Biometrik sistemlər niyə bu qədər əhəmiyyətlidir?

Bu sirr deyil ki, təşkilatın işinin idarəsi əsasən onun funksiyalarının icra edilməsinə mane olan səbəblərin qarşısını almaqdan ibarətdir. Belə səbəblərdən biri — məxfi obyektlərin ərazisinə və ya məlumatların mənbələrinə giriş səlahiyyətlərinin pozulmasıdır. 21-ci əsrdə bu pozuntuların qarşısını almaq üçün bir çox müəssisələr tam və ya qismən biometrik sistemlərdən istifadə edirlər.

Hələ bir müddət əvvəl eyniləşdirmənin biometrik metodlarından istifadə edən sistemləri yalnız elmi-fantastik kitablarda və ya filmlərdə qarşılamaq mümkün idi. Müasir biometriya demək olar ki keçmiş yüzilliyin 70-ci illərində girişinin kontrolu üçün tətbiqlərdən başlandı. İlk biometrik sistemlər təhlükəsizliyin yüksək dərəcəsini  yalnız onlara daxil olan biometrik qurğuların yüksək qiyməti hesabına verirdi. Son illərində ucuz mikroprosessorların və  görüntü ilə iş üçün qabaqcıl elektron texnikanın yaranması biometrik qurğuların həm qiymətin azaltdı, həm dəqiqliyini artırdı.

İstənilən biometrik qurğunun əsas funksiyası — şəxsiyyətin tanınmasıdır. Girişin kontrolu (Access Control) yalnız insanın eyniləşdirməsini tələb etmir, sistem həmçinin qapını aça, günün vaxtından asılı olaraq girişi icazə verə və ya qadağan edə bilər və tələb olunduqda siqnalızasiyanı yandıra bilər.

2001-ci ilin 11 sentyabrına qədər biometrik sistemlər təhlükəsizliyin təmin olunması üçün yalnız hərbi sirlərin və əhəmiyyətli ticarət məlumatlarının müdafiəsi üçün istifadə olunurdu.  Bütün dünyanı sarsıdan terror aktından sonra vəziyyət kəskin dəyişdi. Əvvəl giriş kontrolu üçün biometrik sistemlər aeroportlar, böyük ticarət mərkəzləri və camaat toplandığı digər yerlərdə təchiz edilirdi. Yüksəlmiş tələbat bu sahədə  tədqiqatların aparılmasına zərurət yaratdı ki, bu da öz növbəsində, tamamilə yeni texnologiyaların yaranmasına səbəb oldu. Biometrik qurğular bazarının inkişafı istehsalçı şirkətlərin sayının artımına,  yaranmış rəqabət isə məlumat təhlükəsizliyi təminatının biometrik sistemlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına gətirdi.

Hal-hazırda barmaq izinin tanınması biometrik müəyyənləşdirilmənin ən məşhur metodudur. Bu texnologiyanın universallığı sayəsində o istifadəçilərin etibarlı eyniləşdirməsi lazım  olan istənilən sahədə və istənilən məsələnin həlli üçün tətbiq edilə bilər. Xüsusi skaner vasitəsilə götürülən barmaq izi rəqəmsal koda keçərək əvvəl daxil edilmiş nümunə ilə müqayisə edilir.  Bu həmçinin müəssisə işçilərini əlavə xırda açarlar və icazə çimpləri kimi vasitələr gəzdirmək yükündən xilas edir, həm da vaxt itkisinə və qeyri-dəqiqliyə yol açan kağız-qələm qeydiyyatından, sovet dövründən qalmış “Tabel jurnalları”ndan birdəfəlik uzaqlaşmağa kömək olur.

İnkişaf tendensiyasına uyğun olaraq ölkəmizdə də artıq biznesin müxtəlif sahələrində biometrik qurğular tətbiq olunur və idarəetmə həllərinə inteqrasiya edilir. Bu sahədə ölkənin demək olar ki 99% müəssisələrində idarəetmə proqramı tətbiq edən Prospect ERP şirkətinin ProİD həlli nümunə ola bilər. İnsan Resurslarının İdarəetmə sistemi olan ProİD həlli kiçik biznesdən korporasiyalara qədər hər bir dövlət və özəl müəssisənin insan resurslarını avtomatlaşdıraraq qısa müddət ərzində böyük işlər görmək qabiliyyətinə malikdir.

