“Daha effektiv, daha estetik və daha rahat “SATIŞ” texnologiyası təqdim edirik” – ŞAHMİR ÖVSƏTOV

XXI əsr - başqa sözlə ifadə etsək avtomatlaşan proseslər dövrü! – Bu gün bir çox xırda və iri müəssisələrin, təşkilatların əsas strategiyasında olan bu məsələ artıq hər bir sahibkarı düşündürür. Azərbaycan yerli bazarında belə problemlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti ilə PRONET Prospect ERP artıq, istər dövlət, istərsə də özəl biznes subyektlərinin tək seçimi olmuşdur. PRONET Prospect ERP-nin təqdim etdiyi keyfiyyətli həllərdən yalnız biri olan ProCALLhəllinin vəzifə öhdəliyində olan əsas prinsip bütün şirkətlərin fəaliyyətində “ŞAH DAMAR” rolunu oynayan Çağrı Mərkəzlərinin tam avtomatlaşdırılmasıdır.
Bu barədə PRONET Prospect ERP-nin Biznesin İnkişafı üzrə direktoru Şahmir Övsətov öz fikirlərini bizimlə bölüşməklə bir çox sahibkarları maraqlandıran suallara cavab verdi.

Şahmir müəllim, ilk öncə Çağrı Mərkəzi sahəsində peşəkar biri kimi Azərbaycan bazarında Qaynar Xətlərin idarə olunması sisteminin inkişaf mərhələləri barədə nə deyə bilərsiniz?
- Təbii ki, Azərbaycanda Qaynar Xətlərin tarixi digər ölkələrə nisbətən cavandır. Buna baxmayaraq Qaynar Xətlər Dövlət müəssisələrində struktur kimi həmişə mövcud olub. 90-cı illərdə bu sadə telefon sistemləri ilə idarə olunub, illər keçdikcə artıq tam avtomatlaşdırılmış və proqram təminatları ilə təchiz olunmuş Qaynar Xətlər yaradılıb.

Müştəri sifarişləri sırasında telefon xidməti həmişə önəmli paya sahibdir. Qaynar xətlərin bu işdə əsas funksiyası nədən ibarətdir?
- Qeyd etdiyiniz kimi, Qaynar Xətlər (Çağrı Mərkəzləri) müştərilərin, vətəndaşların müraciətlərinin daha operativ cavablandırılmasını təmin edir. Bundan əlavə daxil olan zənglərin sistem tərəfindən qeydiyyatının aparılması müştərilərlə işlərin növbəti mərhələlərini daha rahat edir.

Sadəcə tək bir telefon xəttinin və zəngləri cavablandıran operatorun olması qaynar xəttin olması anlamına gəlirmi?
- Təbii ki, bu kifayət deyil. Qaynar Xətlərin əsas fərqləndirici cəhətlərindən biri zəng edənlərin - müştərilərin, vətəndaşların - qısa nömrə vasitəsilə əlaqə saxlamalarıdır. Qaynar Xətt, adından da göründüyü kimi əlaqə saxlamaq istəyənlərə operativ cavablandırmanı nəzərdə tutur, bu baxımdan da zəngləri qəbul edəcək şəhər nömrəsi və operator 1 nəfərdən daha artıq olmalıdır.

Biznes proseslərinin həlli ilə bağlı fəaliyyətinizlə artıq bir çox rəqib şirkətləri qabaqladığınız məlumdur. Bu uğurun səbəbini nədə görürsünüz?
- Əslində rəqib şirkətləri qabaqlamağımızın səbəbi elə rəqiblərimizin olmasıdır. Rəqabətsiz bazarda inkişaf olmur və uğur da qazanmaq mümkün deyil. O səbəbdən də biz şirkət olaraq yerimizdə dayanmamışıq və daim Qaynar Xətləri təkmilləşdirmişik, yeni funksiyalar və modullar artırmışıq. Ən böyük səbəblərdən biri də odur ki, ProCall həllini sıfırdan öz gücümüz sayəsində ərsəyə gətirmişik, müştərilərimizin məmnuniyyəti üçün adaptasiya etmək imkanlarımız da özümüzün əlində olub.

