ProCall – Çağrı mərkəzinin və telefoniyanın səmərəli idarəetməsi

1-ci modul:

24/7


Çağrı mərkəzi üçün etibarlı proqram olan ProCall sutkada 24 saat ərzində daxil olan zəngləri fasiləsiz və sapıntısız şəkildə emal etməyə imkan yaradır. Sizin üçün rahat olan iş rejimində zəng vurun və daxil olan zəngləri qəbul edin!


2-ci modul:

Caller ID

(Zəng vuran şəxsin eyniləşdirilməsi)


Zəng vuran şəxs haqqında məlumatın açıqlanması (eyniləşdirmə funksiyası) çağrı mərkəzi üçün müştəri loyallığının yüksəldilməsinə kömək edən ən mühüm alətlərdən biridir. Caller ID telefon nömrəsinin köməyi ilə abonenti avtomatik şəkildə «tanımağa» və onun haqqında məlumatları paneldə əks etdirməyə kömək edir. Beləkiklə, zəng vuran şəxsi dərhal müəyyən mütəxəssisə yönəltmək və köhnə müştəriləri müəyyən edərək onlara adı ilə müraciət etməklə söhbətə başlamaq mümkün olur.


3-cü modul:

Auto Forward

(Avtomatik ünvanlama)


Çağrı mərkəzini açmazdan əvvəl, istisnasız olaraq, zəng vuran bütün şəxslərin operatora və ya konkret bir mütəxəssisə elə ilk cəhddən düşməsini təmin etmək və onların uzun siqnallara qulaq asaraq gözləməsinin qarşısını almaq lazımdır. Auto Forward funksiyası daxil olan zəngin bir neçə uzun siqnaldan sonra mobil nömrəsinə avtomatik surətdə ünvanlanmasını təmin edir. Beləliklə, Siz heç bir səbirsiz müştərini itirməyəcək və hətta ofis ərazisindən kənarda olduqda belə, zəngi qəbul edə biləcəksiniz.


4-cü modul:

Multi Level Security

(Çoxsəviyyəli təhlükəsizlik)


ProCall Sizin çağrı mərkəzinizin tam təhlükəsizliyini təmin etməyə kömək edir: proqram yalnız parol daxil edildikdən sonra operator, inzibatçı və ya rəhbər tərəfindən işə salına bilər. Siz özünüz əməkdaşların istifadəçi hüquqlarını məhdudlaşdırırsınız, yaxud onların bu və ya digər məlumatlara girişini təmin edirsiniz. ProCall (Multi Level Security) çoxsəviyyəli təhlükəsizlik sisteminin köməyi ilə Siz öz müəssisənizin operativ məlumatlarının 100% mühafizə edildiyinə əmin ola bilərsiniz!


5-ci modul:

IVR system


Əgər Siz adi telefon xidmətini «dostpərvər» və effektiv xidmətə çevirmək istəyirsinizsə, IVR sistemi bu işdə Sizə kömək edəcək. İnteraktiv səsli menyu modulu çərçivəsində Siz:

• zəng vuran şəxsin salamlanması funksiyasının sazlaya (bu, onun müstəsnalığını və əhəmiyyətini vurğulamaq üçün ideal üsuldur);
• IVR menyusundan zənglərin paylaşdırılması üçün qeyri-məhdud imkanlardan istifadə edə;
• təqdim edilmiş məlumatlarla qane olmayan abonentləri canlı operatora bağlaya;
• ünsiyyət dili seçimini sazlaya;
• IVR menyusu əsasında əks əlaqə sistemini sazlayaraq abonentlərin rəyini, şikayət və təkliflərini qəbul edə bilərsiniz.


6-cı modul:

Voice message

(Səsli ismarıclar)


ProCall — çağrı mərkəzi üçün səsli ismarıcların qorunub saxlanmasına imkan verən proqramdır.
Bu proqramın köməyi ilə Siz abonentin avtocavablandırıcıya səsləndirdiyi məlumatı yazıya alaraq sonradan dinləyə bilərsiniz. Voice message yaddaşında səsli ismarıcların bütün təfsilatları saxlanacaq və zəruri hallarda Siz ismarıcın tarixi və müddəti, ismarıc göndərmiş abonentin telefon nömrəsi haqqında və s. məlumatları nəzərdən keçirə bilərsiniz.


7-ci modul:

CALL Waiting

(Gözləyən zəng)


Zənglər növbəsinin idarə olunması funksiyası çağrı mərkəzinin işinin təşkili üçün son dərəcə vacibdir (telefon xidmətinin açılması abonentin cavab gözləməsi müddətini maksimum səviyyədə azaltmalıdır).

