ProSpect ERP sistemi “SİRAB” ASC-də !

“Sirab” ASC şirkəti, XX əsrin 50-ci illərdən etibarən, Azərbaycan mineral sular istehsalı bazarında öz mövqeyini tutan, bu günümüzə qədər illər ərzində daima inkişafda olan və öz brendini qoruyub saxlayan şirkətlərdən biridir.

Bu ilin yanvar ayında şirkətimiz “SİRAB” ASC- ilə yeni razılaşmaya imza atmışdır. Sazişə əsasən “SİRAB” ASC-də ProSpect ERP sisteminin, biznesin inkişafına yönələn həllərdən birinin - Kadr Uçotu həllinin tətbiqi başlanmışdır.

ProSpect-in tətbiqi vasitəsilə, insan resurslarının idarə olunması istiqamətində “SİRAB” ASC üçün bir sıra önəmli məsələlər öz həllini tapacaqdır.

Davamiyyətə nəzarət

Əməkdaşların gündəlik məşğulluğunu, iş qrafikində dəyişiklikləri, icazələri, ərizələri və daha bir çox fəaliyyətləri izləmək, müvafiq əməliyyatlar aparmaq (təsdiqləmək, imtina etmək və s. ) və müxtəlif kriteriyalar üzrə hesabatlar almaq imkanı yaradılır.

Əmək haqqının hesablanması

ProSpect ERP sistemi, əməkhaqqının hesablanması prosesini avtomatlaşdırmaqla və əməkhaqqına təsir göstərəcək amilləri (əlavə iş saatı, xəstəlik vərəqi, məzuniyyət, ezamiyyət və s. ) nəzərə alaraq hesabat aparmaqla, mühasibin işini əhəmiyyətli dərəcədə sadələşdirir.

Hesabatların alınması

Proqram təminatının bu həlli, əməkdaşlar, gecikmələr, iş tapşırıqları, məzuniyyətlər, ezamiyyətlər və daha bir neçə göstəri üzrə visual hesabatların əldə edilməsini təmin edir.

Eyni zamanda, tətbiq olunan həllin, mobil cihazlardan rahat istifadəsi üçün xüsusi Android tədbiqi hazırlanmışdır. Bu servis, Android əməliyyat sistemi ilə çalışan smartfon və planşet sahiblərinə, vaxtı qənaət etməyə və işlərin gedişatından xəbərdar olmağa imkan yaradacaq.

“SİRAB” ASC-ilə geniş əməkdaşlıq fəaliyyətimiz çərçivəsində, ProSpect ERP sisteminin, biznesin avtomatlaşdırılmasına yönəlmiş digər həllərin də tətbiqi planlaşdırılır.

Tweet
Digər xəbərlər
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.