Əməkdaşlıq etdiyiniz şirkətlərdə ProCall-un tətbiqi necə effekt yaratmışdır?
- Həllərimiz sözsüz ki, müştərilərimizin biznesinə birmənalı təsir göstrir. Müştərilərinə münasibətdə nümunəvi olan sahibkarlar bizim həllərimizdən geniş istifadə edirlər. Çünki, biz daha effektiv, daha estetik və daha rahat “SATIŞ” texnologiyası təqdim edirik.
ProCall həllini son tətbiq etdiyimiz müəssisələrdən ABC Telecom (Kontakt Home), Azər Türk Bank və Engin MMC (P&G) şirkətlərini misal göstərə bilərəm. Adlarından göründuyü kimi ABC Telecom və Engin MMC pərakandə satış sahəsində fəaliyyət göstərən və kütləvi zənglərin daxil olduğu şirkətlərdir. Təqdim etdiyimiz ProCall həlli sayəsində hər iki şirkət buraxılmış zəngləri minimuma endirir, əldə olunan müxtəlif formalı hesabatlar nəticəsində növbəti addımlarını analiz edir, online mağazanın inteqrasiyası nəticəsində isə əlavə əməkdaş resursları və proqram təminatları istifadə etmədən eyni platforma üzərindən həm də satış həyata keçirirlər.
Azər Türk Bank bank sektorunda həyata keçirdiyimiz ən son layihələrimizdən biridir. Daxil olan zənglərin qeydiyyatı, səslərin qeydə alınması, əks əlaqə modulu, hesabatlar modulu kimi əsas modullar tətbiq olunub və nəzərə çarpacaq dərəcədə iş effektivliyini yüksəldib.

ProCALL həlli ilə bağlı son yeniliklər və gözləntilər nələrdir?
- Bildirdiyim kimi, biz daim yenilikləri tətbiq edirik. Ötən il “FAQ və Hədəf” modullarını tam yeniləyib və istifadəyə rahat versiyalarını hazırladıq və tətbiq etdik. Qarşımıza qoyduğumuz hədəflərdən bir neçəsini bölüşmək istərdim. Bunlardan biri “Spech to text” modulunun tətbiqidir. Əlavə olaraq isə səsin tanınaraq artıq “İVR” menyusunda düymələri sıxmadan səsli komanda sayəsində keçidlərin üzərində işlər gedir.
Planlarımıza əsasən hələ yeniliklər daha çox olacaq, amma düşünürəm ki, açıqlamaq bir az tezdir.

Əminəm ki, uğurlarınız hələ çox olacaq. Ümumiyyətlə qazanılan uğurlarda müştərilərin rolu ola bilərmi?

- Bəli, əlbəttə. Həyata keçirdiyimiz bütün işlər - hazırladığımız həllər və göstərdiyimiz xidmətlər - müştəri məmnuniyyətinə yönəlikdir. Bizim hər bir fəaliyyətimizin mərkəzində müştəriyə qayğı göstərmək və müştərilərimizin biznesinin effektivliyini artırmaq üçün faydalı olmaq arzusu dayanır. Çünki müştəri ilə bağlı olan hər bir şey şirkətimizdə yüksək prioritetə malikdir. Məhz bu səbəbdən 15 illik fəaliyyətimizdə həllərimizin təkmilləşdirilməsində müştərilərimizin rolu danılmazdır. Biz də onlar üçün gələcəyin bü gündən daha surətli olacağını düşünərək yeni texnologiyalar tətbiq etməyə davam edirik. Bizimçün “Mümkünsüz” anlayışı mövcud deyil!

