avtomatlaşdırılmış sənəd dövriyyəsi Sizə nə verir?

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu

“Daha effektiv, daha estetik və daha rahat “SATIŞ” texnologiyası təqdim edirik” – ŞAHMİR ÖVSƏTOV

XXI əsr - başqa sözlə ifadə etsək avtomatlaşan proseslər dövrü! – Bu gün bir çox xırda

TİBB İŞÇİLƏRİ 1 telefon zəngi qədər yaxındır!

Ölkənin fəaliyyət istiqamətlərində ən önəmli paylardan birinə sahib olan Səhiyyə Azərbaycanda

EMİN ƏSGƏROV - “YERLİ BİZNES ARTIQ SİSTEMLİ FƏALİYYƏTİN EFFEKTİV OLDUĞUNU YAXŞI ANLAYIR VƏ BU BAXIMDAN DA…”

Son illər ölkəmizin iqtisadiyyatında baş verən dəyişikliklərdən dolayı artıq sahibkarlıqda müştəriyə verilən

PROSPECT ERP Keyfiyyət Akademiyasının fəaliyyəti ilə tanış olub

PROSPECT şirkətinin uzun illərdir əməkdaşlıq etdiyi OMG şirkətlər qrupu daha bir uğura imza atıb

İNTELLEKTUAL TELEFONİYA SİSTEMİNİN İNTEQRASİYA İMKANLARI

Müasir dövrdə Çağrı Mərkəzlərinə ehtiyac artmaqdadır. Dünyada iqtisadi böhran yaşandıqdan sonra, biznes

Kontakt Home Çağrı Mərkəzinin peşəkarlıq sirri

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir

BİZNES TƏHLÜKƏSİZLİYİNDƏ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNİN ROLU

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu dövriyyə real

Səmərəli idarəetmə üçün ağıllı həll

Biznes idarə etmək asan deyil. Rəqabət güclü olan sahələrdə isə yetərincə çətindir

HƏVƏSLƏNDİRƏN VƏ İNKİŞAF ETDİRƏN TƏHSİL!

Son illər gəncliyində təhsil ala bilməyən, hər hansı səbəbdən təhsilini yarımçıq qoyan artıq yetkin yaşa

Müştərilərlə əlaqələrinizi səmərəli idarə edin!

Müştəri haqlıdır. Sizi seçsə də, seçməsə də haqlıdır. Niyə? Çünki onunla münasibətin

Kadr siyasətinə tam yeni baxış!

Rəhbər olmaq çətindir. Siravi əməkdaşla rəhbərin məsuliyyəti eyni şirkətin mənafeyinə

Uğurlu sahibkarların seçimi!

Son onilliklər informasiya texnologiyaları və xüsusi ilə ERP-sistemlərinin istifadəsi

PRONET MMC Müqəddəs Ramazan bayramınızı təbrik edir!

On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar

PHP proqramlaşdırma dilləri üzrə QRUP dərslərinə Qeydiyyat Başladı!

Günümüzdə proqramçılara olan tələbatın getdikcə daha da artdığını nəzərə alaraqProspect Academy

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

"Bəzi pasientlər, həkimin ustalığından əmin olduqları üçün sağalır" - Hippokrat.

TƏLƏBƏDƏN - PEŞƏKARLIĞA DOĞRU – HR kursları!

HR karyera qurmaq arzusunda olan hər bir kəs indi ProSpect Academy-nin HR kurslarına qatılaraq öz arzusunu gerçəkləşdirə

UĞURLU SAHİBKAR MÜŞTƏRİSİNİ DİNLƏYƏNDİR!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir fəaliyyətinin

Korporativ CALL CENTRE Təlimləri başladı

Şirkətin müştəri yönümlülüyü - tamamilə personalın əlində olan üstünlüklərindən biridir

Bundan sonra necə olması sizin seçiminizdir!

Əməkdaşlar işə tez-tez gecikir və vaxtından əvvəl çıxırlar... Əmək haqqı hesablanması zamanı səhvlər baş verir …

"Pozitiv düşüncə"-nin biznesdə rolu

Biznesdə, siyasətdə, idmanda və istənilən sahədə daim pozitiv düşünən insanlar hər zaman qalib

"PRONET" MMC şirkəti də Gül bayramı tədbirlərinə qoşuldu

Bu il baş tutan Gül bayramı ötən illərki bayramdan fərqli tərzdə keçirildi. Ayrı-ayrı

“PROSPECT ACADEMY” – ONLİNE TƏDRİS MƏRKƏZİNDƏN NÖVBƏTİ LAYİHƏ!

İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan və biznes proseslərinin avtomatlaşdırılması həlləri ilə tanına..

HR idarəetmədə artıq problem olmayacaq!

Müasir şəraitdə təşkilatın uğurlu inkişafı xeyli dərəcədə işçi heyətinin daimi hazırlığı, ixtisasının artırılması, strateji

EMOSİONAL İNTELLEKT – peşəkar fəaliyyətdə

Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsi...

PRONET şirkəti Code Academy ilə əməkdaşlığa başladı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”, ideyası olan gəncləri bu ideyaları ...

ProSpect ERP sistemi “SİRAB” ASC-də !

“Sirab” ASC şirkəti, XX əsrin 50-ci illərdən etibarən, Azərbaycan mineral sular istehsalı bazarında öz mövqeyini ...

“ProSpect” ERP sistemi artıq Android istifadəçilərinin ixtiyarına verildi!

Biz Sizin rahatlığınızı fikirləşərək, kompüterdən uzaqda olduğunuz zamanda belə Sizə rahat ...

“Müştəri yönümlü xidmət mədəniyyəti” – Korporativ Təlimlər DAVAM edir!

Müştərilərin ehtiyaclarını, onlarla davranış qaydalarını və işləmə prinsiplərini bilmək uğurlu

“PRONET” şirkəti Risklərin İdarəedilməsi Forumuna sponsorluq edir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası cari ilin 26 may tarixində Risklərin İdarə Edilməsi forumu...

Biz "ProSpect Academy" proqramlaşdırma məktəbi açdıq!

Sizi proqramlaşdırma dərslərinə dəvət edirik! Əgər Siz bu sahə ilə maraqlanırsınızsa və təcrübənizi genişləndirib...

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99