EMİN ƏSGƏROV - “YERLİ BİZNES ARTIQ SİSTEMLİ FƏALİYYƏTİN EFFEKTİV OLDUĞUNU YAXŞI ANLAYIR VƏ BU BAXIMDAN DA…”

Son illər ölkəmizin iqtisadiyyatında baş verən dəyişikliklərdən dolayı artıq sahibkarlıqda müştəriyə verilən dəyər - “müştəri məmnuniyyəti” ön plana çıxmışdır. Buna görə də həm iri, həm də kiçik və orta sahibkarlıqda əlçatanlılığın yaradılması, müştəri yönümlü xidmət mədəniyyətinin formalaşdırılması, itirilmiş müştəri sayının azadılması və ya 0-a endirilməsi, mövcud müştərilərin loyallığının qorunması və s. istiqamətində sahibkara uğurla dəstək olan ERP həllərə, xüsusilə də təhlükəsiz, həm də 24/7 işləməyə qadir, olduqca flexible/uyğunlaşan İntellektual Telefoniya sistemlərinin tətbiqinə maraq artmağa başlamışdır. Odur ki, bu dəfə ilk milli ERP sistemi kimi Azərbaycan bazarında artıq 15 ildir ki, fəaliyyət göstərən və ölkənin 90% müəssisə və təşkilatlarında Çağrı Mərkəzi tətbiq etməklə ciddi mövqeyə sahib olan PRONET MMC-nin təsisçisi Emin Əsgərovla müsahibəyə yollandıq.

Emin bəy, məlumdur ki, Çağrı Mərkəzləri 20-ci əsrin ortalarında yaranıb. Azərbaycanda bu xidmət təxminən 20 ildir ki, tətbiq olunur. Bəs Sizin Çağrı Mərkəzi sisteminin neçə yaşı var?

  • Müasir anlamda olmasa belə Çağrı Mərkəzləri demək olar ki,  telefon rabitəsi icad olunandan bəri mövcuddur. Dünyanın inkişaf etmiş ölkələri telefon xidmətlərini biznesin ehtiyaclarının qarşılanması həlli kimi istifadəsinə daha tez başlamışdılar. Şirkətimiz ProCall adı ilə tanınan İntellektual Telefoniya sistemi (http://prospect.az/proCall) üzərində 2004-ci ildən çalışmağa başladı və artıq 2005-ci ildə ilk məhsulumuzu istifadəyə verdi.

Bu  sistemin yaranması yəqin ki səbəbsiz olmadı.  Hansı çatışmayan cəhətləri nəzərə alıb, bu həlli yaratmaq qərarına gəldiniz?

  • O vaxtlar Call Center - Çağrı Mərkəzləri haqqında yerli şirkətlərin  az bilgiləri var idi. Yalnız xarici şirkətlər ölkəmizdə fəaliyyətə başlayanda öz lokal ofisləri üçün bu həlləri gətirirdilər. Buna Azercell kimi şirkətləri  misal çəkmək olar.

Çağrı Mərkəzini bir biznes aləti olaraq biz yaxşı anlayırdıq. Yerli şirkətlərdə bu həllin yayılması ilə bağlı  çoxlu görüşlər və təqdimatlar keçirirdik. Demək olar ki, bazarda “Call Center” anlayışını yayan ilk şirkət biz olduq.

Bəs ProCall - İntellektual Telefoniya sisteminin auditoriyasi, sifarişçiləri adətən hansı sektorlarda fəaliyyət göstərən şirkətlər olurdu və ya olur?

  • İlk növbədə biz işimizi özəl şirkətlərlə başladıq. Xüsüsən müştərilərə geniş xidmət göstərən və inkişafda olan bank sektorunda layihələrimiz oldu. İlk sifarişçilərimiz 2005-ci ildə Bank of Baku, sonra isə Access Bank oldular. Paralel olaraq dövlət orqanları və pərakəndə satış şəbəkələri ilə də müqavilələr imzaladıq. Nəzərə alsaq ki, Call Center-in tətbiqi müxtəlif sahələrdə fərqli məsələrin həlli üçün istifadə olunur, məsələn: - biznes sahəsində müştərilərin kütləvi zənglərinin emalı və operativ xidməti (sifariş, çatdırılma və s.) üçün, dövlət orqanlarında isə əhalidən daxil olan müraciət və şikayətlərin qəbulu, emalı və icrasına nəzarət üçün - demək olar ki, bütün sektorlara aid müştərilərimiz olur.  