Ən son xəbərlər

Prospect ERP-nin dəyərli müştərilərin təbrikləri

Azərbaycanda ilk milli ERP sistemi tətbiq edən Prospect ERP bu il 15 illik yubileyini qeyd edib. Bununla bağlı şirkətin əməkdaşları ilə yanaşı dəyərli müştəriləri də video mesaj şəklində öz təbriklərini təqdim etdilər.

Prospect ERP şirkətinin 15 illik yubiley tədbiri keçirildi.

Prospect ERP şirkəti 15 illik yubileyini möhtəşəm şəkildə qeyd edib.

Prospect ERP - Sahibkarlığın 15 illik etibarlı dostu.

“Sahibkarlıq fəaliyyətinin əsasında yeni dəyər və faydalar yaratmaq amalı durur. Sahibkarların əksəriyyəti bu fəaliyyətlə məşğul olmaqla öz potensiallarını reallaşdırmaq və daha da genişləndirmək istəyirlər. Sahibkarlıq fəaliyyəti həmdə şəxsi inkişaf üçün geniş meydandır. Sahibkar və onun komandası öz növbəti inkişaf mərhələsini yeni məsul və xidmət şəklində yaratdıqları dəyərlərdə nümayiş etdirirlər. Məhsullarımızın sifarişçilərimizin biznesinə müsbət təsirini görəndə daha da motivasiyalı oluram.”

Prospect ERP Rabitəbank-la da əməkdaşlığa başladı.

Son dövrlər ERP həlləri ilə demək olar ki, bütün biznes sektorların marağına səbəb olan Prospect ERP şirkəti Rabitəbankın da İnsan Resursları idarəetməsi sisteminin tətbiqinə başladı.

Prospect ERP ANAMA ilə əməkdaşlığa başladı

Əməkdaşlıq çərçivəsində ANAMA-da İnsan Resursları və Sənəd Dövriyyəsinin İdarəedilməsinin avtomatlaşdırılması sistemləri tətbiq olunacaq.

“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

Prospect ERP Baş Dövlət Yol Polisi İdarəsi ilə əməkdaşlığa başlayıb

Baş Dövlət Yol Polisi İdarəsində Prospect ERP şirkətinin Qaynar xəttin yenidən qurulması məqsədilə İntellektual Telefoniya Sistemi tətbiq olunub.

Prospect ERP Rabitəbank-la müqavilə imzaladı

Prospect ERP bank və sığorta sektorunda Elektron sənəd dövriyyəsinin tətbiqi işlərinə başlayıb.

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda növbəti təlimi keçirdi.

Prospect ERP şirkəti Veysəloğlu Şirkətlər Qrupunda təlim xarakterli görüş keçirdi.

Prospect ERP kampaniyalar elan edir

Şirkət 15 illik yubileyi münasibətilə müştəriləri üçün bir sıra əvəzsiz imkanlar yaradır.

Prospect ERP şirkətindən gənclər üçün böyük fürsət!

Prospect Academy “2018-Təlim və təcrübəyə dair inkişaf proqramı”na start verdi!

“Bu oğurluğu etməsək, çətin inkişaf edə bilərik” – Elvira Rüstəmova

Azərbaycan bazarının mürəkkəb dövründə korporativ ERP həllərə güclü tələbatın formalaşdığı bir vaxtda biznes

PRONET Prospect ERP Veysəloğlu şirkətlər qrupu ilə əməkdaşlıq imzaladı

Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti

Bu günü inkişaf etdirərək gələcəyi yaradanlar!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET Prospect ERP şirkətinin

HƏR ŞEYİN TƏZƏSİ, DOSTUN KÖHNƏSİ...

PRONET Prospect ERP şirkəti 2005-2015-ci illər ərzində ProCALL həllini tətbiq etdiyi müştərilərə və ölkəmizin bütün

ÇAĞRI MƏRKƏZİ VACİBDİR, YOXSA PEŞƏKAR OPERATOR?

