Haqqımızda
Haqqımızda

BİZ BİZNES ÜÇÜN TEXNOLOJİ HƏLLƏR YARADIRIQ

Bulud texnologiyaları əsasında yaradılmış Prospect, Pronet MMC şirkətinin kiçik və orta ölçülü bizneslər üçün istehsal etdiyi bir məhsuldur. Bu proqram təminatı ilə siz bütün biznes prosesləri bir mərkəzdən idarə edə, işlərin gedişatına və nəticələrə nəzarət edə bilərsiniz.

Prospect çoxfunksiyalı və istənilən biznesi təkmilləşdirmək və inkişaf etdirmək üçün faydalı olacaq bir sistemdir. Bu sistem vasitəsi ilə siz alış-satış, maliyyə, insan resursları və tapşırıqların idarə olunması ilə bağlı fəaliyyətinizi daha rahat və səmərəli şəkildə təşkil edə biləcəksiniz.

İşlərinizi Prospect-ə tam etibar edə bilərsiniz. Çünki Prospect sisteminin arxasında Pronet şirkətinin çoxillik uğurlu təcrübəsi və inkişaf etmiş infrastrukturu dayanır. Azərbaycanda texnoloji biznes həlləri sahəsində ixtisaslaşmış proqram istehsalçısı olan Pronet LLC 2003-ci ildən bir çox iri İT layihələr həyata keçirmiş, “Prospect” ticarət markası altında müxtəlif məhsullar yaratmış və fəaliyyət göstərdiyi sahədə bir sıra yeniliklər etməyə nail olmuşdur.

DƏYƏRLƏRİMİZ

Bizim məsləyimiz yeni bir fikri aktual texnologiya ilə birləşdirərək, dəyərlər istehsal etməkdir. İnformasiya texnologiyaları sahəsindəki təcrübə və bacarıqlarımızı, müştəri məmnuniyyətini əsas götürərək, sahibkarlar üçün daha dəyərli layihələrə çevirmək, ölkəmizdə bir yenilik olaraq yaratdığımız qabaqcıl, davamlı və keyfiyyətli biznes həllərini inkişaf etdirmək istəyirik. Bunun üçün öz sahəsinin ən yüksək səviyyəli mütəxəssisləri ilə çalışaraq, texnologiya dünyasında baş verən yenilikləri beynəlxalq keyfiyyət standartlarına uyğun təqib və tətbiq etməkdəyik. Sərmayə geri dönüşüylə müştərilərimizi razı salan, biznesdə olan problemləri effektiv formada həll edən, istifadəsi rahat və hər kəs üçün faydalı olacaq etibarlı həllər yaratmaq üçün böyük həvəslə çalışırıq. Müştərilərimizin biznes idarəetməsini asanlaşdıraraq, Azərbaycanın proqram təminatı markasını inşa edirik.

Bizə sualınız var?

Əgər hələ də ağlınızda suallar qalıbsa və ya bizə bir təklifiniz varsa, aşağıda əlaqə məlumatlarınızı qeyd edib, bizə göndərin, əməkdaşlarımız ən qısa zamanda sizinlə əlqə saxlayacaq. Sizin fikirləriniz bizim üçün çox önəmlidir!

Adınız
Email
Emil ünvan düzgün daxil etməniz vacibdir.
Telefon
Müraciətiniz
Müraciət mətnini yazmağınız vacibdir.
Aşağıdakı göndərmə düyməsini basmaqla siz avtomatik olaraq, Qaydalar və Şərtlər ilə razılaşdığınızı təsdiqləmiş olacaqsınız.
Əvvələ