ProCall sisteminin CALL Waiting modulu vasitəsi ilə Siz:
• zəng vuran abonentləri mühümlük səviyyəsinə görə növbələşdirə;
• operatora növbə gözləyən müştərinin sıra nömrəsini səsləndirə və ya onu orta gözləmə müddəti haqqında məlumatlandıra;
• xəttdə olan abonentlər üçün reklamın və ya faydalı məlumatların dinlənilməsi funksiyasını sazlaya;
• əks əlaqənin gözlənilməsi qaydası haqqında məlumat verə bilərsiniz.

Beləliklə, ProCall sayəsində Siz, oepratora bağlanmasını gözləyərək saniyələri sayan müştərilərin mənfi reaksiyasını yumşalda bilərsiniz.


8-ci modul:

Load balance & acd

(Zəng yükünün bölüşdürülməsi)


Bu modulun sayəsində çağrı mərkəzi üçün soft zəng yükünü əməkdaşlar arasında bərabər səviyyədə paylaşdırır.
Zənglərin ilk növbədə kimə yönləndirilməsini Siz özünüz müəyyən edirsiniz.
ProCall, öz hesabında ən az sayda zəng olan, zənglərin qəbuluna və məsləhətləşmələrə az vaxt sərf edən operatorla, telefon danışıqlarının həm sayına, həm də müddətinə görə sonuncu yeri tutan operator arasında seçim etməyə imkan verir.
Həmçinin, digər sazlama variantları da mövcuddur.


9-cu modul:

Procall Administrator module

(ProCall administratorunun modulu)


ProCall administratorunun modulu telefoniyanın idarə olunmasını həyata keçirməyə və operatorların işinə tam surətdə nəzarət etməyə imkan yaradır. ProCall Administrator module çərçivəsində Siz:
• qoşmaların kateqoriyalarını əlavə edə, dəyişə və ləğv edə;
• operatorların statuslarını və öhdəliklərini müəyyən edə (məsələn, bəzilərini daxil olan zənglərin qəbuluna təhkim edə, digərlərinə isə abonentlərə fəal surətdə zənglər etməyi tapşıra);
• yazıları, səsli arxiv fayllarını dinləyə;
• qeyri-iş günlərini və saatlarını təyin etməklə iş qrafikini tənzimləyə;
• Qara siyahı (Black list) tutaraq oraya telefon nömrələri daxil edə bilərsiniz.


10-cu modul:

Procall Supervisor module

(ProCall rəhbərinin modulu)


ProCall rəhbərinin modulu çərçivəsində çağrı mərkəzinin işinin təşkili, ilk növbədə, operatorların işinə onlayn qaydada nəzarət edilməsini nəzərdə tutur. Supervizor ProCall ilə işləyərkən:
• onlayn-treninqlər keçirə;
• fleş-panel imkanlarından istifadə etməklə operator xidmətinin işini tənzimləyə;
• telefon kanallarının yüklənməsinə nəzarət edə;
• abonentlərə zəng vuran və daxil olan zəngləri qəbul edən hər bir operatorun yüklənmə səviyyəsini müəyyən edə;
• onlayn dəstəyi həyata keçirə, çağrı mərkəzinin əməkdaşlarına kömək edə bilər (məlumatların açıqlanması, cari rejimdə təqdim olunması).


11-ci modul:

Procall Operator module

(ProCall operatorunun modulu)


Çağrı mərkəzinin operatorları üçün proqram daxil olan və edilən zənglərlə aparılan işləri effektiv surətdə təşkil etmək imkanı verir. Buraya aşağıdakı imkanlar da daxildir:
• zənglərin cavablandırılması və proqram telefonundan (soft phone) istifadə etməklə onların uçotunun aparılması;
• şəxsi işçi statusunun idarə olunması («offline», «online», «məşğul» və s. işarələrin qoyulması);
• eyni zamanda bir neçə zəngin emal edilməsi;
• zəngin daxil olduğu zaman öz monitoruna zəng haqqında məlumatın alınması (hətta digər açıq proqramlarda);
• daxili çatdan istifadə edilməsi.


12-ci modul:

Müştəri bazasından əldə edilən məlumatlar əsasında operatorların qarşısına qoyulan məqsədlər


ProCall çağrı mərkəzi proqramının hazırki modulu çərçivəsində Siz cinsi mənsubiyyət, yaşayış yeri (şəhər, vilayət), fəaliyyət növü (peşə sahəsi), əməkhaqqı, kreditlərin məbləği və sayı, maksimal kredit xətti və s. əsasında axtarış həyata keçirə və sonradan abonentləri operatorlar arasında paylaşdıraraq müəyyən gün, həftə və ay üzrə məqsədlər təyin edə bilərsiniz. Həmçinin, yuxarıda göstərilən meyarlar üzrə müxtəlif kombinasiyalarda abonentlərin seçilməsi və avtomatik rejimdə onların operatorlar arasında paylaşdırılması da mümkündür. Məsələn, Binəqədidə yaşayan və 1 manat məbləğində kredit borcu olan qadın, Sumqayıtda yaşayan və təxminən 500-600 manat məbləğində əməkhaqqı alan kişi və s.


