BLOQ

Teodor Ruzvelt kimi tez oxumağın yolları 


Teodor Ruzvelt hər hansı bir işlə məşğul olduğu zaman, məmnuniyyətlə çalışırdı. Bu oxumağa da aid idi. Ruzvelt sürətlə oxuyurdu. O ac şirin öz ovunu yediyi həvəslə kitabları ardı ardıyca oxuyurdu. Prezident olduğu dövrdə hər gün səhər yeməyindən əvvəl o, bir bütöv kitab oxuyurdu. Axşam rəsmi işləri olmayan zaman, iki-üç kitab, üstəgəl onun diqqətini cəlb edən istənilən jurnal və qəzetlər oxuyurdu. Öz qiymətləndirmələrinə görə, o öz həyatında on minlərlə, o cümlədən yüzlərlə xarici dillərdə kitablar oxumuşdur.


Ruzvelt buna sürətli oxunuş üsuluna sahib olduğu üçün nail ola bilirdi. Onun köməkçiləri deyirdilər ki, o, bir dəqiqədə iki-üç səhifə gözdən keçirirdi, sonra isə ən xırda təfərrüatları ilə kitabdaki bütün vacib məqamları təsvir edə və hətta mətni sitat gətirə bilirdi.


Bu bacarıq Ruzveltə öz təsirini və liderliyini möhkəmləndirməyə kömək edirdi. Hər kəslə söhbət apara bildiyi və istənilən mövzu haqqında danışdığı üçün, o, digər insanlarla asanlıqla əlaqə yarada bilirdi. Alimlər onun çətin nəzəriyyələr biliyinə heyran qalır, tanınmış şəxslər onun Oskar Uayldın əsərlərinin mahiyyətini necə dərin anladığına təəccüblənir, Qərb kovboyları isə ona vəhşi təbiət və səhranın anlayışına görə böyük hörmət hissi duyurdular. Ruzvelt iki mindən çox olan işlərinin nəşri üçün böyük miqdarda pul ayırıb.


Bu məqalədə biz Teodor Ruzvelt kimi sürətlə oxumağı öyrənəcəyiniz bir neçə məsləhət təklif edirik. Ardı ardıyca kitabları oxumağa hazırsınız? Başlayaq!


Sürətli oxunuşa necə yiyələnməli


Sözləri ürəyinizdə oxumağı tərgidin. Uşaqlıqda oxumağı öyrənəndə, biz ucadan oxuyub hər sözü tələffüz edirdik. Bu oxumağı xeyli ləngidir, çünki biz danışdığımız sürətlə oxuyuruq. Səsli oxunmanı çoxdan başa çatdırdığınıza baxmayaraq siz, yəqin ki, kağız üzərində yazılanları hələ də beyninizdə təkrarlayırsınız. Belə tələffüz subvokalizasiya adlanır. Ola bilsin ki, siz hətta oxuma zamanı ağzınızı səssizcə açırsınız və ya çənənizi hərəkət etdirirsiniz.


Subvokalizasiya vərdişindən qurtulmaq çətin olur. Əvvəlcə ağzınızın hərəkət etdiyindən daha tez oxumağa çalışın. Kömək etməsə, belə bir üsulla çalışın: bir mətni oxuyursunuzsa, daim tələffüz "А-Е-İ-О-U" və ya "1, 2, 3, 4" sayın. Bu dodaqlar və ya boğazla oxumağı tərgidməyə, gözlərlə oxumağa başlamağa kömək edəcək. Bu sadə üsul bir neçə dəqiqəyə oxu sürətini artıracaq.


Oxunulmuş sözlərə geri qayıtmayın. Bir söz oxuyub, insan iki-üç söz daha oxuyur, sonra isə bunu dərk etmədən birinciyə qayıdır. Kimsə oxuyarkən buna fikir verin. Oxuyanın gözlərinin irəli və geriyə qaçdığını görəcəksiniz.


