SƏMƏRƏLİ CRM HƏLLİ

2003-cü ildən xidmətinizdəyik

-ə yaxın
müştəri

Ölkədə qurulan
CC və qaynar xətt

Beynəlxalq
Sertifikat

Onlar müştərilərlə əlaqələrini ProCRM həllinə etibar etdilər:

MODULLAR:

Müştərilərin məlumat bazası

Əlaqə mərkəzi

Müştərilərlə iş

Müqavilələrin qeydiyyatı

Müştərilərlə görüşlər

Hesabatlar

Müştərilərin məlumat bazası

Potensial müştərilər haqqında ətraflı məlumat toplamaq üçün alət. Biznes üçün bu modul sektorlar və seqmentlər üzrə profillər yaratmağa, əlaqələndirici şəxslərin siyahısını müəyyən etməyə, şəxsi sövdələşmə və əlaqə təsnifatlarını daxil etməyə və bütün bu əməliyyatları mausun düyməsini basmaqla həyata keçirməyə kömək edir. Bazada olan bu və ya digər şəxsin və ya şirkətlərin/müəssisələrin fəallığını izləmək, korporativ saytda yeniliklərin monitorinqini sazlamaq mümkündür.
ProCRM digər sistemlərə və qoşmalara da inteqrasiya edir.

Əlaqə mərkəzi

B2B və B2C seqmenti üçün hazırlanmış bu CRM aləti potensial və mövcud müştərilərlə əlaqə yaradaraq, informasiya ötürülməsi üçün imkan yaradır. ProCRM həllinin imkanlarından istifadə edərək, ünvanlı məlumatlar göndərərək, keçirilən kampaniyalar, aksiyalar, xüsusi təkliflər haqqında müştəriləri məlumatlandıra bilərsiniz. ProCRM sistemi vasitəsi ilə müəyyən sifarişçilər qrupunu, bir müştərini və ya bütünlüklə bazanı məlumatlandırmaq mümkündür. Bu zaman məlumatlar elektron poçtu, telefon və ya SMS sistemi vasitəsi ilə ötürülə bilər.

Müştərilərlə iş

Müştərilər və onlarla qarşılıqlı əlaqələri: keçirilmiş görüşlər, alqı-satqı, tədarük olunmuş malların həcmi, satılmış malların dəyəri, sövdələşmə tarixi, alıcıların rəyi haqqında vacib məlumatlar idarə etmək mümkündür.
ProCRM sisteminin modulları satış şöbəsi üçün müştərilər haqqında məlumatların hər gün təhlil olunması, «Girişdə» və perspektivdə onların potensialının qiymətləndirilməsi, xidmət stratregiyasının formalaşdırılması, sifarişçilər və tərəfdaşlar üçün ən sərfəli təkliflərin hazırlanması imkanlarını yaradır.

Müqavilələrin qeydiyyatı

Müqavilələrə nəzarətin əhəmiyyətli dərəcədə asanlaşdırıılması üçün olan bu modul, bütün xidmət sahələri üçün nəzərdə tutulub.
Müştəri vahid müqavilələr reyestri əldə edir, həmin reyestrdə ödəniş mərhələləri və şərtləri, onların cari statusu göstərilir, əlavə razılaşma və spesifikasiyalar haqqında məlumatlar daxil edilməsi üçün imkan yaradılır.
Bu modul vasitəsi ilə müştərini zəmanət və ya servis müddətinin bitməsi haqqında xəbərdar etmək və əməkdaşlıq şəraitinin yaxşılaşdırılmasına yönələn digər tədbirlər həyata keçirmək mümkündür.

Müştərilərlə görüşlər

Bu modul satış şöbəsinin təhlili və nəzarəti üzrə alət qismində hazırlanıb. Müştəri ilə həyata keçirilən qarşılıqlı əlaqələrin: görüşlərin, təqdimatların, əməkdaşlıq şərtlərinin müzakirəsinin nəticələrini vahid bazada qeyd etmək olar.
Bu zaman menecerlər, marketoloqlar, satıcılar müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud perspektivləri dəyərləndirmək və müştərini fəaliyyətə sövq etmək üçün hansı tədbirləri keçirmək imkanı qazanırlar. Rəhbərlər isə satış şöbəsinin işinin effektivliyini qiymətləndirirlər.

Hesabatlar

Xidmətlər və məhsulların topdansatış və pərakəndə satışı üçün CRM alətindən istifadə etməklə vaxt və resurslara əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür. Şirkətin bütün sahələrinin fəaliyyəti haqqında məlumatlar nəzarət və təhlil üçün vahid bazaya toplanır və hesabatlar tərtib edilir.Qrafik hesabatlarda marketinq prosesləri və müştərilərlə aparılan işlərin nəticələri ətraflı əks etdirilir, potensial sifarişçilər və tərəfdaşlarla qarşılıqlı əlaqələrin müxtəlif mərhələlərində yaranmış səhvləri tapmağa imkan yaradır.

BİZNESİNİZİN HƏR SAHƏSİ ÜZRƏ

günlük/həftəlik/aylıq/illik

VİZUAL HESABATLAR

ProCRM:

vasitəsi ilə yönləndirilən müraciətlər, edilən zənglər, təklif olunan məhsul və xidmət, aparılan danışıqların mərhələsi və s. əməliyyatlar üzrə məlumatların qrafik və vizual hesabatlarını əldə edin.

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99