ProCRM - müştərilər ilə əlaqələrin səmərəli idarə olunması

İşçi ştatını artırmadan və irihəcmli sərmayələr yatırmadan mal və xidmətlərin satış səviyyəsini 10%, 20%, 30% və daha çox artırmaq istərdinizmi?

ProCrm sisteminin Crm tətbiqi bu işdə Sizə kömək edəcək!

Bəsit «insan amili» səbəbindən alıcı (sifarişçi) itkisini azaltmaq üçün müştərilərlə qarşılıqlı əlaqələrin idarə olunması üzrə unikal sistemdən istifadə edin.

Hissələrə ayrılmış pərakəndə məlumatlar əvəzinə ProCrm vahid müştəri bazasından istifadə edin. Daha yaxşı xidmət göstərmək və daha çox mal satmaq üçün hər bir potensial müştəri haqqında məlumat toplayın, təhlil edin və işinizdə bu məlumatlardan istifadə edin! Crm sisteminin funksiyalarından istifadə etməklə müştəriləri seqmentləşdirərək onlara xidmət göstərilməsi strategiyasını formalaşdırın!

Müasir Crm sistemini tətbiq etməklə (ProCrm bazasını artıq bu gün almaq və ya icarəyə götürmək olar) Siz satış və marketinq şöbəsinin işi üçün ideal şərait yarada bilərsiniz. Proseslərin avtomatlaşdırılması sayəsində Sizin əməkdaşlarınız daha çox sifarişləri nəzərdən keçirə, daha çox zənglər edə, daha çox görüşlər təyin edə bilərlər. ProCrm isə onlara öz işlərinin nəticələrini görməkdə kömək edəcək.

1-ci modul:

Müştərilərin məlumat bazası


Potensial müştərilər haqqında kifayət qədər ətraflı məlumat toplamaq üçün bu alətdən istifadə edin. Biznes üçün crm modulu sektorlar və seqmentlər üzrə profillər yaratmağa, əlaqələndirici şəxslərin siyahısını müəyyən etməyə, şəxsi sövdələşmə və əlaqə təsnifatlarını (dövriyyə üzrə, sahələr üzrə və s.) daxil etməyə və bütün bu əməliyyatları cəld şəkildə, sadəcə, mausun düyməsini sıxmaqla həyata keçirməyə kömək edir. Siz öz bazanızdakı bu və ya digər şəxsin və ya şirkətin (təşkilatın) fəallığını izləyə, korporativ saytda yeniliklərin monitorinqini sazlaya, eləcə də vakansiyaların yaranmasını, tədbirlərdə iştirakınızı qeyd edə bilərsiniz.

Zəruri hallarda Crm digər sistemlərə və qoşmalara da inteqrasiya edir.

2-ci modul:

Əlaqə mərkəzi


b2b və b2c seqmenti üçün hazırki crm aləti potensial və mövcud müştərilərlə əlaqə yaratmağa imkan verir. ProCrm imkanlarına əsaslanmaqla Siz mausun düyməsini bir neçə dəfə sıxıb ünvanlı məlumatlar göndərərək keçirilən kampaniyalar, aksiyalar, xüsusi təkliflər haqqında abunəçiləri xəbərdar edə və beləliklə də, sövdələşmələrin və yuvarlaq çekin ümumi sayını artıra bilərsiniz. ProCrm sistemində müəyyən sifarişçilər qrupunu, bir müştərini və ya bütünlüklə bazanı məlumatlandırmaq mümkündür. Bu zaman elektron poçtunu, telefon rabitəsini və ya SMS sistemini də prosesə cəlb etmək olar.


3-cü modul:

Müştərilərlə iş


Müştərilər və onlarla qarşılıqlı əlaqələriniz: keçirilmiş görüşlər, alqı-satqı (xidmətlərin göstərilməsi), tədarük olunmuş malların həcmi, satılmış malların dəyəri, sövdələşmə tarixi, alıcıların rəyi haqqında dəyərli məlumatlar əldə edin.

ProCrm sisteminin Crm həlləri Sizin satış şöbəniz üçün aşağıdakı imkanları yaradır:

  • • Müştərilər haqqında məlumatların hər gün təhlil olunması;
  • • «Girişdə» və perspektivdə onların potensialının qiymətləndirilməsi;
  • • Xidmət stratregiyasının formalaşdırılması, sifarişçilər və tərəfdaşlar üçün ən sərfəli təkliflər hazırlanması.

4-cü modul:

Müqavilələrin qeydiyyatı


Bu modul müqavilələrin aparılmasına nəzarət olunmasını əhəmiyyətli dərəcədə asanlaşdırır. Bu Crm aləti tikinti şirkətləri və bütün xidmət sahələri üçün çox mühüm əhəmiyyət kəsb edir.

ProCrm çərçivəsində Siz vahid müqavilələr reyestri əldə edirsiniz – həmin reyestrdə ödəniş mərhələləri və şərtləri, onların cari statusu göstərilir, əlavə razılaşma və spesifikasiyalar haqqında məlumatları daxil etməyə imkan verilir. Siz müqavilə kartında əsas məlumatları göstərə, düzəlişlər apara və dəyişikliklərin tarixçəsini qeyd edə bilərsiniz.

ProCrm köməyi ilə müştəri üçün mühüm məqamları asanlıqla qeyd etmək, zəmanət və ya servis müddətinin bitməsi haqqında xəbərdarlıq etmək və əməkdaşlıq şəraitinin yaxşılaşdırılmasına yönələn digər tədbirləri həyata keçirmək mümkündür.


5-ci modul:

Müştərilərlə görüşlər


Crm alətindən satış şöbəsi üçün təhlil və nəzarət aləti qismində istifadə edin. ProCrm müştəri ilə həyata keçirilən qarşılıqlı əlaqələrin: görüşlərin, təqdimatların, əməkdaşlıq şərtlərinin müzakirəsinin nəticələrini qeydə almaq olar.

Bu zaman menecerlər, marketoloqlar, satıcılar potensial müştərinin satış burulğanının hansı mərhələsində «ilişdiyini» görür, əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud perspektivləri və müştərini fəaliyyətə sövq etmək üçün hansı tədbirləri görməyin mümkün olduğunu müəyyən edirlər. Rəhbərlər isə satış şöbəsinin və ayrıca olaraq, hər bir satıcının işinin effektivliyini qiymətləndirmək imkanı qazanırlar.

6-cı modul:

Hesabatlar


Xidmətlər, topdansatış və pərakəndə ticarət üçün Crm alətindən istifadə etməklə vaxta əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür. Artıq irihəcmli kağız hesabatlara və cədvəllərə ehtiyac yoxdur. Şirkətin bütün sahələrinin fəaliyyəti haqqında məlumatlar nəzarət və təhlil üçün açıqdır və onlarla asanlıqla tanış olmaq mümkündür.

Qrafik hesabatlar marketinq proseslərini və müştərilərlə aparılan işlərin nəticələrini müfəssəl qaydada əks etdirir, müxtəlif göstəriciləri müqayisə etməyə, oxşar tendensiyaları aşkara çıxarmağa, potensial sifarişçilərlə və tərəfdaşlarla qarşılıqlı əlaqələrin müxtəlif mərhələlərində səhvləri tapmağa imkan yaradır.

Əldə olunmuş məlumatları təhlil etməklə müştərilərin tələbatlarını daha yaxşı icra etməyi və satışın səviyyəsini artırmağı öyrənmək mümkündür.

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.