Bundan sonra necə olması sizin seçiminizdir!


Əməkdaşlar işə tez-tez gecikir və vaxtından əvvəl çıxırlar...

Əmək haqqı hesablanması zamanı səhvlər baş verir …

İşçi heyətinin təkmilləşdirilməsinə ehtiyac var...

Əməkdaşların məhsuldarlığı və əmək intizamı qeyri-qənaətbəxşdir…

Aparılan sorğulara görə bu HR şöbəsinin daha çox rastlaşdığı problemlərdir. HR ekspertlərlə araşdıraraq bu problemlərin yaranma səbəbləri kimi aşağıdakıları müəyyən etdik

1. Şirkətin sadə və aydın ştat strukturunun olmaması;

Filial, şöbə və ticarət nöqtələrinin məlumatların dağınıq olduğundan, siz işçi heyətinin dəqiq və aydın mənzərəsini görə bilmirsiniz. Ştat cədvəlinə dəyişikliklər əlavə etdiyinizdə çətinlik yaranır. Bundan əlavə, uzaq filiallara nəzarət etmək çox xərc və vaxt tələb edir.

2. Səhvlər ucbatından vaxt və vəsait itkisi;

Əməkdaşların məzuniyyətləri, ezamiyyətləri, bonusları, xəstəlikləri və cərimələri  haqqında bütün məlumatın təhlili zamanı yaranan səhvlər vaxt itkisi ilə yanaşı maliyyə, HR, mühasibatlıq şöbələrinin işində də problemlərin yaranmasına səbəb olur. Məlumatların strukturlaşdırılmış olmaması əmək haqqının hesablanması və əmək haqqı fondunun formalaşmasında səhvləri qaçılmaz edir.

3. İşçilərdə müşahidə olunan həvəs itkisi və məsuliyyətsizlik;

Hər əməkdaş üzrə gecikmələr, işi vaxtından əvvəl tərk etmə, yubanma və s. səbəblərə görə hesabatların olmaması işçilərlə rəhbərlik arasında şəffaflığa şübhə yaradır. Hesabatların nəticələrinə uyğun bonuslar, cərimələr tətbiq etmək işçi heyətinin məhsuldarlığını, eləcə də işinə həvəsini birə beş artırır.

Əgər siz sənədlər ilə gündəlik əməliyyatların həcminin artdığını, əmək haqqı, vergi, pensiya və digər ayırmaların hesablanma dəqiqliyini artırmaq lazım olduğunu görürsünüzsə, əgər siz şirkətdə insan resurslarının tam idarə edilməsinin vacibliyini anlayırsınızsa və qiymətli kadrları itirməyə davam etmək istəmirsinizsə - demək ki, işçi heyətin idarəsinin avtomatlaşdırılması ilə məşğul olmaq zamanıdır.

Qeyd edək ki, bu günədək mövcud olan proqramlar eyni zamanda bir neçə məsələnin öhdəsindən gələ bilmirdilər və nəticədə insan resursları, mühasibat və maliyyə şöbələri məlumatları təkrarlamaq və onları əl ilə qeyd etmək, hətta əlyazma jurnalları aparmaq kimi "lazımsız işlərlə" məşğul olmağa məcbur edilirdi. Bu da nəzarət orqanları tərəfindən iddialara səbəb olan yanlışlıqlara, xətaların yaranmasına gətirib çıxarırdı.

Lakin artıq hər şey dəyişib! - Bu sahədə innovasiya həlləri bazarında 14 il fəaliyyətini davam etdirən PRONET MMC Azərbaycanda ilk dəfə “Prospect ERP Sistemləri” (www.prospect.azlayihəsi üzrə müəssisədə heyətin idarə olunmasını avtomatlaşdıran və kadr uçotunu maksimum sadələşdirən unikal ProİD sistemini yaradıb!

Bu proqram təminatı işçi qəbulu, təlimin idarə edilməsi və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi, hesabatların dəqiq alınması, kadr uçotu və əmək haqqının hesablanması kimi sahələrdə artıq uğurla tətbiq olunur.

ProİD sistemin müəssisələrdə tətbiqi biznes proseslərinin və xərclərin səmərəli idarə olunması, bütün hüquqi normalara riayət olunması, iş funksiyalarının təkrarlanmasının qarşısını alınması, şirkət üçün qiymətli mütəxəssislərin cəlb edilməsi və saxlanması kimi bir çox vacib tələbatlardan irəli gəlir.

Qeyd edək ki, PRONET MMC biznesin avtomatlaşdırılmasına yönəlmiş müştəri münasibətləri, loqistika, sənəd dövriyyəsi, çağrı mərkəzləri və digər sahələrdə qabaqcıl həllər tətbiq edir. İnsan resurslarının avtomatlaşdırılması sistemindən istifadə edən şirkətlər arasında Hilton hotel, Sirab ASC, İDEA, SGS, Mədəniyyət və Turizm Nazirliyi kimi dövlət və özəl müəssisələri də qeyd etmək olar.

Müəssisədə kadrların idarəetmə sisteminin imkanları yalnız sizin tələblərinizlə məhdudlaşır – Biznesinizi necə idarə edəcəyiniz artıq sizin seçiminizdir!

Bizim əlaqə:

Ünvan: İnşaatçılar prospekti 17A

AZ1065, Bakı, Azərbaycan

Tel:+994 (012) 3102121

Sayt: www.prospect.az

E-mail: [email protected]


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ən son bloglar

Sənəd dövriyyəsində 3 doğru addım

Müasir biznes proseslərini sənədləşdirmə işləri olmadan təsəvvür etmək mümkün deyil. Gün ərzində orta ölçülü bir şirkətdə fasiləsiz olaraq sənəd axını burulğanı baş verir. Ofisə gələn sənədlər, sizin göndərəcəyiniz sənədlər, ofisdaxili idarəetmə sənədləri və s. Məhz bunlar da xərclənən resurs, itirilən vaxt və qazanılan gərginlik iş effektivliyinin müsbət saldosunu yetərincə aşağı salır.

İstehsalat sahəsində CRM

Bir çox istehsalat şirkətləri, bəzən iş proseslərinin avtomatlaşdırılması zərurəti kimi problemlə üzləşirlər.

Orta bİznes üçün CRM

Hər bir şirkətin iki əsas dəyəri var. Personal. Onların qarşısına qoyduğu məqsədlərinə çatmaq...

Kiçik biznes və ERP

Bugünki biznes landşaftda istənilən biznes ERP həllini tətbiq edə bilər. ERP kiçik müəssisələrə biznes miqyaslı...

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99