ProSpect proqram təminatı artıq Android istifadəçilərinin ixtiyarına verildi!  

Biz Sizin rahatlığınızı fikirləşərək, kompüterdən uzaqda olduğunuz zamanda belə Sizə rahat işləmək imkanı yaradacaq, çox gözlənilən ProSpect proqram təminatının mobil versiyasını Sizə təqdim edirik. Yeni servis, Android əməliyyat sistemi ilə çalışan smartfon və planşet sahiblərinə, vaxtı qənaət etməyə və işlərin gedişatından xəbərdar olmağa imkan yaradacaq.

“ProSpect”-in mobil versiyasının hansı üstünlükləri var?

1.Harada olmağınızdan aslı olmayaraq sistemə giriş

“ProSpect” proqram təminatına qoşulmaq artıq çox asandır! Ofisə tələsməyə ehtiyac yoxdur, Siz işinizi elə olduğunuz yerdən idarə edə bilərsiniz. Telefonunuzda proqramı işə salaraq, Siz bircə toxunuşla görüşləri təyin etmək, icazələri təsdiqləmək, arayışlar tələb etmək, müxtəlif hesabatları əldə etmək və bir çox əməliyyatlar həyata keçirmək imkanındasınız.

2.Bildiriş sistemi

ProSpect” proqram təminatının təqdim etdiyi daha bir əvəzolunmaz üstunlüklərindən biri də, əməkdaşların gündəlik fəaliyyəti (davamiyyət üzrə yayınma, görüşlərin təyini, icazələrin istənilməsi, arayışların təqdim olunması və sair) ilə bağlı bildirişlərin göndərilməsidir. Mobil cihaza daxil olan bildirişlər səsli siqnal və xüsusi işarə ilə diqqəti cəlb edir. Beləliklə Siz daim yeni bildirişlər haqqında məlumatlı olursunuz.

3.Alətlər paneli

İstifadəçilərin rahatlığı üçün, proqramın baş səhifəsində bütün tamamlanmamış işləri izləmək imkanı vardır. Bu funksiya vasitəsi ilə bir toxunuşla Siz təsdiqlənməmiş icazələr və avans tələbləri, baxılmamış arayışlar və Sizə unvanlanmış digər vacib məlumatlarla tanış olursunuz və onlarla müvafiq əməliyyatlar (təsdiqlə, qəbul et, imtina et, icra et və sair) həyata keçirə bilirsiniz.

“ProSpect” ERP sistemi daim sifarişçilərini düşünərək ən son texnoloji yenilikləri öz həllərinə tətbiq edir və daim bu istiqamətdə geniş işlər aparır. Yaxın zamanlarda iOS əməliyyat sistemi ilə çalışan mobil cihaz istifadəçiləri üçün hazırlanan proqramın istifadəyə verilməsi gözlənilir. Bizi izləməyə davam edin!.

Tweet
Digər xəbərlər
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.