ProTask – Layihələrin və cari məsələlərin səmərəli idarəetməsi

1-ci modul:

Tapşırıqlar


Vasitəsilə rəhbər tabeçiliyində olan əməkdaşlara tapşırıqlar verəcək və onların icrasına nəzarət edəcək. Ehtiyac olduğu zaman zəruri düzəliş və əlavələri edəcək. Verilmiş tapşırığın gedişatı və icrası daima diqqət mərkəzindədir.

2-ci modul:

Cari işlər


Vasitəsilə əməkdaş cari işlərini və onların gedişatını qeydə alaraq gündəlik nəzarət altında saxlayacaq. Bu məlumatı rəhbər də görə biləcək və ehtiyac olduğu zaman əlavə göstərişləri qeyd edəcək. Cari işlər mərhələlərlə görülür və gedişat nəzarət altında olur.


3-cü modul:

Həftəlik iş planı


Vasitəsilə əməkdaş növbəti həftə ərzində nəzərdə tutduğu işləri qeyd edəcək və həmin müddət ərzində onların icrası ilə məşğul olacaq və zəruri qeydləri aparacaq. Bu məlumatı rəhbər də görərək əməkdaşın məşğuliyyətinə nəzarət edəcək. Əməkdaşın məşğuliyyətini göstərir və iş vaxtının səmərəli keçməsini təmin edir.

4-cü modul:

Toplantılar


Vasitəsilə rəhbər və ya əməkdaş toplantı təyin edə biləcək. Onun keçirilmə vaxtını, yerini və iştirakçıları müəyyən edərək xəbərdar edə biləcək. Önəmli məsələlər, yaranmış çətinliklər və nöqsanlar toplantıda müzakirə olunur.


5-ci modul:

Layihələr


Bu alətin xüsusiyyəti ondan ibarətdir ki, onun icrasına bir neçə (bəzi hallarda isə bütün kollektiv) əməkdaş cəlb olunur. Onların layihədə icraedici öhdəlikləri müəyyən olunur və gündəlik nəzarət aparılır. Layihə həssələrə bölünür və hər mərhələ üzrə vaxt və məsul şəxs müəyyən olunur.

6-cı modul:

Hesabat


Vasitəsilə rəhbər və ya əməkdaş ay ərzində yerinə yetirilmiş işlərin hesabatı ilə tanış olacaq, onları təhlil edə biləcək. Əməkdaşın işə münasibətini və şirkətə nə qədər faydalı olmasını göstərir.

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.