İMTAHAN VƏ SERTİFİKASİYA SİSTEMİ
Tanıtım Çarxını İzlə!

İNZİBATİ MODUL

Hazırki ProASK modulu çərçivəsində Siz aşağıdakı imkanları əldə edirsiniz: • məlumatlar bazasının yaradılması (əməkdaşlar və imtahan verən şəxslər haqqında məlumatların daxil edilməsi); • bütün mümkün sorğu məlumatlarının əlavə olunması; • inzibatçıların və digər istifadəçilərin hüquqlarının müəyyən edilməsi (kompüterdə testlərin yaradılması üçün proqram funksiyalarına kimin üçün giriş imkanı yaratmağı və ya bu imkanı məhdudlaşdırmağı, hər bir əməkdaşa hansı səlahiyyətləri verməyi özünüz müəyyən edirsiniz). ProASK test bankı yaratmaq, sualları işləyib hazırlamaq, aktivləşdirmək, dəyişmək, onlara şəkillər əlavə etmək, test tapşırıqlarını ən müxtəlif kateqoriyalar (çətinlik, istiqamət, mövzu, tarix, müəlliflik və s.) üzrə bölüşdürmək üçün imkan yaradır. Şagirdlər üçün testlərin yaradılması proqramı çərçivəsində Siz cavab variantlarını elə düzə bilərsiniz ki, imtahan verən hər bir şəxs üçün onların ardıcıllığı müxtəlif olsun, yaxud cavab sabit yerdə qalsın (məsələn, həmişə 4-cü və ya 5-ci yerdə olsun). ProASK konstruktorunda imtahan növünü təyin etmək və onun məzmununu müəyyənləşdirmək asan olur. İnteraktiv testlərin yaradılması proqramının inzibati modulu çərçivəsində: • imtahanların müxtəlif çətinlik səviyyələrini təyin etmək; • sualları işarələmək və onları müxtəlif mövzular, istiqamətlər və çətinlik səviyyəsi üzrə çeşidləmək, sualın növünü təyin etmək (bir və ya bir neçə cavab variantı ilə, düzgün ardıcıllığı və müvafiqliyi müəyyən etməklə və s.); • çətin və asan tapşırıqların faiz nisbətini müəyyən etmək; • imtahan verən şəxslərin siyahısını hazırlamaq və bir çox digər əməliyyatları həyata keçirmək mümkündür. ProASK müəyyən suala verilən cavaba maksimum sayda ballar verməyə, tapşırıqları mürəkkəblik səviyyəsinə görə qruplaşdırmağa, keçid balları həddini təyin etməyə imkan yaradır. İmtahandan sonra sistem, iştirakçının nəticəsini nümunəvi göstərici ilə avtomatik şəkildə müqayisə edəcək. Siz bir-birindən uzaq məsafələrdə (müxtəlif binalarda, otaqlarda) keçiriləcək imtahanların cədvəlini tərtib edə, onların keçirilmə tarixini və vaxtını, yerlərin sayını göstərə bilərsiniz. Sistem, verilmiş mövzular üzrə müsabiqələr, sorğular və səsvermələr keçirməyə və sonradan onların nəticələrini toplayaraq təhlil etməyə imkan yaradır. Şəxsi ProASK kabineti sifarişçinin tələbatlarına asanlıqla uyğunlaşdırıla bilər. İmtahan verən şəxs haqqında məlumatlar (sertifikatların mövcudluğu, təşkilatda üzvlüyü, imtahanlardan keçmə tarixçəsi və s.) bu kabinetdə əks olunur. ProASK istənilən meyarlar əsasında testləşdirməyə buraxmaq və ya buraxmamaq üçün məhdudiyyətlər qoymağa (məsələn, müvafiq kateqoriyaya və ya sertifikata malik olmayan, yaxud əvvəlki testdən keçməsinə dair qeyd olmayan namizədləri növbəti imtahana buraxmamağa) imkan yaradır. Tədris testlərinin yaradılması üçün nəzərdə tutulmuş bu proqramın rahatlığı ondan ibarətdir ki, bir çox ilkin məlumatları (məsələn, sualları, işçi heyətinin siyahısını) daxil etmək mümkündür. İmtahan bitdikdən sonra ProASK istər şəxsi şablon əsasında tərtib olunmuş, unikal, istərsə də standart hesabatları ümumiləşdirərək arxivləşdirəcək.

