İNTELLEKTUAL ÇAĞRI MƏRKƏZI SİSTEMİ

2003-cü ildən xidmətinizdəyik

-ə yaxın
müştəri

Ölkədə qurulan
CC və qaynar xətt

Beynəlxalq
Sertifikat

Vİdeonu İzlə

Onlar Çağrı Mərkəzlərini ProCALL həllinə etibar etdilər:

MODULLAR:

24/7

Caller ID

Auto Forward

Multi Level Security

IVR system

Voice message

Call Waiting

Load balance & acd

Administrator

Supervisor

Operator

Operatorların qarşısına qoyulan məqsədlər

Prorec

Məlumatlar

İnteqrasiya

Hesabatlar

Marketinq

24/7

Çağrı mərkəzi üçün yaradılmış etibarlı və səmərəli proqram təminatı olan ProCALL gün ərzində 24 saat, həftədə 7 gün ərzində təyinatından asılı olmayaraq, daxil olan zəngləri – məlumat, müraciət, şikayət və s. - fasiləsiz şəkildə və minimal gözləmə vaxtı ilə emal etməyə imkan yaradır. Müştəri özünü etibarlı əllərdə hiss etdikcə, xidməti təqdim edən şirkət də etibarlı və etimada layiq hesab olunur.
Operatorların iş rejimini və avtocavabvericiləri tənzimləyərək, mesajların göndərilməsi, daxil olan və çıxan zəngləri idarə etmək mümkündür.

Caller ID (Zəng vuran şəxsin eyniləşdirilməsi)

Zəng vuran şəxs haqqında məlumatın açıqlanması eyniləşdirmə funksiyası ilə həyata keçirirlir. Bu da çağrı mərkəzi üçün müştəri loyallığının qazanılmasına yardım edən ən mühüm alətlərdən biridir. Caller ID telefon nömrəsi vasitəsi ilə zəng edən müştəri (daim istifadə etdiyi nömrə ilə zəng etdikdə) haqqında məlumatlar işçi paneldə əks etdirir. Nəticədə müştəriyə adı ilə müraciət etməklə söhbətə başlanır.
Bundan əlavə, zəng vuran şəxsin dərhal müəyyən mütəxəssisə yönləndirilməsi, şirkət haqqında müştəridə müsbət rəy yaradır.

Auto Forward (Avtomatik ünvanlama)

Çağrı mərkəzini açmazdan öncə, istisnasız olaraq, zəng vuran bütün şəxslərin elə ilk cəhddən, onların uzun zaman gözləmədən operator və ya çağrı mərkəzinin konkret bir mütəxəssisinə yönləndirilməsini təmin edə biləcək proqram əldə etmək vacibdir.
Bu funksiya ProCALL həllinin Auto Forward modulu vasitəsi ilə reallaşdırılır. Bu modul daxil olan zəngin bir neçə siqnaldan sonra avtomatik ünvanlanmasını təmin edir. Beləliklə, heç bir səbirsiz müştərinin zəngi itməyəcək və hətta qeyri iş saatlarında zəngi qəbul etmək mümkündür.

Multi Level Security (Çoxsəviyyəli təhlükəsizlik)

ProCALL çağrı mərkəzlərinin məlumat bazasının tam təhlükəsizliyini təmin edir: proqram yalnız login və parol (ad və şifrə) daxil edildikdən sonra operator, administrator və ya rəhbər tərəfindən işə salına bilər. Hər bir əməkdaşın istifadəçi hüquqlarını məhdudlaşdırmaq, və yaxud onların bu və ya digər məlumatlara girişini təmin etmək üçün imkanlar yaradılıb.
ProCALL həllinin (Multi Level Security) çoxsəviyyəli təhlükəsizlik modulunun köməyi ilə hər bir idarəçi öz müəssisəsinin operativ məlumatlarının 100% qorunduğuna əmin ola bilər!

IVR system

IVR sistemi adi telefon xidmətini «dostpərvər» və effektiv xidmətə çevirmək üçün ağıllı köməkçidir. İnteraktiv səsli menyu modulu çərçivəsində zəng vuran şəxsin salamlanması, zənglərin paylaşdırılması, təqdim edilmiş məlumatlarla qane olmayan abonentləri canlı operatora bağlanmasını, ünsiyyət dilinin seçimini və s. prosesləri tənzimləyə, menyu əsasında əks əlaqə vasitəsi sazlayaraq abonentlərin rəyini, şikayət və təkliflərini qəbul edərək, Çağrı mərkəzinin müştərilərə daha yaxşı xidmət göstərilməsi üzərində iş görə bilərsiniz.