Buna son qoymaq üçün, şəhadət barmağınızdan istifadə edin. Sətrdə barmağınızı adətən oxuduğunuzdan daha tez sürün. Yalnız barmağınızın qarşısındakı mətnə baxın və oxuduğunuza qayıtmayın.


Periferik görmədən istifadə edin. Beyin eyni vaxtda bir neçə kəlmə dərk edə bilər. Bunun üçün siz öz periferik görmə qabiliyyətinizi inkişaf etdirməlisiniz. Kitabını götürün və yuxarıdan aşağı mətnin ortasında bir-birindən təxminən 7-8 sm məsafədə iki paralel xətt aparın. Xətlər arasındaki sahədə fikrinizi cəmləyin və çalışın gözləriniz onlardan kənara hərəkət etməsin. ətlərdən kənarda mətni periferik görmə ilə oxuya biləcəyinizi yoxlayın. Bu bacarıq sizin oxunuşun sürətini xeyli artıracaq.


Qəzet vasitəsilə iri mətni oxumağı vərdiş etmək olar. Qəzet sütunların eni adətən təxminən 5 sm-dir, bir sətir də 5-6 söz tutur, belə ki, bu parçalarla mətnin oxunmasının mənimsənilməsi üçün ideal platformadır. Sözlərlə oxumaq əvəzinə sətirlərə oxumağa çalışın. Bu, müəyyən təcrübə tələb edir, amma siz nəticədə bir neçə saniyə ərzində istənilən xəbəri oxuya bilərsiniz.


"Diaqonal üzrə" oxumaq metodu sınayın. İnsan beyini çox qəribədir. O, informasiyanı hətta əgər siz əks istiqamətdə oxusanız belə emal və dərk edə biləcək. Ilk sətiri soldan sağa həmişə olduğu kimi oxumaq lazımdır. Əlbəttə, subvokalizasiya bu halda istisna olunur, və oxunuş kəsilmir. İlk sətrin sonuna çatanda, gözünüzlə ikinci sətirdən üçüncüyə sağdan sola diaqonal üzrə oxuyun. Səhifənin sonuna qədər davam etdirin.


Düşünmək olar ki, mətnin əks istiqamətdə və diaqonal üzrə oxunuşu informasiya itkisinə gətirib çıxarır. Amma bu metodu özünüz sınayın. Təcrübə ilə sizin beyininiz tam mətni qəbul etmək iqtidarında olacaq. Bu, heyrətamizdir.


Nə vaxt mətnə ötəri baxmaq, nə vaxt tam diqqətlə oxumaq lazım olduğunu təyin etməyi öyrənin. Ruzvelt həmişə belə edirdi. Oğlu Kermitə yazdığı məktubda, o, Dikkensi ən yaxşı oxumaq yolunu izah edib: "Məni əsrlər boyu demək olar ki, onun hərşeyin müxtəlif növ ikinci dərəcəli xırdalıqlarla qarışdırılmış olması fikirləri maraqlandırırdı. Ən yaxşısı sadəcə onun boş yazılarını, kobudluğu və adi yalanlarını buraxmaq, qalanlardan zövq almaqdır”. Əksər hallarda, bu məsləhətə riayət edə bilərik.


Əsas fikrin çatdırılmasında hər sözü vacib deyil. Məsələn, xidməti sözləri buraxaraq söhbətin nədən getdiyini gözəl başa düşmək olar. Zaman keçdikcə siz bu lazımsız sözləri görməməyə və yalnız mətnin ən mənalı hissəsinə diqqət yetirməyə öyrənəcəksiniz.


Əlbəttə, öz müəllif üslubu, dili, cümlə quruluşu olan kitablar da mövcuddur. Bu tip ədəbiyyatdan zovq almaq yalnız kitabın hər bir sətrini oxumaqla mümkündür. Belə hallarda bir az dayanıb hər sözdən zövq almaq yaxşıdır.


Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.