Elm və Təhsil

Pronet MMC uzun müddətdir ki, ölkəmizin elm və təhsil sisteminə töhvə olaraq sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, ictimaiyyətlə əlaqələr, kitabxana və s. kimi sahələrdə idarəetmənin kompleks avtomatlaşdırılması ilə yanaşı call centre həllərini də təqdim etməkdədir. Məqsədimiz ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə beynəlxalq standartlara əsaslanan həlləri təhsil sisteminə tətbiq etməkdir. Çünki, ölkəmizin təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.

Pronet MMC elm və təhsilə hüdudsuz dəyər verərək bu sahədə tətbiq etdiyi həllərin gələcəkdə informasiya cəmiyyətinin təşəkkülü və ölkənin davamlı inkişafında müsbət və uğurlu nəticələr verməsi üçün səylərini əsirgəmir!