Effektİv HRM proqram təmİnatı

2003-cü ildən xidmətinizdəyik

-ə yaxın
müştəri

Ölkədə qurulan
CC və qaynar xətt

Beynəlxalq
Sertifikat

Onlar İnsan Resurslarının idarəsini ProID həllinə etibar etdilər:

Modullar:

Şirkətin struktur sxemi

Əməkdaşların məlumat bazası

Əməkhaqqının hesablanması

Əməkdaşın işə qəbul olunması

Tədris və kurslar

Filial şəbəkəsi

Şirkətin struktur sxemi

Şirkət daxilində aparılan çoxsaylı yerdəyişmələrin, müəssisə və təşkilatların işçi heyətinin idarə olunması üçün yaradılan ProID intellektual proqramının bu modulu istifadəsi olduqca sadə və funksionaldır. Bu modul sayəsində kadr yerdəyişməsini əks etdirmək mümkündür. Ştat strukturunda işçinin yeni yerini göstərmək kifayətdir ki, ProID gələcək kadr və maliyyə uçotu mexanizmini sərbəst şəkildə işə salsın.
Modul müvafiq əmr yaradacaq və müəssisənin bütün bölmələrini kadr dəyişiklikləri haqqında məlumatlandıracaq.

Əməkdaşların məlumat bazası

Əməkdaşların şəxsi işlərinin aparılmasını maksimum səviyyədə sadələşdirən işçi heyətinin idarə olunması üzrə modul. Yeni mütəxəssisi işə götürərkən onun şəxsi elektron kartında baza məlumatlarını göstərmək kifayətdir. Bundan sonra ProID əməkdaşın karyera yüksəlişi, maliyyə təltifatları (bonusları, mükafatları), tədrisi, ezamiyyətləri, cərimələri və s. ilə əlaqədar bütün dəyişiklikləri izləyərək, onun fərdi səhifəsində əks etdirəcək.
Nəticədə müəssisədə çalışan bütün əməkdaşların profillərinə malik güclü məlumat bazası əldə olunur.

Əməkhaqqının hesablanması

ProID həllinin bu modulu məzuniyyətlərin və davamiyyətin uçotu həllindən daha geniş bir proqramdır. Onun vasitəsi ilə onlayn rejimdə əməkdaş haqqında əldə edilən məlumatlar əsasında onun aylıq əməkhaqqısı təyin olunur. İş vaxtından artıq görülən işlər, gecikmələr, xəstəlik məzuniyyətləri, bonuslar və əməkhaqqının həcminə təsir göstərən digər amillər haqqında məlumatlar avtomatik qaydada izlənir. ProID mühasibin işini, əməkhaqqının hesablanmasını və əməyin ödənilməsi fondunun idarə olunmasını əhəmiyyətli dərəcədə sadələşdirir.

Əməkdaşın işə qəbul olunması

ProID İnsan Resurslarının intellektual idarəetmə həllinin bu modulu təşklilatın işçi heyətinin idarə olunması üzrə avtomatlaşdırılmış sistemdir. Bu sistemin köməyi ilə yaranmış vakansiyalar və həmin vakansiyalara potensial namizədlər haqqında mərkəzləşdirilmiş qaydada məlumat almaq mümkündür.
Sistemdə “qaynar” vakansiyalar, aparılmış müsahibələr və onların nəticələri ilə tanış olmaq, kadr resurslarından istifadə olunmasını planlaşdırmaq mümkündür. ProID vasitəsi ilə Siz bütün zəruri məlumatları bir mənbədən almaq mümkündür.

Tədris və kurslar

ProID həllinin bu modulu vasitəsi ilə treninqlərin, seminarların, konfransların təşkili prosesi asanlaşdırılır. Bu proqram vasitəsi ilə işçi heyətinin idarə olunması və tədrisi mərkəzləşdirilmiş qaydada, filial və regional nümayəndəlikləri cəlb etməklə aparılır. Hər bir tədbirin büdcəsini planlaşdırmaq, ixtisasının artırılmasına ehtiyacı olan əməkdaşları müəyyən edərək, onları siyahıya almaq, treninqlərin nəticələrini izləmək və onların effektivliyini ölçərək, əldə edilmiş məlumatlar əsasında nəticə çıxarmaq mümkündür.

Filial şəbəkəsi

Sadə və əyani şəkildə aydın interfeysə, geniş inteqrasiya və müxtəlif qurğulardan daxil olmaq imkanlarına malik olan ProID həllinin bu modulu mövcud nəzarət və izləmə parametrlərinə görə işçi heyətinin idarə olunması üzrə digər avtomatlaşdırılmış sistemləri üstələyir.
Bu modul çərçivəsində intellektual proqram uzaq filiallarda çalışan əməkdaşların məşğulluğuna və davamiyyətinə nəzarəti olduqca asanlaşdırır, şirkət daxilində hesablaşmaların aparılmasını və nəzarətedici orqanlar üçün sənədlərin tərtib olunmasını sadələşdirir.

BİZNESİNİZİN HƏR SAHƏSİ ÜZRƏ

günlük/həftəlik/aylıq/illik

VİZUAL HESABATLAR

ProID:

vasitəsi ilə gün/həftə/ay/il ərzində gecikən, icazə alan, əlavə iş saatları çalışan, cərimələnən, bonus alan, avans götürən və s. əməkdaşlar üzrə məlumatların qrafik və vizual hesabatlarını əldə edin.

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99