Azərbaycanda şirkət və müəssisələr artıqca, sahələr genişləndikcə, göstərilən

ŞİRKƏTLƏRİN ÇOXDANDIR GÖZLƏDİYİ PROQRAM TƏMİNATI

Görkəmli analitiklərin təhlillərində və yazılarında qərara gəldikləri nəticəyə görə təhlükəsiz idarəetmənin

Gənclər uğurlu gələcəyin ən böyük təməl daşıdır!

Ölkəmizin dövlət başçısı İlham Əliyevin önəm verdiyi sahələrdən biri də dövlət gənclər

İŞ YÜKÜNÜZÜ AZALDIN!

Dünya təcrübəsində qəbul edilib ki, vaxt puldur. Hər bir əməkdaşın aylıq əməkhaqqıları, sərbəst

Biznesdə Çağrı Mərkəzləri niyə VACİBdir?

Müasir dövrdə şirkətin uğuru bilavasitə onun rəqabətədavamlılığı ilə bağlıdır

PROSPECT ERP-dən MÖHTƏŞƏM LAYİHƏ!

15 il ərzində Azərbaycanın İT və proqram təminatı bazarında dövlət orqanları, bank, sığorta

GECİKMƏ VƏ GECİKDİRMƏ!

Statistik hesablamalar göstərir ki, insanlar yaşam müddətləri ərzində öz aktiv yaşlarının təxminən 14%-ni boşa keçən saatlarla - yəni etməli

Avtomatlaşdırılmış sənəd dövriyyəsi Sizə nə verir?

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu

“Daha effektiv, daha estetik və daha rahat “SATIŞ” texnologiyası təqdim edirik” – ŞAHMİR ÖVSƏTOV

XXI əsr - başqa sözlə ifadə etsək avtomatlaşan proseslər dövrü! – Bu gün bir çox xırda

TİBB İŞÇİLƏRİ 1 telefon zəngi qədər yaxındır!

Ölkənin fəaliyyət istiqamətlərində ən önəmli paylardan birinə sahib olan Səhiyyə Azərbaycanda

EMİN ƏSGƏROV - “YERLİ BİZNES ARTIQ SİSTEMLİ FƏALİYYƏTİN EFFEKTİV OLDUĞUNU YAXŞI ANLAYIR VƏ BU BAXIMDAN DA…”

Son illər ölkəmizin iqtisadiyyatında baş verən dəyişikliklərdən dolayı artıq sahibkarlıqda müştəriyə verilən

PROSPECT ERP Keyfiyyət Akademiyasının fəaliyyəti ilə tanış olub

PROSPECT şirkətinin uzun illərdir əməkdaşlıq etdiyi OMG şirkətlər qrupu daha bir uğura imza atıb

İNTELLEKTUAL TELEFONİYA SİSTEMİNİN İNTEQRASİYA İMKANLARI

Müasir dövrdə Çağrı Mərkəzlərinə ehtiyac artmaqdadır. Dünyada iqtisadi böhran yaşandıqdan sonra, biznes

Kontakt Home Çağrı Mərkəzinin peşəkarlıq sirri

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir

BİZNES TƏHLÜKƏSİZLİYİNDƏ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNİN ROLU

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu dövriyyə real

Səmərəli idarəetmə üçün ağıllı həll

Biznes idarə etmək asan deyil. Rəqabət güclü olan sahələrdə isə yetərincə çətindir

HƏVƏSLƏNDİRƏN VƏ İNKİŞAF ETDİRƏN TƏHSİL!

Son illər gəncliyində təhsil ala bilməyən, hər hansı səbəbdən təhsilini yarımçıq qoyan artıq yetkin yaşa

Müştərilərlə əlaqələrinizi səmərəli idarə edin!

Müştəri haqlıdır. Sizi seçsə də, seçməsə də haqlıdır. Niyə? Çünki onunla münasibətin

Kadr siyasətinə tam yeni baxış!

