“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

Azərbaycanda ilk yerli proqram təminatı istehsalçısı  olan Prospect ERP şirkətinin təsisçisi Emin Əsgərovun    fins.az biznes portalına verdiyi müsahibəni təqdim edirik. 


Demək olar ki, 2018-ci il yarısına yaxınlaşırıq. İndidən bu ili Prospect ERP üçün necə qiymətləndirə bilərsiniz?

─ Planlaşdırdığımızdan və gözlədiyimizdən daha yaxşı qiymətləndirirəm. Hal-hazırda davam edən 7 ERP layihəmiz var və 2 tam yeni məhsulumuzu bir aya yekunlaşdırmağı planlaşdırırıq.

Siz tez-tez məqalələrinizdə və video müsahibələrinizdə əsas uğur amilindən danışırsınız. Bu barədə bir az geniş açıqlama verərdiniz?

─ Sözsüz ki, biznesdə daim rəqabət mövcuddur. Onu da deyim ki, bunun üçün bəzən heç də rəqib lazım deyil. Hər bir biznes əsas uğur amillərinə söykənərək bazarda əlverişli mövqe tuta bilər. Əsas uğur amili adətən konkret biznes seqmentinə aid olur və siz biznesə başlayanda, həmin biznesin bu günə qəbul olunmuş əsas uğur amillərini bilməlisiniz. Adından göründüyü kimi adətən uğur amilləri bir olmur, hər seqment üçün 10-a yaxın və bəzən daha çox uğur amilləri ola bilər. Əksər bizneslər üçün keçərli ola biləcək universal uğur amillərindən qiymət, keyfiyyət, sürət və təhlükəsizliyi qeyd edə bilərəm. Spesifik uğur amillərinə ekoloji təmiz, seysmik davamlı, dadlı və sair sayıla bilər. Hər bir şirkətin unikallığı və fərdiliyi də elə ondan ibarətdir ki, o, konkret biznesə aid olan əsas uğur amillərindən birində və ya bir neçəsində rəqiblərindən üstün olsun. Yəni, şirkət birinci olmaq istəyirsə öz biznes seqmentinə aid olan bütün əsas uğur amillərindən ən yaxşısı olmalıdır. Ən sərfəli, ən keyfiyyətli, ən sürətli, ən təhlükəsiz və sair. Məhz bu “ƏN”lər sizi rəqabətli edir və bazarın liderinə çevirir.

O zaman bu cavabdan doğan bir sual ortaya çıxır. Sizin şirkətinizin Əsas uğur amili və ya amilləri nədədir?

─ Mən də elə başa düşürdüm ki, bu növbəti sual olmalı idi (gülür). Bizim İT biznes sahəsinə daim maraq olub və bir mənalı olaraq ildən-ilə bu maraq artır. Ardıcıllıqda vacibliyi nəzərə almasaq uzərində durduğumuz bir neçə əsas uğur amillərimiz var:

böyük təcrübə;

həllərin çoxluğu;

yüksək operativlik və sürət;

daim yenilik axtarışı.

Bunlar bizim bu günə əsas uğur amillərimizdir və zamanla bu dəyişilə bilir.

Böyük təcrübə dediniz, bildiyim qədər bu il Prospect ERP  15 yaşına çatır. Bu yaşa necə və nə ilə gəldiniz?

─ Necə gəldiyimizi doğurdan özüm də bilmirəm. Zaman məncə çox tez keçdi. Amma məzmuna qalsa onu deyə bilərəm ki, “Non-Stop” ifadəsi bizim fəaliyyətimizin dinamikasını daha doğru təsvir edir. Biz heç vaxt dayanmamışıq və daim irəliyə baxmışıq. Bu xüsusiyyət bizi 15 il ərzində bütün böhranlardan çıxarda bilib.

O ki qaldı nə ilə gəldik? Statistika bu haqda daha yaxşı danışır:

Ölkəmizin 90% Qaynar xətləri və Call Centerlərini bizim məhsulumuzla tətbiq etmişik, qurmuşuq. 15 il ərzində 300-dən artıq orta və iri İT layihələri qazanmışıq, ilk milli  ERP həlləri yaratmışıq. Mənim üçün ən önəmli məsələ son dövrlər iri şirkət və holdinqlərin məhz bizə etibar etməsidir.

Hansı amilə görə iri şirkətlərlə çalışmaq sizin üçün daha önəmlidir?

