Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası rəqabət mübarizəsinin kəskinləşməsinə səbəb olmuşdur. Odur ki, şirkətlər güclü rəqabət imkanlarına malik olmaq üçün öz kadr potensialını yaratmalı və inkişaf etdirməlidir. Bu sahədə əsas kapital insan kapitalı və insan resurslarıdır. İnsan resursları olmadan rəqabəti inkişaf etdirmək mümkün deyil. Sadəcə investisiya qoymaqla müəyyən qədər uğur əldə etmək olar. Həm investisiya, həm də  insan kapitalı mövcuddursa, bu daha gözəl nəticələrin, müəyyən uğurların əldə edilməsinə əsas verir. Bu baxımdan rəqabətin müvəffəqiyyəti şirkətə xidmət edənlərin emosional intellektə sahib olmasından daha çox asılıdır, çünki mahir emosional intellektə sahib olma istənilən təşkilatı idarə etmənin ən əhəmiyyətli komponentdir.

Emosional intellekt anlayışının şirkət əməkdaşları tərəfindən mənimsənilməsini asanlaşdırmaq məqsədilə PRONET MMC ofisində şirkətin təsisçisi Emin Əsgərovun təqdimatında “EMOSİONAL İNTELLEKT peşəkar fəaliyyətdə” mövzusunda seminar keçirildi. Seminar şirkətin youtube səhifəsində  onlayn olaraq yayımlandı. Tədbirdə “emosiya nədir?”, “baza emosiyalar”, “emosional yaddaşın mənfi və müsbət tərəfləri”, “neokorteks və limbik sistemlər”, “rasional və emosional düşüncə” və s. kimi bütün iştirakçılar üçün maraqlı olan ilkin məlumatlar paylaşıldı. Emin Əsgərov qeyd etdi ki, “Son illər “emotional intelligence” – Emosional intellekt (EQ) termini biznes aləmində məşhurlaşsa da, elmdə bu anlayışın dəqiq tərifi mövcud deyil. 

Ümumi nəticə olaraq, emosional intellekt  öz emosiyalarını və başqasının emosiyalarını anlamaq, eyni zamanda idarə etmək və bunun əsasında da qarşılıqlı münasibətləri qurmaq qabiliyyətidir”. Daha sonra “reallığın subyektivliyinin dərki və qəbulu”, “emosional mədəniyyət”, “özünü ələ alma mədəniyyəti”, “emosional intellektin inkişaf səviyyələri”, “emosional intellektə təsir edən amillər (eqosentrizm və refleksiya)” mövzularında fikir mübadilələri aparıldı.

Emin Əsgərov “Emosional intellekt və kollektiv” mövzusunda danışaraq, Eİ-in yüksək olmasının kollektivdə destruktiv konfliktlərin azalmasına, qarışılıqlı anlaşma, hisslərə hörmət, korporativ mədəniyyətin yüksəldilməsinə, təşkilatın missiyasını anlamaq və ona sadiqlik və dəyişikliklərə yüksək hazırlığa, yeni biliklərə açıqlıq, öz üzərində çalışma kimi müsbət nəticələrə, zəifliyinin isə emosional yanma – ya, yəni fiziki, emosional və intellektual tükənməyə, nəticə olaraq energetik iflicə və həyatda sevinc hissinin itirilməsinə, gərginlik, neqativ düşüncə tərzi, öz işinin müsbət nəticəsini görməmək, konfliktə meyillik, diqqətsizlik, şübhəlilik, tez-tez xəstələnmə, ümidsizlik, keyfiyyətsiz iş, etinasızlıq və s. kimi şirkətin inkişafına mane olacaq mənfi nəticələrə səbəb ola biləcəyini vurğuladı. 

Emin Əsgərov həmçinin qeyd etdi ki,ilk növbədə hər bir əməkdaş öz işinin müsbət nəticələrini görməli, gördüyü işin təşkilat üçün nə dərəcədə əhəmiyyətli olmasını anlamalıdır. Belə olan halda, əməkdaş öz vəzifə öhdəliklərinin mahiyyətini və əhəmiyyətini dərk edir və xidmət etdiyi müəssisə üçün daha məhsuldar kadra çevrilir.

Hər bir şirkətin inkişafı üçün emosional intellektin vacibliyi barədə dəyərli fikirlər söylənilən və müzakirə olunan seminarın sonunda təlimçi Emin Əsgərov tədbirdə iştirak edənlərin və onlayn olaraq qoşulanların suallarını cavablandırdı.

Bu tədbirin də Pronet MMC-nin təşkil etdiyi növbəti uğurlu təlim kimi bir çox problemlərin aradan qaldırılmasına dəstək olacağına əminik.

Qeyd edək ki, son illərdə ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ölkəmizdə də biznes idarə etməsininasanlaşdırılmasına və demək olar ki, bütün iri və ya kiçik, dövlət və özəl müəssisələrin fəaliyyətində daha faydalı olan idarəetmənin avtomatlaşdırılmasına marağı хeyli artırmışdır. 

Odur ki, ölkəmizdə fəaliyyət göstərən böyük korporasiyalarbiznesin avtomatlaşdırılmasından daha çox yararlanmaqdadır. Dövlət və hakimiyyət, eləcə də tanınmış özəl müəssisələrinuğurlu seçimi olmuş Prospect ERP (www.prospect.az) həlləri ilə tanınan PRONET MMC bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir. 

Artq 14 ildir uğurla fəaliyyət göstərən PRONET MMC öz həlləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. 

Sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. kimi sahələrdə təqdim etdiyi  həlləri ilə yanaşı call centre həlləri ilə də bütün sahələrdə biznes idarəetməsinin kompleks avtomatlaşdırılmasına xidmət edən PRONET MMC 14 il ərzində 300ə yaxın müştəri qazanaraq hər bir şirkətin uğurlarına öz töhvəsini vermişdir.

PRONET MMC olaraq öz xidmətlərimizi Sizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Şirkətimizin fəaliyyəti və təklif etdiyi həllər haqqında ətraflı məlumatı www.prospect.az saytından əldə edə bilərsiniz.


Tweet
Digər xəbərlər
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.