PRONET şirkəti Code Academy ilə əməkdaşlığa başladı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”, ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdə kömək edən layihədir. Layihənin əsas hədəfi, gənclərə real proqramlaşdırma bacarıqlarını öyrətmək və onlara biliklərini real layihələrdə tətbiq edərək gələcək karyeralarına kömək olmaqdır.

12 həftəlik master-klassda iştirak etmiş gənclər, proqramı bitirdikdə karyera qurmaq üçün bir həftəlik tədrislə həm intervyulara hazırlaşacaq, həm də böyük şirkətlərlə görüşlərdə iştirak edəcəklər.

Qeyd edək ki, “Code Academy”-də iştirak edən şəxslər öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə müxtəlif layihələrdə tətbiq edə biləcəklər.

PRONET şirkəti, həllərini təkmilləşdirmək və görülən işlərin keyfiyyətini yüksəltmək üçün, daima ixtisaslı mütəxəssisləri layihələrinə cəlb edir.

Yüksək Texnologiyalar Parkı ilə gördüyümüz işin nəticəsində, proqramlaşdırma kursunu bitirmiş gənclər, şirkətimizdə çalışmaq şansı əldə edəcəklər. Bununla da, onlar biznesin avtomatlaşdırılmasına yönələn həllərin təkmilləşdirilməsində iştirak etmiş olacaqlar.

Layihənin həyata keçirilməsi PRONET şirkətinin müştərilərinə göstərdiyi işin keyfiyyətini artırmağa imkan yaradacaq.

Beləliklə, “Code Academy” ilə əməkdaşlığımızın peşəkar kadrların yaranmasında və bu sahəyə marağın artmasında mühüm rol oynayacağına əminik.

Tweet
Digər xəbərlər
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.