─ Əlbəttə, ilk növbədə bunlar böyük ənənələri olan formalaşmış təşkilatlardır. Həmçinin korporativ sistemləri mükəmməl və eyni zamanda yüksək peşəkar kadr potensiallarına malikdirlər. Sözsüz ki, belə şirkətlərlə münasibətdə olduqda çox şeylər öyrənmiş oluruq və bu, son nəticədə bizim məhsullarımızın daha da təkmilləşdirilməsinə gətirir. Bu isə bizimçün olduqca önəmlidir.

Misal olaraq, bu yaxınlarda ölkəmizin ən iri beynəlxalq logistika şirkəti olan “Abşeron Logistika Mərkəzi”ndə tam ERP həllərini tətbiq etməyə başladıq. Bizim üçün belə bir şirkətə Prospect ERP-nin bütün modullarını: HRM, CRM, DMS, Contact Center - eyni anda tətbiqi böyük təcrübədir.

Digər misal - ölkəmizin ən iri holdinqlərindən olan “Veysəloğlu Şirkətlər Qrupundakı” layihəmizdir. 12000-dən artıq əməkdaşı olan belə nəhəng holdinqə bizim Prospect ERP-nin HRM həlli tədbiq olunmaqdadır. Bu layihə çərçivəsində davamiyyət, əməkhaqqı, işə qəbul və təlim proseslərinin tam avtomatlaşdırılması aparılır.

Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür və bu bizi sevindirməyə bilməz.

Sizin prioritetlər siyahısında növbəti daha hansı addım durub?

─ Sifarişçilərimizə daha çox imkanlar vermək kimi məqsədimiz var. Bu imkanlardan biri olaraq qarşımıza Prospect ERP həllərimizi “cloud”-a çıxarmaq hədəfi qoymuşuq. Artıq bir neçə həllimiz tam “cloud” texnologiyalarına uyğunlaşdırılıb. Bu eyni zamanda daha çox şirkətlərin məhsullarımızla tanışlığını və eyni zamanda sərfəli qiymətlərdən yararlanmasını təmin edəcək.

Son olaraq bir səmimi sual vermək istərdim - Azərbaycan bazarında özünüzü təqlid üçün nümunə hesab edirsinizmi?

─ Biz doğurdan da gənclərlə daha çox işləyirik. Şirkətimizdə gənclərin inkişafı ilə bağlı xüsusi bir proqram var. Məhz buna görə də son illərdə şirkətimizdə təyin olunmuş bölmə rəhbərlərinin orta yaşı 25-dən yuxarı deyil. Bu işin böyük effektini görməyə başlamışıq və davamlı olaraq bu gün də bu istiqamətdə ardıcıl işlər görürük.

Digər tərəfdən gənclərlə bağlı bizim sosial fəaliyyətimiz də kifayət qədərdir. Şəxsən mən özüm son iki ildə gənclərlə bağlı iki layihə həyata keçirmişəm, biri ”Online Biznes Dərsləri”, digəri isə “”Business Case”. Hər iki layihə gənclərin biznes sahəsində ödənişsiz maarifləndirilməsinə xidmət edirdi. Hal-hazırda da şəxsi video bloqum vasitəsi ilə gənclərə sahibkarlıq fəaliyyətimdən olan təcrübələrimi paylaşıram.

Sualınıza cavab olaraq, əlbəttə istərdim gənc sahibkarlara yaxşı mənada nümunə ola bilim və düşünürəm ki, bu istək mənim biznes fəaliyyətimi daha da mənalı edir.


Ən son xəbərlər

“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

“Böyük şirkətlərin bizimlə əməkdaşlıq etməsi artıq bir tendensiyaya dönür” – Emin Əsgərov

Prospect ERP Baş Dövlət Yol Polisi İdarəsi ilə əməkdaşlığa başlayıb

Baş Dövlət Yol Polisi İdarəsində Prospect ERP şirkətinin Qaynar xəttin yenidən qurulması məqsədilə İntellektual Telefoniya Sistemi tətbiq olunub.

Prospect ERP Rabitəbank-la müqavilə imzaladı

Prospect ERP bank və sığorta sektorunda Elektron sənəd dövriyyəsinin tətbiqi işlərinə başlayıb.

Prospect ERP Veysəloğlu Şirkətlər Qrupunda növbəti təlimi keçirdi.

Prospect ERP şirkəti Veysəloğlu Şirkətlər Qrupunda təlim xarakterli görüş keçirdi.

Prospect ERP kampaniyalar elan edir

Şirkət 15 illik yubileyi münasibətilə müştəriləri üçün bir sıra əvəzsiz imkanlar yaradır.

Prospect ERP şirkətindən gənclər üçün böyük fürsət!

Prospect Academy “2018-Təlim və təcrübəyə dair inkişaf proqramı”na start verdi!