MƏSUL ŞƏXSİN (ONLAYN MÜŞAHIDƏÇİNİN) MODULU

Testləşdirmənin aparılması üçün ProASK proqramı geniş monitorinq imkanları yaradır. Real vaxt rejimində panelə qoşulmaqla əməkdaşlar eyni zamanda bir pəncərədə müxtəlif içliklərdə bir neçə imtahan mərkəzini izləyə bilərlər. Sistem imtahan verən şəxslərin ümumi siyahısını müşahidəçiyə göstərir, imtahan verən hər bir şəxsi adbaad ayrıca izləməyə, onların statusunu (şəbəkədə olduğunu, yerində olmadığını, ləğv edildiyini) və irəliləyişini (verdiyi sualların sayını) izləməyə imkan yaradır. İmtahan bitdikdən sonra məsul şəxs ümumi və fərdi nəticələri ekrana çıxarır. Müşahidəçi imtahan verən şəxsin hərəkətlərinə reaksiya verə, ona test iradları tuta bilər. Məsələn, 3-cü iraddan sonra şagird imtahandan uzaqlaşdırılacaq. Abituriyent (və ya şagird) imtahan zamanı öz panelindən müşahidəçiyə mətn məlumatı göndərərək ona müraciət edə bilər.

İMTAHAN

Testlərin yaradılması və testləşdirmənin aparılması üçün proqramın imtahan modulunun işi məlumat hissəsindən başlanır. İlk növbədə, namizədə imtahanın verilməsi qaydaları ilə tanış olaraq həmin qaydalarla razılaşdığını təsdiqləmək təklif olunur. İmtahan verən şəxs: • ProASK panelindən istifadə qaydalarını aydın şəkildə göstərən, mətnli ipucu və oxlar sxemi görkəmində naviqasiya pəncərəsini; • Öz fotosunu, adını və soyadını görür. İmtahan zamanı istifadəçi aşağıdakı imkanları əldə edir: • suallara cavab vermək və cavabları dəyişmək, onlardan bəzilərini mübahisəli cavab kimi qeyd etmək; • kalkulyatordan istifadə etmək; • test statistikasını (ayrılmış (qalan) vaxtı, cari sualın nömrəsini və tapşırıqları həll etməsinin gedişini) görmək; • cavablandırılmış, cavablandırılmamış və mübahisəli sualların filtrini qoşmaq; • kömək üçün onlayn-müşahidəçiyə müraciət etmək; • sualın şriftini kiçildib-böyütmək, panelin quruluşunu dəyişmək, onu tam ekrana çıxarmaq və s.

QEYDIYYAT

Elektron testlərin yaradılması üçün proqram bir və ya iki mərhələli avtorizasiya sazlamağa imkan yaradır. İmtahan verən şəxs birinci mərhələdə bütün zəruri məlumatları (adını, atasının adını, vəzifəsini, təhsili haqqında məlumatı, əlaqə nömrələrini, təvəllüdünü, şəxsiyyətini təsdiq edən sənədin nömrəsini və seriyasını və s.) sistemə daxil edir, öz loginini göstərir, sirli suala cavab seçir və ilkin qeydiyyatdan keçir. Qeydiyyat inzibatçı tərəfindən təsdiqləndikdən sonra namizəd imtahana istinad və giriş üçün e-mail və ya SMS alır. Həmçinin, faiz göstərilməklə endirim üçün promo-kodun göndərilməsi də mümkündür. İmtahan verən şəxs imtahanı, onun tarixini, testləşdirmə vaxtını və yerini sərbəst şəkildə seçə bilər (parametrlər opsion qaydada verilir). Ödənişli testlər üçün, ödəniş daxil olduqdan sonra namizəd imtahana girmək üçün PDF formatında icazə sənədini yükləmək imkanı yaradılır (yükləməyə istinad avtomatik surətdə göndərilir).

İNTEQRASIYA

ProASK şəbəkə saytlarına, telefoniyaya, məlumatlandırma sistemlərinə, yaxın proqramlara (ProSpect ERP) və kənar məlumat bazalarına inteqrasiya etmək üçün unikal imkan yaradır. Zəruri hallarda, onlayn-ödəniş xidmətlərini və müxtəlif qurğuları (IP-kameraları, printerləri, skanerləri və s.) da ProASK proqramına qoşmaq olar.