BLOQ

Pərakəndə satış mağazasında CRM — müştəri uğrunda mübarizə aparmaq üçün gizli silahdır 


Satış göstəriciləri ürəkaçan deyil, mənfəət azalır…

Əgər Siz pərakəndə satış mağazasına və ya pərakəndə ticarət nöqtələri şəbəkəsinə rəhbərlik edirsinizsə, çox güman ki, bu cür problemlərlə qarşılaşmısınız və təbii ki, onların ilkin səbəblərini müəyyən etməyə çalışmısınız.

Sizin satıcılarınız bu vəziyyəti ticarət nöqtəsinin qeyri-münasib yerdə yerləşməsi, gediş-gəlişin zəif olması və bunun da nəticəsində potensial alıcıların çatışmamazlığı, eləcə də rəqiblərinizin endirimli satışa başlaması, mal çeşidinin az və ya qiymətlərin yüksək olması ilə izah edə bilərlər.

Siz özünüz isə ehtimal edə bilərsiniz ki, bunun səbəbi reklam kampaniyasının uğursuz olmasında, təcrübəli işçi heyətinin çatışmamazlığında və ya satıcıların tənbəlliyindədir.

Mənfəəti aşağı salan zəif cəhəti aşkarlaya bildinizmi? Yoxsa, hələ də öz biznesinizi ehtimallar üzərində qurursunuz?

Əgər Siz indiyə qədər satış mənzərəsinin dolğunluğunu görmürsünüzsə və mövcud mənbələrdən lazımınca istifadə etməyi bacarmırsınızsa, pərakəndə satış mağazası üçün crm Sizə yardımçı olacaq!


Pərakəndə mağazaLAR üçün CRM

Pərakəndə satış mağazası üçün crm necə işləyir və satış səviyyəsinə necə təsir göstərir? 

  

Crm sisteminin pərakəndə satışdakı üstünlüyünü ProCRM nümunəsində nəzərdən keçirək.


  • ProCRM pərakəndə satış şəbəkəsinin tələbatlarına asanlıqla uyğunlaşdırılır.Buna görə də Siz əməkdaşlar və müştərilər haqqında tam statistik məlumatlar toplamaq imkanı əldə edirsiniz. Həmçinin, məsələn, mağazaya gələn şəxslərdən neçəsinin öz əlaqə məlumatlarını qoyduğunu və satıcılarınızdan hər birinin bu əlaqə məlumatlarından neçəsini emal etdiyini müəyyənləşdirə bilərsiniz. Müştərilər sövdələşməni tamamlamaqdan imtina edərkən nə kimi etiraz və iradlar bildirir? Sizin ideal alıcınız hansıdır? Alıcılardan neçəsi elə ilk gəlişində mal alır, neçəsi “götür-qoy edir”, fikirləşir, qiyməti aşağı salmağa çalışır və yalnız mağazaya ikinci, yaxud üçüncü gəlişində pul xərcləməyə başlayır? Satışın səviyyəsi hansı zaman kəsiyində daha yüksək olur?



  • ProCRM bütün məlumatları sistemləşdirməyə kömək edəcək və zəruri hesabatları sadə, anlaşıqlı formada təqdim edəcək. Beləliklə, Siz öz biznesinizdəki zəif cəhətləri (mal, işçi heyəti, alıcıların sayı) müəyyən edərək bütün səylərinizi əsas problemin həll olunmasına yönəldə bilərsiniz.



  • ProCRM sistemindəki pərakəndə satış mağazası üçün «ağıllı» crm bütün zəruri hadisələri yadda saxlamağa kömək edəcək. O, müştəriyə zəng etmək, kommersiya təklifi və ya nümunələr kataloqu göndərmək, malın müştəriyə çatdırılmasını təmin etmək lazım olduğunu hər bir alıcıya xatırladacaq. Siz isə bütünlüklə satış şöbəsinin işinə gündəlik nəzarət edəcəksiniz.  




  • Siz və əməkdaşlarınız istənilən vəzifələri planlaşdıraraq iş prosesini tənzimləyə biləcəksiniz.Görüşlər və zənglər haqqında xatırladıcı məlumatlar alacaq, mövcud problemləri görərək onları vaxtı-vaxtında aradan qaldıracaqsınız. Məsələn, malın tədarükünün gecikməsinin qarşısını ala, yaxud da, müəyyən zaman kəsiyində alıcı axınının mümkülüyündən xəbərdar olaraq məhz həmin vaxt çoxlu sayda işçi heyətini zala göndərə biləcəksiniz.




  • Siz cari işləri və sənədləri qaydaya sala biləcəksiniz. Pərakəndə satış mağazası üçün crm tədarükləri də, satış kimi, nizama salınacaq. ProCRM sistemində Siz sənədlərin tam reyestrini apara, hansı müqavilələrin vaxtının bitməkdə olduğunu görə, hansı tədarükçülərlə və ya tərəfdaşlarla əlaqə yaratmağın lazım olduğunu müəyyən edə, müqavilə şərtlərinə nə dərəcədə riayət olunduğunu izləyə, qiymətlərin müqayisəsini apara və bir çox digər imkanlardan istifadə edə biləcəksiniz.




Gördüyünüz kimi, ciddi rəqabət və müştəri uğrunda mübarizə şəraitində ProCRM sistemi pərakəndə mağaza üçün əsl xilaskar rolunu oynaya bilər.

ProCRM  funksiyaları haqqında daha çox məlumat əldə edin və öz şirkətinizdə sistemin nümayiş etdirilməsi üçün bizimlə əlaqə saxlayın!



Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.