“Bu oğurluğu etməsək, çətin inkişaf edə bilərik” – Elvira Rüstəmova

Azərbaycan bazarının mürəkkəb dövründə korporativ ERP həllərə güclü tələbatın formalaşdığı bir vaxtda biznes

PRONET Prospect ERP Veysəloğlu şirkətlər qrupu ilə əməkdaşlıq imzaladı

Azərbaycanın İT və proqram təminatı bazarında 15 illik uğurlu fəaliyyəti ilə ciddi mövqeyə sahib PRONET Prospect ERP şirkəti

Bu günü inkişaf etdirərək gələcəyi yaradanlar!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET Prospect ERP şirkətinin

HƏR ŞEYİN TƏZƏSİ, DOSTUN KÖHNƏSİ...

PRONET Prospect ERP şirkəti 2005-2015-ci illər ərzində ProCALL həllini tətbiq etdiyi müştərilərə və ölkəmizin bütün

ÇAĞRI MƏRKƏZİ VACİBDİR, YOXSA PEŞƏKAR OPERATOR?

Azərbaycanda şirkət və müəssisələr artıqca, sahələr genişləndikcə, göstərilən

ŞİRKƏTLƏRİN ÇOXDANDIR GÖZLƏDİYİ PROQRAM TƏMİNATI

Görkəmli analitiklərin təhlillərində və yazılarında qərara gəldikləri nəticəyə görə təhlükəsiz idarəetmənin

Gənclər uğurlu gələcəyin ən böyük təməl daşıdır!

Ölkəmizin dövlət başçısı İlham Əliyevin önəm verdiyi sahələrdən biri də dövlət gənclər

İŞ YÜKÜNÜZÜ AZALDIN!

Dünya təcrübəsində qəbul edilib ki, vaxt puldur. Hər bir əməkdaşın aylıq əməkhaqqıları, sərbəst

Biznesdə Çağrı Mərkəzləri niyə VACİBdir?

Müasir dövrdə şirkətin uğuru bilavasitə onun rəqabətədavamlılığı ilə bağlıdır

PROSPECT ERP-dən MÖHTƏŞƏM LAYİHƏ!

15 il ərzində Azərbaycanın İT və proqram təminatı bazarında dövlət orqanları, bank, sığorta

GECİKMƏ VƏ GECİKDİRMƏ!

Statistik hesablamalar göstərir ki, insanlar yaşam müddətləri ərzində öz aktiv yaşlarının təxminən 14%-ni boşa keçən saatlarla - yəni etməli

Avtomatlaşdırılmış sənəd dövriyyəsi Sizə nə verir?

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu

“Daha effektiv, daha estetik və daha rahat “SATIŞ” texnologiyası təqdim edirik” – ŞAHMİR ÖVSƏTOV

XXI əsr - başqa sözlə ifadə etsək avtomatlaşan proseslər dövrü! – Bu gün bir çox xırda

TİBB İŞÇİLƏRİ 1 telefon zəngi qədər yaxındır!

Ölkənin fəaliyyət istiqamətlərində ən önəmli paylardan birinə sahib olan Səhiyyə Azərbaycanda

EMİN ƏSGƏROV - “YERLİ BİZNES ARTIQ SİSTEMLİ FƏALİYYƏTİN EFFEKTİV OLDUĞUNU YAXŞI ANLAYIR VƏ BU BAXIMDAN DA…”

Son illər ölkəmizin iqtisadiyyatında baş verən dəyişikliklərdən dolayı artıq sahibkarlıqda müştəriyə verilən

PROSPECT ERP Keyfiyyət Akademiyasının fəaliyyəti ilə tanış olub

PROSPECT şirkətinin uzun illərdir əməkdaşlıq etdiyi OMG şirkətlər qrupu daha bir uğura imza atıb

İNTELLEKTUAL TELEFONİYA SİSTEMİNİN İNTEQRASİYA İMKANLARI

Müasir dövrdə Çağrı Mərkəzlərinə ehtiyac artmaqdadır. Dünyada iqtisadi böhran yaşandıqdan sonra, biznes

Kontakt Home Çağrı Mərkəzinin peşəkarlıq sirri

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir

BİZNES TƏHLÜKƏSİZLİYİNDƏ SƏNƏD DÖVRİYYƏSİ SİSTEMİNİN ROLU

Biznes sisteminin quruculuğu üçün ən vacib elementlərdən biri – sənəd dövriyyəsidir. Son illər bu dövriyyə real

Səmərəli idarəetmə üçün ağıllı həll

Biznes idarə etmək asan deyil. Rəqabət güclü olan sahələrdə isə yetərincə çətindir

HƏVƏSLƏNDİRƏN VƏ İNKİŞAF ETDİRƏN TƏHSİL!