Rəhbər olmaq çətindir. Siravi əməkdaşla rəhbərin məsuliyyəti eyni şirkətin mənafeyinə

Uğurlu sahibkarların seçimi!

Son onilliklər informasiya texnologiyaları və xüsusi ilə ERP-sistemlərinin istifadəsi

PRONET MMC Müqəddəs Ramazan bayramınızı təbrik edir!

On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar

PHP proqramlaşdırma dilləri üzrə QRUP dərslərinə Qeydiyyat Başladı!

Günümüzdə proqramçılara olan tələbatın getdikcə daha da artdığını nəzərə alaraqProspect Academy

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

"Bəzi pasientlər, həkimin ustalığından əmin olduqları üçün sağalır" - Hippokrat.

TƏLƏBƏDƏN - PEŞƏKARLIĞA DOĞRU – HR kursları!

HR karyera qurmaq arzusunda olan hər bir kəs indi ProSpect Academy-nin HR kurslarına qatılaraq öz arzusunu gerçəkləşdirə

UĞURLU SAHİBKAR MÜŞTƏRİSİNİ DİNLƏYƏNDİR!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir fəaliyyətinin

Korporativ CALL CENTRE Təlimləri başladı

Şirkətin müştəri yönümlülüyü - tamamilə personalın əlində olan üstünlüklərindən biridir

Bundan sonra necə olması sizin seçiminizdir!

Əməkdaşlar işə tez-tez gecikir və vaxtından əvvəl çıxırlar... Əmək haqqı hesablanması zamanı səhvlər baş verir …

"Pozitiv düşüncə"-nin biznesdə rolu

Biznesdə, siyasətdə, idmanda və istənilən sahədə daim pozitiv düşünən insanlar hər zaman qalib

"PRONET" MMC şirkəti də Gül bayramı tədbirlərinə qoşuldu

Bu il baş tutan Gül bayramı ötən illərki bayramdan fərqli tərzdə keçirildi. Ayrı-ayrı

“PROSPECT ACADEMY” – ONLİNE TƏDRİS MƏRKƏZİNDƏN NÖVBƏTİ LAYİHƏ!

İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan və biznes proseslərinin avtomatlaşdırılması həlləri ilə tanına..

HR idarəetmədə artıq problem olmayacaq!

Müasir şəraitdə təşkilatın uğurlu inkişafı xeyli dərəcədə işçi heyətinin daimi hazırlığı, ixtisasının artırılması, strateji

EMOSİONAL İNTELLEKT – peşəkar fəaliyyətdə

Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsi...

PRONET şirkəti Code Academy ilə əməkdaşlığa başladı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”, ideyası olan gəncləri bu ideyaları ...

ProSpect ERP sistemi “SİRAB” ASC-də !

“Sirab” ASC şirkəti, XX əsrin 50-ci illərdən etibarən, Azərbaycan mineral sular istehsalı bazarında öz mövqeyini ...

“ProSpect” ERP sistemi artıq Android istifadəçilərinin ixtiyarına verildi!

Biz Sizin rahatlığınızı fikirləşərək, kompüterdən uzaqda olduğunuz zamanda belə Sizə rahat ...

“Müştəri yönümlü xidmət mədəniyyəti” – Korporativ Təlimlər DAVAM edir!

Müştərilərin ehtiyaclarını, onlarla davranış qaydalarını və işləmə prinsiplərini bilmək uğurlu

“PRONET” şirkəti Risklərin İdarəedilməsi Forumuna sponsorluq edir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası cari ilin 26 may tarixində Risklərin İdarə Edilməsi forumu...

Biz "ProSpect Academy" proqramlaşdırma məktəbi açdıq!

Sizi proqramlaşdırma dərslərinə dəvət edirik! Əgər Siz bu sahə ilə maraqlanırsınızsa və təcrübənizi genişləndirib...

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99