Bu qədər geniş, həm də bütün sektorlara yayılmış ProCall sisteminin yaratdığı imkan və dəyərlər bir alıcı, biznesmen, rəhbər və ya ümumiyyətlə sahibkarlıq üçün nə qədər önəmlidir?

  • Ümümiyyətlə son dövrdə Call Centerlər istənilən bir təşkilatın imicini formalaşdıran və inkişaf səviyyəsini nümayiş etdirən bir atributa çevrilib. Sahibkarlıq fəaliyyətinin mərkəzində müştərilər durur. Onlara yüksək xidmət və qayğı göstərmək sahibkarlıq fəaliyyətinin əsas vəzifələrindəndir. Bu işləri keyfiyyətlə yerinə yetirmək üçün ProCall həllimiz sahibkarlara geniş imkanlar verir.  

Beynəlxalq bazarda olduğu kimi, yerli bazarda da rəqabət artır və mütəmadi olaraq yeni proqram təminatları təqdim olunur. Çağrı Mərkəzini idarə edən ProCall proqramının üstünlüyünü qorumaq üçün bu günə qədər nə kimi yeniliklər etmisiz?

  • İstənilən biznes sahəsində sərt rəqabətlilik mövcüddür, buna baxmayaraq, bizim yerli bazarda mövqelərimiz kifayət qədər güclüdür. Buna görə də demək olar ki, ölkəmizdə  Çağrı Mərkəzlərinin 90%-nə yaxını ProCall həllimizin üzərində qurulmuşdur. Sözsüz ki, bu mövqeyi qorumaq üçün biz daim həllimizin üzərində yeniliklər edərək müştərilərimizi də məlumatlandırırıq. Mütəxəssislərimizin ixtisaslaşması və bu sahədə 10 ildən artıq təcrübəsi yeni texnologiyaların dərhal tətbiqini bizim üçün asanlaşdırır. Bu ilin əvvəlindən ProCall həllinin tam yeni versiyasını artıq Azər Türk Bank, Dərs Evi, KontaktHome, Engin (P&G) kimi şirkətlərdə uğurla istifadəyə verdik. İlin sonunda ProCall həllinin Cloud versiyasını sınaqdan keçirməyi planlaşdırmışıq.

Uğurlar...

Bəs ümumiyyətlə sahibkarlıq üçün önəmli olan digər nə kimi həllər təklif edirsiniz?

  • Bildiyiniz kimi ProCall həlli bizim ProSpect ERP sisteminin tərkib modullarından biridir. ProSpect ERP tərkibində olan  insan resurslarının idarə olunması (HRM), elektron sənəd dövriyyəsi (DMS) kimi həllər də son dövrlər geniş tələb olunan məsullardandırlar. Yerli biznes artıq sistemli fəaliyyətin effektiv olduğunu yaxşı anlayır və bu baxımdan da biznes üçün proqram həllərinin gələcəkdə geniş tətbiqləri daha da sürətlə inkişaf edəcəkdir.

Bazarda ciddi mövqeyə sahibsiniz, bu mövqenizi qorumaq üçün yəqin ki, gələcəyə böyük planlarınız var.

  • Bəli. Artıq ProSpect ölkəmizin ilk milli ERP sistemi olaraq yerli şirkətlərdə geniş tədbiq olunmaqdadır və kompleks həllər sistemi kimiəsasən orta və iri şirkətlərin ehtiyaclarını tam qarşılayır. Hətta bir necə iri holdinqlərdə də ProSpect ERP sistemləri tədbiq mərhələsindədirlər. Ölkəmizdə sahibkarlıq fəaliyyətində gedən müsbət islahatlar daha çox gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına təkan vermişdir. Bunu nəzərə alaraq biz kiçik sahibkarlıq fəaliyyəti üçün də faydalı olmağa çalışırıq və ilin sonunda onların ehtiyacları səviyyəsində və daha büdcəli ProSpect ERP Light  həllərini gənc sahibkarların istifadəsinə verəcəyik.

