"PRONET" şirkəti Risklərin İdarə Edilməsi Forumunun sponsorları arasında

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası cari ilin 26 may tarixində Risklərin İdarə Edilməsi forumu keçirəcəkdir. Forumun əsas məqsədi biznesdə baş verə biləcək risklərin və problemlərin qarşısını almaqdır. Tədbirin bu ilki mövzüsu bank sektoruna həsr edilib.

Bank sektorunun sürətli inkişaf dövründə olduğunu nəzərə alsaq, risk artımının qaçılmaz olduğu gözləniləndir.

Banklarda çalışan risk mütəxəssislərin, auditorların və bank risk məsləhətçilərinin yer aldığı bu forumda, risklərin idarə edilməsi haqqında geniş müzakirələr aparılacaqdır.

Keçiriləcək forum bank sahəsində yarana biləcək risklər, biznes əlaqələrinin inkişafı, risklərin idarə edilməsi sahəsində daha geniş bilik əldə etmək üçün bir imkandır.

PRONET şirkətinin sponsorluq etdiyi bu tədbirdə media agentlikləri, risk konsaltinq şirkətləri, beynəlxalq audit və reytinq agentlikləri, banklar və mikro-maliyyə müəssisələri, həmçinin daha bir neçə dövlət qurumları iştirak edəcəkdir.

Bu PRONET şirkətinin ARPA ilə ilk əməkdaşlığı deyil. Belə ki, ötən ilin sonunda ProSpect ERP sistemin ProASK - imtahan prosesinin avtomatlaşdırılması modulu şirkətimiz tərəfindən ARPA-da tətbiq olunmuşdur.

Tweet
Digər xəbərlər
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.