13-cü modul:

ProCall Prorec module


Səsli arxivlər yaratmağa imkan verən proqram çağrı mərkəzi üçün son dərəcə faydalı qoşmadır. ProCall ilə Sizin daxil olan və edilən zəngləri arxivləşdirmək imkanlarınız qeyri-məhdud olur. Əlavə funksiyalar aşağıdakılardır:
• faylların kompakt saxlanması üçün sıxılması;
• arxiv qeydlərinin ixracı;
• verilmiş meyarlar üzrə audioyazıların rahat axtarışı və onların dinlənilməsi.


14-cü modul:

ProCall məlumatlar modulu

(SMS məlumatlarının kütləvi / fərdi qaydada göndərilməsi və qəbulu)


ProCall sistemi vasitəsi ilə, abonentlərə effektiv xidmət göstərilməsi üçün unikal alətlər dəstinə malik çağrı mərkəzi yaratmaq mümkündür.
ProCall sayəsində Siz bilavasitə operator panelindən SMS göndərişi funksiyasının köməyi ilə cari və gələcək hadisələr haqqında müştəriləri, tərəfdaşları və əməkdaşları məlumatlandırmaq imkanı əldə edirsiniz. Kütləvi SMS göndərişləri, mövcud mətn provayderinə inteqrasiya, eləcə də CRM və ERP sistemlərinə inteqrasiya etmək mümkündür.
Müəssisənin bazasından əldə olunmuş məlumatlar əsasında personifikasiya olunmuş (şəxsi) SMS məlumatlarının göndərişlərini sazlamaq mümkündür.


15-ci modul:

ProCall inteqrasiya modulu


ProCall çağrı mərkəzinin avadanlıqlarının Sizin müəssisənizin məlumatlar bazasına tam və ya qismən inteqrasiyası (MYSQL, MS SQL, XML və digər formatlarla uyğunlaşdırılması) üçün imkan yaradır.
Zəng vuran abonent haqqında məlumatlar məlumat bazasından götürülərək avtomatik surətdə operator panelində əks olunur. Standart məlumatlardan (ad, soyad, cinsi mənsubiyyət, olduğu yer) əlavə, borcların, depozitlərin,
aktiv və passiv kreditlərin olub-olmaması, eləcə də həmin borcların və kreditlərin ödənişinin gecikdirilib-gecikdirilməməsi haqqında məlumatlar verilir.


16- modul:

ProCall Reports module

(ProCall hesabatlar modulu)


Procall hesabatlar modulu aşağıdakıları görməyə imkan verir:
• daxil olan zənglərin ümumi sayını;
• cavablandırılmış və cavablandırılmamış zənglərin sayını;
• ünvanlanmış zənglərin sayını.
Bu modul sayəsində Siz operatorların işi:
onların işə gəlməsi və işdən getməsi, nahar və digər qısa fasilələri, müəyyən fasilədən sonra təkrarən zəng vurulması və zənglərin qəbulunun bərpası ilə əlaqədar məlumatlar əldə edə bilərsiniz (proqram zəngin müddətini və vaxt çərçivələrini göstərir).
Procall müraciətlərin sayı,
menyu bəndlərindən heç birini seçməmiş müştərilərin zənglərinin sayı,
zəngdən sonra məlumatların emalına sərf olunan vaxt və s. haqqında hesabatlar tərtib edir.
Excel, Word proqramlarında hesabatların göndərilməsi mümkündür.


17-ci modul:

Marketing module

(avtomatik məlumatlandırma (sorğu, reklam, elan, xəbərdarlıq))


ProСall Marketing module olmadan, çağrı mərkəzinin işi və təşkili 100%-lik effektivliyə malik olmayacaq.
ProCall sisteminin bu modulu sayəsində Sizin abonentləriniz avtomatik zənglər qəbul edərək aylıq borc ödənişi məbləği və borcun ödənilməli olduğu vaxt haqqında məlumatlandırılacaq, eləcə də mövcud borcun ödənişinin gecikdirilməsi barədə xəbərdar olacaq.
Bu alətdən istifadə etməklə Siz abonentlərin yeni kampaniyalar, xidmətlər, Sizin telefon nömrənizin və ya ünvanınızın dəyişilməsi, yeni filialların açılması və s.
haqqında məlumatlandırılması funksiyasını asanlıqla sazlayacaqsınız.
ProСall sistemindən edilən avtomatik zənglərin köməyi ilə Siz xidmətlər, aksiyalar, kampaniyalar haqqında sorğu keçirə və abonentlərin bu sahədə məlumatlanma səviyyəsini müəyyən edə bilərsiniz.

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.