Yeni həllər, yeni layihələr hazırlayarkən özünüzü necə motivasiya edirsiniz?

  • Sahibkarlıq fəaliyyətinin əsasında yeni dəyər və faydalar yaratmaq amalı durur. Sahibkarların əksəriyyəti bu fəaliyyətlə məşğul olmaqla öz potensiallarını reallaşdırmaq və daha da genişləndirmək istəyirlər. Sahibkarlıq fəaliyyəti həmdə şəxsi inkişaf üçün geniş meydandır. Sahibkar və onun komandası öz növbəti  inkişaf mərhələsini  yeni məsul və xidmət şəklində yaratdıqları dəyərlərdə nümayiş etdirirlər. Məhsullarımızın sifarişçilərimizin biznesinə müsbət təsirini görəndə daha da motivasiyalı oluram.

Ən son xəbərlər

Prospect ERP-nin dəyərli müştərilərin təbrikləri

Azərbaycanda ilk milli ERP sistemi tətbiq edən Prospect ERP bu il 15 illik yubileyini qeyd edib. Bununla bağlı şirkətin əməkdaşları ilə yanaşı dəyərli müştəriləri də video mesaj şəklində öz təbriklərini təqdim etdilər.

Prospect ERP şirkətinin 15 illik yubiley tədbiri keçirildi.

Prospect ERP şirkəti 15 illik yubileyini möhtəşəm şəkildə qeyd edib.

Prospect ERP - Sahibkarlığın 15 illik etibarlı dostu.

“Sahibkarlıq fəaliyyətinin əsasında yeni dəyər və faydalar yaratmaq amalı durur. Sahibkarların əksəriyyəti bu fəaliyyətlə məşğul olmaqla öz potensiallarını reallaşdırmaq və daha da genişləndirmək istəyirlər. Sahibkarlıq fəaliyyəti həmdə şəxsi inkişaf üçün geniş meydandır. Sahibkar və onun komandası öz növbəti inkişaf mərhələsini yeni məsul və xidmət şəklində yaratdıqları dəyərlərdə nümayiş etdirirlər. Məhsullarımızın sifarişçilərimizin biznesinə müsbət təsirini görəndə daha da motivasiyalı oluram.”

Prospect ERP Rabitəbank-la da əməkdaşlığa başladı.

Son dövrlər ERP həlləri ilə demək olar ki, bütün biznes sektorların marağına səbəb olan Prospect ERP şirkəti Rabitəbankın da İnsan Resursları idarəetməsi sisteminin tətbiqinə başladı.

Prospect ERP ANAMA ilə əməkdaşlığa başladı

Əməkdaşlıq çərçivəsində ANAMA-da İnsan Resursları və Sənəd Dövriyyəsinin İdarəedilməsinin avtomatlaşdırılması sistemləri tətbiq olunacaq.

“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

Prospect ERP Baş Dövlət Yol Polisi İdarəsi ilə əməkdaşlığa başlayıb

Baş Dövlət Yol Polisi İdarəsində Prospect ERP şirkətinin Qaynar xəttin yenidən qurulması məqsədilə İntellektual Telefoniya Sistemi tətbiq olunub.

Prospect ERP Rabitəbank-la müqavilə imzaladı

Prospect ERP bank və sığorta sektorunda Elektron sənəd dövriyyəsinin tətbiqi işlərinə başlayıb.

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda növbəti təlimi keçirdi.

Prospect ERP şirkəti Veysəloğlu Şirkətlər Qrupunda təlim xarakterli görüş keçirdi.

Prospect ERP kampaniyalar elan edir

Şirkət 15 illik yubileyi münasibətilə müştəriləri üçün bir sıra əvəzsiz imkanlar yaradır.

Prospect ERP şirkətindən gənclər üçün böyük fürsət!

Prospect Academy “2018-Təlim və təcrübəyə dair inkişaf proqramı”na start verdi!