ProİD həllinin tərkibinə aid olan “Biometrik qurğular” modulu öz funksionallığı ilə müəssisə daxilində sanki işçi heyətində olmayan gözə görünməz əməkdaş rolunu oynayır. Məhz elə buna görə də biz ona Biometrik əməkdaş deyirik. Onun əsas öhdəliklərindən biri “Access Control” və “Time Control” kimi önəmli faktorları birləşdirərək “Access-Time Control” şəbəkəsini yaratmasıdır. Bu sistemin köməyi ilə müəssisəyə giriş-çıxış edən hər bir əməkdaşın və gələn qonağın qeydiyyatı ilə yanaşı vaxt hesabatlarını da elektron şəkildə əldə etmək mümkündür. Sistem müxtəlif səbəblərdən (məzuniyyət, xəstəlik, ezamiyyət, işdən ayrılma) yerində olmayan işçiləri məhz rəhbərliyin icazəsi ilə “birdəfəlik” və “daimi” qəbul edir. Proqramın özünəməxsus keyfiyyətlərindən biri də onun “danışan” sistem olmasıdır. Belə ki, işə gecikmələr və yaxud iş saatından tez gəlmələr (overtime), vaxtından əvvəl ayrılmalar və s. bu kimi hər bir hərəkəti birbaşa bildiriş vasitəsilə göndərərək, hər zaman şirkətin idarə heyəti ilə qarşılıqlı ünsiyyətdə olmuş olur və həmçinin göndərilən əmr-siqnallara cavab kimi verilən göstərişlərə uyğun olaraq fəaliyyət göstərir.

Biometrik texnologiyaların tətbiqləri müxtəlifdir: iş yerlərinə və şəbəkə resurslarına giriş, məlumatın qorunması, müəyyən resurslara daxil olma təminatı və təhlükəsizlik. Bu texnologiyalar bank müraciətləri, investisiyalar və digər maliyyə yerdəyişmələri,  həmçinin pərakəndə ticarət, qanun-qaydanın mühafizəsi, sağlamlığın qorunması məsələləri, sosial xidmətlər kimi təhlükəsizlik sahələrində istifadə olunur. 

Biometrik texnologiyalar yaxın gələcəkdə çox sahələrdə şəxsi eyniləşdirmə məsələlərində də baş rol oynayacaq. Ayrı tətbiq edilən və ya smart-kartlarla, açar və imzalarla birgə istifadə edilən biometriya tezliklə iqtisadiyyatın və şəxsi həyatın bütün sahələrində tətbiq ediləcək.

Ən son bloglar

Pərakəndə sektorunda işə qəbul prosesinin idarəsi

Pərakəndə ticarət şirkəti insan resurslarının, əsasən də kadr seçiminin idarəsini biznesin ümumi inkişafı ilə kompleks nəzərə aldıqda, müəssisənin strategiyasının yenilənməsini tələb edən ətraf-mühitin dəyişikliklərinə əsaslanmalıdır. Personalın effektiv istifadəsindən bazarda şirkətin rəqabətə davamlılığının səviyyəsi asılı olduğuna görə insan resursları istənilən müəssisənin ən vacib qüvvəsi sayılır.

Bank sektorunda Avtomatlaşdırılmış Attestasiya sistemi

Azərbaycanda ilk Milli ERP məhsullar tətbiq edən Prospect ERP şirkətinin proqram təminatlarından 400-ə yaxın böyük holdinq, dövlət və özəl müəssələri istifadə etməkdədir. Şirkətin İmtahan və Attestasiya Proseslərinin Avtomatlaşdırılması üçün həlli - ProASK - əməkdaşların test edilərək, onların biliklərinin hansı səviyyədə olması, işgüzar bacarıqlarının nə qədər yetərli olduğunu öyrənmək üçün nəzərdə tutulmuş bir sistemdir.

IVR niyə vacibdir?

Contact Center platformasını qurduğumuz bir müəssisədə istifadə edilən IVR sistemi haqda təsadüfən gördüyümüz Müştəri Hekayəsi:

İş adamlarına vacib KPİ-lar

KPİ hər bir fəaliyyətin effektivliyini dəyərləndirən və qoyulmuş məqsədlərə hansı dərəcədə nail olduğunu göstərir.

Abunə ol!

Şirkətimizin müştəriləri üçün yaratdığı ən son yeniliklərdən birinci xəbər al!

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99