Voice message (Səsli ismarıclar)

ProCall — çağrı mərkəzi üçün səsli ismarıcların qorunub saxlanmasına imkan verən proqramdır.
Bu proqramın köməyi ilə Siz abonentin avtocavablandırıcıya səsləndirdiyi məlumatı yazıya alaraq sonradan dinləyə bilərsiniz. Voice message yaddaşında səsli ismarıcların bütün təfsilatları saxlanacaq və zəruri hallarda Siz ismarıcın tarixi və müddəti, ismarıc göndərmiş abonentin telefon nömrəsi haqqında və s. məlumatları nəzərdən keçirə bilərsiniz.

Call Waiting (Gözləyən zəng)

Zənglər növbəsinin idarə olunması funksiyası çağrı mərkəzinin işinin təşkili üçün son dərəcə vacibdir. Çağrı Mərkəzi olan hər bir şirkət müştərinin cavab gözləmə müddətini maksimum azaltmalıdır.
ProCall sisteminin CALL Waiting modulu vasitəsi ilə zəng vuran müştərilərin zənglərinin mühümlük dərəcəsinə görə növbələmək, xəttdə gözləyən müştərilər üçün faydalı məlumatların səsləndirilməsi, cavab gözləmə qaydası haqqında məlumat verə və bununla operatora bağlanmasını gözləyən müştərilərin mənfi reaksiyasını yumşalda bilərsiniz.

Load balance & acd (Zəng yükünün bölüşdürülməsi)

ProCALL həllinin bu modulu sayəsində Çağrı mərkəzinə gələn zəng yükü əməkdaşlar arasında bərabər səviyyədə və məşğulluq dərəcəsinə görə paylaşdırılır.
Zənglərin ilk növbədə kimə yönləndirilməsini administrator/supervayzer/rəhbər özü müəyyən edir.
Zəng zamanı həllin bu modulu hesabında ən az sayda zəng olan, zənglərin qəbuluna və məsləhətləşmələrə az vaxt sərf edən operatorla, telefon danışıqlarının həm sayına, həm də müddətinə görə sonuncu yeri tutan operator arasında seçim etməyə imkan verir.Digər tənzimləmələr də mövcuddur.

Administrator

ProCALL administrator modulu telefoniyanın idarəsini həyata keçirməyə və operatorların işinə tam nəzarət etməyə imkan yaradır. ProCALL Administrator modulu çərçivəsində qoşmaların kateqoriyalarını əlavə etmək, dəyişmək və ləğv etmək, operatorların statuslarını və öhdəliklərini müəyyənləşdirmək, yazıları, səsli arxiv fayllarını dinləmək,qeyri-iş günlərini və saatlarını təyin etməklə iş qrafikini tənzimləmək, arzuolunmaz zənglərdən azad olmaq üçün qara siyahı (Black list) yaradaraq, oraya telefon nömrələri daxil etmək mümkündür.

Supervisor (Rəhbər)

ProCALL rəhbər modulu çərçivəsində Çağrı mərkəzinin işinin təşkili, ilk növbədə operatorların işinə onlayn qaydada nəzarət edilməsi nəzərdə tutur. Həllin bu modulu ilə işləyərkən, onlayn-treninqlər keçirmək, fleş-panel imkanlarından istifadə etməklə operator xidmətinin işini tənzimləmək, telefon kanallarının yüklənməsinə nəzarət etmək, müştərilərə zəng vuran və daxil olan zəngləri qəbul edən hər bir operatorun yüklənmə səviyyəsini müəyyən etmək, onlayn dəstəyi həyata keçirmək, Çağrı mərkəzinin əməkdaşlarına kömək etmək mümkündür.

Operator

Çağrı mərkəzinin operatorları üçün nəzərdə tutulmuş bu modul daxil olan və edilən zənglərlə aparılan işləri effektiv surətdə təşkil etmək imkanı verir.
Bu modul çərçivəsində zənglərin cavablandırılması və proqram telefonundan (soft phone) istifadə etməklə onların uçotunun aparılması, şəxsi işçi statusunun idarə olunması (“offline”, “online”, “məşğul” və s. işarələrin qoyulması), eyni zamanda bir neçə zəngin emal edilməsi, zəngin daxil olduğu zaman zəng haqqında məlumatın monitora alınması və daxili çatdan istifadə edilməsi mümkündür.

Operatorların qarşısına qoyulan məqsədlər

ProCALL çağrı mərkəzinin intellectual idarəedilməsi proqramının bu modulu çərçivəsində cinsi mənsubiyyət, yaşayış yeri (şəhər, vilayət, region), fəaliyyət növü (peşə və fəaliyyət sahəsi), aldığı əməkhaqqı, öhdəliyində olan kreditlərin məbləği və sayı, maksimal kredit xətti və s. əsasında axtarış həyata keçirmək və sonradan abonentləri operatorlar arasında paylaşdırmaq mümkündür. Məsələn, Binəqədidə yaşayan və 1 manat məbləğində kredit borcu olan qadın, Sumqayıtda yaşayan və təxminən 500-600 manat məbləğində əməkhaqqı alan kişi və s.