“Bu oğurluğu etməsək, çətin inkişaf edə bilərik” – Elvira Rüstəmova

Azərbaycan bazarının mürəkkəb dövründə korporativ ERP həllərə güclü tələbatın formalaşdığı bir vaxtda biznes

PRONET Prospect ERP Veysəloğlu şirkətlər qrupu ilə əməkdaşlıq imzaladı

Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti

Bu günü inkişaf etdirərək gələcəyi yaradanlar!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET Prospect ERP şirkətinin

HƏR ŞEYİN TƏZƏSİ, DOSTUN KÖHNƏSİ...

PRONET Prospect ERP şirkəti 2005-2015-ci illər ərzində ProCALL həllini tətbiq etdiyi müştərilərə və ölkəmizin bütün

ÇAĞRI MƏRKƏZİ VACİBDİR, YOXSA PEŞƏKAR OPERATOR?

Azərbaycanda şirkət və müəssisələr artıqca, sahələr genişləndikcə, göstərilən

ŞİRKƏTLƏRİN ÇOXDANDIR GÖZLƏDİYİ PROQRAM TƏMİNATI

Görkəmli analitiklərin təhlillərində və yazılarında qərara gəldikləri nəticəyə görə təhlükəsiz idarəetmənin

Gənclər uğurlu gələcəyin ən böyük təməl daşıdır!

Ölkəmizin dövlət başçısı İlham Əliyevin önəm verdiyi sahələrdən biri də dövlət gənclər

İŞ YÜKÜNÜZÜ AZALDIN!

Dünya təcrübəsində qəbul edilib ki, vaxt puldur. Hər bir əməkdaşın aylıq əməkhaqqıları, sərbəst

Biznesdə Çağrı Mərkəzləri niyə VACİBdir?

Müasir dövrdə şirkətin uğuru bilavasitə onun rəqabətədavamlılığı ilə bağlıdır

PROSPECT ERP-dən MÖHTƏŞƏM LAYİHƏ!

15 il ərzində Azərbaycanın İT və proqram təminatı bazarında dövlət orqanları, bank, sığorta

GECİKMƏ VƏ GECİKDİRMƏ!

Statistik hesablamalar göstərir ki, insanlar yaşam müddətləri ərzində öz aktiv yaşlarının təxminən 14%-ni boşa keçən saatlarla - yəni etməli

Avtomatlaşdırılmış sənəd dövriyyəsi Sizə nə verir?

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu

“Daha effektiv, daha estetik və daha rahat “SATIŞ” texnologiyası təqdim edirik” – ŞAHMİR ÖVSƏTOV

XXI əsr - başqa sözlə ifadə etsək avtomatlaşan proseslər dövrü! – Bu gün bir çox xırda

TİBB İŞÇİLƏRİ 1 telefon zəngi qədər yaxındır!

Ölkənin fəaliyyət istiqamətlərində ən önəmli paylardan birinə sahib olan Səhiyyə Azərbaycanda

EMİN ƏSGƏROV - “YERLİ BİZNES ARTIQ SİSTEMLİ FƏALİYYƏTİN EFFEKTİV OLDUĞUNU YAXŞI ANLAYIR VƏ BU BAXIMDAN DA…”

Son illər ölkəmizin iqtisadiyyatında baş verən dəyişikliklərdən dolayı artıq sahibkarlıqda müştəriyə verilən

PROSPECT ERP Keyfiyyət Akademiyasının fəaliyyəti ilə tanış olub

PROSPECT şirkətinin uzun illərdir əməkdaşlıq etdiyi OMG şirkətlər qrupu daha bir uğura imza atıb

İNTELLEKTUAL TELEFONİYA SİSTEMİNİN İNTEQRASİYA İMKANLARI

Müasir dövrdə Çağrı Mərkəzlərinə ehtiyac artmaqdadır. Dünyada iqtisadi böhran yaşandıqdan sonra, biznes

Kontakt Home Çağrı Mərkəzinin peşəkarlıq sirri

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir

BİZNES TƏHLÜKƏSİZLİYİNDƏ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNİN ROLU

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu dövriyyə real

Səmərəli idarəetmə üçün ağıllı həll

Biznes idarə etmək asan deyil. Rəqabət güclü olan sahələrdə isə yetərincə çətindir

HƏVƏSLƏNDİRƏN VƏ İNKİŞAF ETDİRƏN TƏHSİL!

