Səhiyyə

Pronet MMC uzun müddətdir uğurla əməkdaşlıq etdiyi səhiyyə sektoruna sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. sahələrdə idarəetmənin kompleks avtomatlaşdırılması ilə yanaşı call centre həllərini də təqdim etmişdir. PRONET MMC tibb mərkəzlərində xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinə, əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl olunmasına daim nəzarət edilməsinə və əhali tərəfindən bildirilən nöqsan və şikayətlərin aradan qaldırılmasına mütəmadi yardımçı olan həlləri sayəsində qazandığı xüsusi rəğbət və etibarı daim yüksək səviyyədə saxlamaqdadır.