Pərakəndə sektorunda işə qəbul prosesinin idarəsi

Pərakəndə ticarət şirkəti insan resurslarının, əsasən də kadr seçiminin idarəsini biznesin ümumi inkişafı ilə kompleks nəzərə aldıqda, müəssisənin strategiyasının yenilənməsini tələb edən ətraf-mühitin dəyişikliklərinə əsaslanmalıdır. Personalın effektiv istifadəsindən bazarda şirkətin rəqabətə davamlılığının səviyyəsi asılı olduğuna görə insan resursları istənilən müəssisənin ən vacib qüvvəsi sayılır. 

Digər sektorlarla müqayisədə bu sektorda satış həcminin dəyişkənliyi, qeyri-müəyyən iqtisadi şərait, sərt rəqabət kimi səbəblərdən baş verən kadr axınının göstəriciləri daha yüksəkdir. Bununla yanaşı, işəqəbul üzrə məsul əməkdaşların iş yükünü ağırlaşdırmağına görə də kadr axını biznesdə əsas “axsadıcı” məqamlardan hesab edilir. Belə şəraitdə insan resurslarının strateji idarə edilməsi məsələləri rəhbərlikdən daha böyük diqqət tələb edir.  

Dünya təcrübəsində kadrların düzgün idarəetməsinə vasitə olacaq və hər biznes strukturuna uyğunlaşan proqram təminatını seçmək olduqca çətin bir prosesdir. Bu sahədə Azərbaycanda öz adınnan yetəri qədər söz etdirməyi bacaran Prospect ERP şirkəti artıq 15 ildir ki, uğurla əməkdaşlıq etdiyi pərakəndə ticarət şəbəkələri üçün bütün biznes-proseslərinin idarə edilməsinin kompleks şəklində avtomatlaşdırılmasını təmin edir. Sözügedən sektorda idarəetmə proseslərinə verdiyi tövhə sayəsində pərakəndə mağazalarının inkişafına dəlalət edən həlləri ilə şirkət müştərilərin etibarını qazanmışdır. İnsan Resurslarının intellektual idarəsi üçün şirkətin təklif etdiyi HRM sistemi sizin kadr siyasətinizin düzgün həyata keçirilməsi üçün bütün lazımi funksiyaları özündə birləşdirib. 

Sistemin “İşəqəbul” modulu yeni vakansiyalar və həmin vakansiyalara potensial namizədlər haqqında mərkəzləşdirilmiş qaydada məlumat almaq imkanını verir. Modulun “Sifariş” funksiyasının köməyi ilə əməkdaşın işdən çıxarılması və ya kollektivin genişləndirilməsi hallarında istənilən şöbədən yeni vakansiyanın açılmasını sifariş etmək mümkündür. Bu sifariş birbaşa İnsan Resursları şöbəsi üçün sistemdə əks etdirilir. İnsan Resursları şöbəsinin əməkdaşı “CV Bank”-ında uyğun namizədin olmasını yoxlayır və onu müsahibəyə dəvət edir. “CV Bank” vahid bazası isə mövcud vakansiyalara müraciət edən şəxslərin “Müraciət” funksiyası ilə online rejimdə doldurulmuş CV formalarından təşkil olunur. Vəzifənin tələblərinə uyğunlaşan namizəd “CV Bank”-ında yoxdursa “Vakansiya” funksiyası yeni vakansiyanı avtomatik olaraq sayta yerləşdirməyə imkan yaradır. 

Sistemdə “qaynar” vakansiyalar, aparılmış müsahibələr və onların nəticələri ilə tanış olmaq, kadr resurslarından istifadə olunmasını planlaşdırmaq imkanları da mövcuddur. Modul vasitəsi ilə bu zəruri məlumatları bir mənbədən almaqla yanaşı, siz həftəlik, aylıq, illik vakansiya və müraciətlər haqda hesabatları görə bilirsiniz.

Onu da qeyd etmək istərdik ki, VEYSƏLOĞLU Şirkətlər Qrupu, Baku Grand Prix, Rabitəbank  və s. kimi böyük təşkilatların istifadəsində olan HRM sisteminin çoxfunksiyalı “İşəqəbul” modulu artıq bir çox dövlət qurumları, iri holdinq və özəl müəssisələrdə tətbiq olunub.



Ən son bloglar

Pərakəndə sektorunda işə qəbul prosesinin idarəsi

Pərakəndə ticarət şirkəti insan resurslarının, əsasən də kadr seçiminin idarəsini biznesin ümumi inkişafı ilə kompleks nəzərə aldıqda, müəssisənin strategiyasının yenilənməsini tələb edən ətraf-mühitin dəyişikliklərinə əsaslanmalıdır. Personalın effektiv istifadəsindən bazarda şirkətin rəqabətə davamlılığının səviyyəsi asılı olduğuna görə insan resursları istənilən müəssisənin ən vacib qüvvəsi sayılır.

Bank sektorunda Avtomatlaşdırılmış Attestasiya sistemi

Azərbaycanda ilk Milli ERP məhsullar tətbiq edən Prospect ERP şirkətinin proqram təminatlarından 400-ə yaxın böyük holdinq, dövlət və özəl müəssələri istifadə etməkdədir. Şirkətin İmtahan və Attestasiya Proseslərinin Avtomatlaşdırılması üçün həlli - ProASK - əməkdaşların test edilərək, onların biliklərinin hansı səviyyədə olması, işgüzar bacarıqlarının nə qədər yetərli olduğunu öyrənmək üçün nəzərdə tutulmuş bir sistemdir.

IVR niyə vacibdir?

Contact Center platformasını qurduğumuz bir müəssisədə istifadə edilən IVR sistemi haqda təsadüfən gördüyümüz Müştəri Hekayəsi:

İş adamlarına vacib KPİ-lar

KPİ hər bir fəaliyyətin effektivliyini dəyərləndirən və qoyulmuş məqsədlərə hansı dərəcədə nail olduğunu göstərir.

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99