Son illər gəncliyində təhsil ala bilməyən, hər hansı səbəbdən təhsilini yarımçıq qoyan artıq yetkin yaşa

Müştərilərlə əlaqələrinizi səmərəli idarə edin!

Müştəri haqlıdır. Sizi seçsə də, seçməsə də haqlıdır. Niyə? Çünki onunla münasibətin

Kadr siyasətinə tam yeni baxış!

Rəhbər olmaq çətindir. Siravi əməkdaşla rəhbərin məsuliyyəti eyni şirkətin mənafeyinə

Uğurlu sahibkarların seçimi!

Son onilliklər informasiya texnologiyaları və xüsusi ilə ERP-sistemlərinin istifadəsi

PRONET MMC Müqəddəs Ramazan bayramınızı təbrik edir!

On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar

PHP proqramlaşdırma dilləri üzrə QRUP dərslərinə Qeydiyyat Başladı!

Günümüzdə proqramçılara olan tələbatın getdikcə daha da artdığını nəzərə alaraqProspect Academy

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

"Bəzi pasientlər, həkimin ustalığından əmin olduqları üçün sağalır" - Hippokrat.

TƏLƏBƏDƏN - PEŞƏKARLIĞA DOĞRU – HR kursları!

HR karyera qurmaq arzusunda olan hər bir kəs indi ProSpect Academy-nin HR kurslarına qatılaraq öz arzusunu gerçəkləşdirə

UĞURLU SAHİBKAR MÜŞTƏRİSİNİ DİNLƏYƏNDİR!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir fəaliyyətinin

Korporativ CALL CENTRE Təlimləri başladı

Şirkətin müştəri yönümlülüyü - tamamilə personalın əlində olan üstünlüklərindən biridir

Bundan sonra necə olması sizin seçiminizdir!

Əməkdaşlar işə tez-tez gecikir və vaxtından əvvəl çıxırlar... Əmək haqqı hesablanması zamanı səhvlər baş verir …

"Pozitiv düşüncə"-nin biznesdə rolu

Biznesdə, siyasətdə, idmanda və istənilən sahədə daim pozitiv düşünən insanlar hər zaman qalib

"PRONET" MMC şirkəti də Gül bayramı tədbirlərinə qoşuldu

Bu il baş tutan Gül bayramı ötən illərki bayramdan fərqli tərzdə keçirildi. Ayrı-ayrı

“PROSPECT ACADEMY” – ONLİNE TƏDRİS MƏRKƏZİNDƏN NÖVBƏTİ LAYİHƏ!

İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan və biznes proseslərinin avtomatlaşdırılması həlləri ilə tanına..

HR idarəetmədə artıq problem olmayacaq!

Müasir şəraitdə təşkilatın uğurlu inkişafı xeyli dərəcədə işçi heyətinin daimi hazırlığı, ixtisasının artırılması, strateji

EMOSİONAL İNTELLEKT – peşəkar fəaliyyətdə

Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsi...

PRONET şirkəti Code Academy ilə əməkdaşlığa başladı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”, ideyası olan gəncləri bu ideyaları ...

ProSpect ERP sistemi “SİRAB” ASC-də !

“Sirab” ASC şirkəti, XX əsrin 50-ci illərdən etibarən, Azərbaycan mineral sular istehsalı bazarında öz mövqeyini ...

“ProSpect” ERP sistemi artıq Android istifadəçilərinin ixtiyarına verildi!

Biz Sizin rahatlığınızı fikirləşərək, kompüterdən uzaqda olduğunuz zamanda belə Sizə rahat ...

“Müştəri yönümlü xidmət mədəniyyəti” – Korporativ Təlimlər DAVAM edir!

Müştərilərin ehtiyaclarını, onlarla davranış qaydalarını və işləmə prinsiplərini bilmək uğurlu

“PRONET” şirkəti Risklərin İdarəedilməsi Forumuna sponsorluq edir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası cari ilin 26 may tarixində Risklərin İdarə Edilməsi forumu...

Biz "ProSpect Academy" proqramlaşdırma məktəbi açdıq!

Sizi proqramlaşdırma dərslərinə dəvət edirik! Əgər Siz bu sahə ilə maraqlanırsınızsa və təcrübənizi genişləndirib...

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99