ProID həllinin 6 modulu var və kadrların qeydiyyatı, davamiyyəti və effektiv idarə olunmasına xidmət edir.
Tanıtım Çarxını İzlə!

ŞİRKƏTİN STRUKTUR SXEMİ

Şirkət daxilində aparılan kadr yerdəyişmələri səbəbindən baş verən çaşqınlıqlar geridə qaldı. Müəssisənin işçi heyətinin idarə olunması üçün ProID intellektual proqramının sadəliyi və funksionallığı sayəsində maus düyməsini bircə dəfə sıxmaqla kadr yerdəyişməsini əks etdirmək mümkündür. Ştat strukturunda işçinin yeni yerini göstərmək kifayətdir — ProID gələcək kadr və maliyyə uçotu mexanizmini sərbəst şəkildə işə salacaq: müvafiq əmr yaradacaq və müəssisənin bütün bölmələrini (yerlərdəki rəhbərliyi, müahsibatlığı, administrasiyanı) kadr dəyişiklikləri haqqında məlumatlandıracaq.

ƏMƏKDAŞLARIN MƏLUMAT BAZASI

ProID — əməkdaşların şəxsi işlərinin aparılmasını maksimum səviyyədə sadələşdirən işçi heyətinin idarə olunması üzrə məlumat sistemidir. Yeni mütəxəssisi işə götürərkən onun şəxsi elektron kartında baza məlumatlarını göstərmək kifayətdir. Bundan sonra ProID əməkdaşın karyera yüksəlişi, maliyyə təltifatları (bonusları, mükafatları), tədrisi, ezamiyyətləri və s. ilə əlaqədar bütün dəyişiklikləri izləyərək onun fərdi səhifəsində əks etdirəcək. Nəticədə Siz müəssisədə çalışan bütün əməkdaşların «işgüzar portretlərinə», profillərinə malik güclü məlumat bazası əldə edəcəksiniz.

ƏMƏKHAQQININ HESABLANMASI

ProID — məzuniyyətlərin və davamiyyətin uçotu proqramından daha geniş bir vasitədir. ProID vasitəsi ilə onlayn rejimdə əməkdaş haqqında əldə etdiyini məlumatlar əsasında onun aylıq əməkhaqqı təyin olunur. İş vaxtından artıq görülən işlər, gecikmələr, xəstəlik məzuniyyətləri, bonuslar və əməkhaqqının həcminə təsir göstərən digər amillər haqqında məlumatlar avtomatik qaydada izlənir. ProID mühasibin işini, əməkhaqqının hesablanmasını və əməyin ödənilməsi fondunun idarə olunmasını əhəmiyyətli dərəcədə sadələşdirir.

ƏMƏKDAŞIN IŞƏ QƏBULU

ProID — təşklilatın işçi heyətinin idarə olunması üzrə avtomatlaşdırılmış sistemdir. Bu sistemin köməyi ilə Siz yaranmış vakansiyalar və həmin vakansiyalara potensial namizədlər haqqında mərkəzləşdirilmiş qaydada məlumat ala bilərsiniz. ProID tərcümeyi-hal bankını formalaşdırmağa kömək edir və işə qəbul olunmağa namizədlər haqqında məlumatların uçotunu asanlaşdırır. Sistemdə “qaynar” vakansiyalarla, aparılmış müsahibələrlə və onların nəticələri ilə tanış olmaq, hər bir əməkdaşın karyera pilləsi ilə irəliləyişini izləmək və beləliklə də, kadr resurslarından istifadə olunmasını planlaşdırmaq mümkündür. ProID vasitəsi ilə Siz bütün zəruri məlumatları bir mənbədən ala bilərsiniz.

HESABAT

Sistemin universal hesabat modulu istənilən dövr (gün, həftə, ay, il) üzrə elektron sənədlərin dövriyyəsi ilə bağlı müxtəlif kombinasiyada hesabatlar formalaşdırır. Vizual hesabatlar vasitəsilə dairə və diaqramlarda əks olunan müxtəlif parametlərin müqaisəli nəticələrini əldə etmək olur. Müxtəlif filterlər vasitəsilə daxil olan subyekt, sənədlərin statusu, məsul şəxs, icraçı və sair kriteriyalar üzrə çeşidləmə mümkündür.