Son illər gəncliyində təhsil ala bilməyən, hər hansı səbəbdən təhsilini yarımçıq qoyan artıq yetkin yaşa

Müştərilərlə əlaqələrinizi səmərəli idarə edin!

Müştəri haqlıdır. Sizi seçsə də, seçməsə də haqlıdır. Niyə? Çünki onunla münasibətin

Kadr siyasətinə tam yeni baxış!

Rəhbər olmaq çətindir. Siravi əməkdaşla rəhbərin məsuliyyəti eyni şirkətin mənafeyinə

Uğurlu sahibkarların seçimi!

Son onilliklər informasiya texnologiyaları və xüsusi ilə ERP-sistemlərinin istifadəsi

PRONET MMC Müqəddəs Ramazan bayramınızı təbrik edir!

On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar

PHP proqramlaşdırma dilləri üzrə QRUP dərslərinə Qeydiyyat Başladı!

Günümüzdə proqramçılara olan tələbatın getdikcə daha da artdığını nəzərə alaraqProspect Academy

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

"Bəzi pasientlər, həkimin ustalığından əmin olduqları üçün sağalır" - Hippokrat.

TƏLƏBƏDƏN - PEŞƏKARLIĞA DOĞRU – HR kursları!

HR karyera qurmaq arzusunda olan hər bir kəs indi ProSpect Academy-nin HR kurslarına qatılaraq öz arzusunu gerçəkləşdirə

UĞURLU SAHİBKAR MÜŞTƏRİSİNİ DİNLƏYƏNDİR!

Artıq 15 ilə yaxındır ki, İKT sahəsində uğurla fəaliyyət göstərən PRONET MMC şirkətinin hər bir fəaliyyətinin

Korporativ CALL CENTRE Təlimləri başladı

Şirkətin müştəri yönümlülüyü - tamamilə personalın əlində olan üstünlüklərindən biridir

Bundan sonra necə olması sizin seçiminizdir!

Əməkdaşlar işə tez-tez gecikir və vaxtından əvvəl çıxırlar... Əmək haqqı hesablanması zamanı səhvlər baş verir …

"Pozitiv düşüncə"-nin biznesdə rolu

Biznesdə, siyasətdə, idmanda və istənilən sahədə daim pozitiv düşünən insanlar hər zaman qalib

"PRONET" MMC şirkəti də Gül bayramı tədbirlərinə qoşuldu

Bu il baş tutan Gül bayramı ötən illərki bayramdan fərqli tərzdə keçirildi. Ayrı-ayrı

“PROSPECT ACADEMY” – ONLİNE TƏDRİS MƏRKƏZİNDƏN NÖVBƏTİ LAYİHƏ!

İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan və biznes proseslərinin avtomatlaşdırılması həlləri ilə tanına..

HR idarəetmədə artıq problem olmayacaq!

Müasir şəraitdə təşkilatın uğurlu inkişafı xeyli dərəcədə işçi heyətinin daimi hazırlığı, ixtisasının artırılması, strateji

EMOSİONAL İNTELLEKT – peşəkar fəaliyyətdə

Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsi...

PRONET şirkəti Code Academy ilə əməkdaşlığa başladı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”, ideyası olan gəncləri bu ideyaları ...

ProSpect ERP sistemi “SİRAB” ASC-də !

“Sirab” ASC şirkəti, XX əsrin 50-ci illərdən etibarən, Azərbaycan mineral sular istehsalı bazarında öz mövqeyini ...

“ProSpect” ERP sistemi artıq Android istifadəçilərinin ixtiyarına verildi!

Biz Sizin rahatlığınızı fikirləşərək, kompüterdən uzaqda olduğunuz zamanda belə Sizə rahat ...

“Müştəri yönümlü xidmət mədəniyyəti” – Korporativ Təlimlər DAVAM edir!

Müştərilərin ehtiyaclarını, onlarla davranış qaydalarını və işləmə prinsiplərini bilmək uğurlu

“PRONET” şirkəti Risklərin İdarəedilməsi Forumuna sponsorluq edir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası cari ilin 26 may tarixində Risklərin İdarə Edilməsi forumu...

Biz "ProSpect Academy" proqramlaşdırma məktəbi açdıq!

Sizi proqramlaşdırma dərslərinə dəvət edirik! Əgər Siz bu sahə ilə maraqlanırsınızsa və təcrübənizi genişləndirib...

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99