EMOSİONAL İNTELLEKT - Məktəblərdə öyrədİlməyən bacarıqlar


Emosional intellekt - insanların öz emosiyalarını nə dərəcədə idarə edə bildiyi və başqa insanların emosiyalarına reaksiyasını təsvir etmək üçün alimlərin istifadə etdiyi ümumiləşdirmədir. Bu bacarığın yaxşı inkişaf etdiyi insanlar münaqişələri idarə edə, emosiyalarını saxlaya, digər insanların tələbatını həssaslıqla hiss edə bilir .

Emosional intellekt modelləri çoxdur, lakin biz klassik (Daniel Goleman modeli) üzərində dayanaq:

Özünü dərk etmə

İlk öncə - şüur üzərində işləmək lazımdır. Özünüz və emosiyalarınız haqqında maksimal biliyə sahib olmalısınız, bu vacibdir:

Özünü idarə etmə

Emosiyalarınızın çalışdığını öyrəndikdən sonra, onları necə düzgün idarə etməyi öyrənin. Emosional enerjinizi səmərəli fəaliyyətə yönəldin. Məsələn, tennis oynayıb hər məğlubiyyətdə özünə qəzəblənmək olar. Qəzəbi məşq üçün motivasiya kimi istifadə etmək olar. 

Motivasiya

Əgər motivasiyanız sizin üçün işləyirsə - demək reallıqla istəyinizi birləşdirir.

Düzgün motivasiya dəyərləriniz üzərində əsaslanır. Onlar haqqında daha çox öyrənmək üçün vaxt tapın, əks halda bütün həyatı boyu sizin üçün maraqlı olmayan işlərlə məşğul olacaqsınız.

Əsası kiçik addımlar sənətini öyrənin. Onların hər biri sizi hədəfə yaxınlaşdırır.

Empatiya

Empatiya - əlaqələrin əsas "mühərrikidir". Yaxşı xəbər: empatiya - bacarıqdır, hər bir bacarığı isə inkişaf etdirmək olar

Sosial bacarıqlar

Sosial bacarıqlar həyatın bütün sahələrinə təsir edir: münasibətlərdən tutmuş işədək. Məhz buna görə də onları maksimum inkişaf etdirmək vacibdi.

Bəzi sosial bacarıqlar bizə ancaq yeni insanlarla tanış olmaq, ümumi dil tapmaq və qarşılıqlı faydalı əlaqəni davam etdirmək üçün lazımdır.

Hər kəs öz strategiyasını seçə bilər, ən əsası özünü dərk edib qulaq asmaqdır.

Bu mövzu haqında keçirdiyimiz seminarı buradan izləyin: https://goo.gl/fPziMr



Ən son bloglar

İş adamlarına vacib KPİ-lar

KPİ hər bir fəaliyyətin effektivliyini dəyərləndirən və qoyulmuş məqsədlərə hansı dərəcədə nail olduğunu göstərir.

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99