Prorec

Çağrı mərkəzinin operatorları üçün nəzərdə tutulmuş bu modul daxil olan və edilən zənglərlə aparılan işləri effektiv surətdə təşkil etmək imkanı verir.
Bu modul çərçivəsində zənglərin cavablandırılması və proqram telefonundan (soft phone) istifadə etməklə onların uçotunun aparılması, şəxsi işçi statusunun idarə olunması (“offline”, “online”, “məşğul” və s. işarələrin qoyulması), eyni zamanda bir neçə zəngin emal edilməsi, zəngin daxil olduğu zaman zəng haqqında məlumatın monitora alınması və daxili çatdan istifadə edilməsi mümkündür.

Məlumatlar (SMS məlumatlarının kütləvi / fərdi qaydada göndərilməsi və qəbulu)

ProCALL sistemi vasitəsi ilə, abonentlərə effektiv xidmət göstərilməsi üçün unikal alətlər dəstinə malik çağrı mərkəzi yaratmaq mümkündür.
Bu modul sayəsində bilavasitə operator panelindən SMS göndərmək funksiyasının köməyi ilə cari və gələcək hadisələr haqqında müştəriləri, tərəfdaşları və əməkdaşları məlumatlandırmaq imkanı əldə edilir.
Bu modul ilə CRM və ERP sistemlərinə inteqrasiya mümkündür.
Müəssisənin bazasından əldə olunmuş məlumatlar əsasında şəxsiləşdirilimiş SMS məlumatlarının göndərilməsi sazlamaq mümkündür.

İnteqrasiya

ProCALL həllinin modullarının istənilən müəssisənin Çağrı mərkəzinin avadanlıqlarına, məlumat bazasına tam və ya qismən inteqrasiyası (MYSQL, MS SQL, XML və digər formatlarla uyğunlaşdırılması) mümkündür.
Zəng vuran müştəri haqqında məlumatlar bazadan götürülərək, avtomatik operator panelində əks olunur. Standart məlumatlardan (ad, soyad, cinsi mənsubiyyət, olduğu yer) əlavə borcların, depozitlərin, aktiv və passiv kreditlərin, eləcə də borcların və kreditlərin ödənişinin gecikdirilib-gecikdirilməməsi haqqında məlumatlar verilir.

Hesabatlar

ProCALL hesabatlar modulu daxil olan zənglərin ümumi sayını, cavablandırılmış və cavablandırılmamış zənglərin sayını, ünvanlanmış zənglərin sayını görmək mümkündür.Operatorların davamiyyəti, onların işə gəlib-getməsi, nahar və digər fasilələrə çıxması, müəyyən fasilədən sonra təkrarən zəng vurulması və zənglərin qəbulunun bərpası məlumatlarını əldə etmək mümkündür.
Bu həll ilə müraciətlərin sayı, müştərilərin zənglərinin sayı, zəngdən sonra məlumatların emalına sərf olunan vaxt və s. haqqında hesabatlar tərtib edilir.

Marketinq (avtomatik məlumatlandırma (sorğu, reklam, elan, xəbərdarlıq))

Marketing modulu sayəsində müştərilər avtomatik zənglər qəbul edərək aylıq borc ödənişi, borcun məbləği və borcun ödənmə vaxt haqqında məlumatlandırılacaq, mövcud borcun ödənişinin gecikdirilməsi barədə xəbərdarlıq alacaq.
Müştəriləri yeni kampaniyalar, xidmətlər, müəssisənin telefon nömrəsinin və ya ünvanının dəyişilməsi, yeni filialların açılması və s. haqqında məlumat alacaqlar.
Avtomatik zənglər vasitəsi ilə xidmətlər, aksiyalar, kampaniyalar haqqında sorğu keçirmək və müştərilərin məlumatlanma səviyyəsini müəyyən etmək olar.

BİZNESİNİZİN HƏR SAHƏSİ ÜZRƏ

günlük/həftəlik/aylıq/illik

VİZUAL HESABATLAR

ProCALL:

vasitəsilə zənglərin ümumi statistikası, daxil olan və çıxan, cavablandırılmış, buraxılmış və ya itirilmiş zənglər, şirkətdaxili danışıqlar və s. işlər üzrə məlumatların qrafik və vizual hesabat formalarını əldə edin.

Elə indi!
Əlaqə üçün nömrəni
qeyd et və zəngimizi gözlə!
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00: 29: 99