BLOQ

Kiçik biznes və ERP 




Bugünki biznes landşaftda istənilən biznes ERP həllini tətbiq edə bilər. ERP kiçik müəssisələrə biznes miqyaslı müəssisələr kimi görünməyə və fəaliyyət göstərməyə imkan verir.

 ERP sistemin tətbiqi ən böyük investisiya hesab edilə bilər. Lakin bir çox kiçik və gənc şirkətlər ERP üçün hələ "kiçik" olduqlarını iddia edir. Onlar düşünürlər ki, ERP həllinə zərurət istifadəçilərin sayından asılıdır.

 

 ERP nədir?

 

Məlum olduğu kimi, müəssisənin resurslarının planlaşdırılması (ERP) bir çox korporativ miqyaslı müəssisələr üçün əsasdır. Proqram təminatı istehsalatın, sifariş emalının və inventarizasiyanın idarəsi üçün mühüm alətdir. O, həmçinin maraqlı tərəflər arasında gəlirlər, materiallar, əmrlər, ştat cədvəli və istehsal gücü kimi biznes-resurslara nəzarət edir. Bütün bunlar quraşdırılmış analitika və alətlər paneli ilə məlumatlar bazalarının vahid interaktiv idarəetmə sistemində həyata keçirilir.

 

ERP istehsalat, pərakəndə ticarət, insan resursları, polad, beton, bank işi, əczaçılıq, kimya, neft/qaz, eləcə də heyvandarlıq, fermerlik və kənd təsərrüfatı idarəetməsi də daxil olmaqla bir neçə sənaye sahələrində tətbiq oluna bilər.

 

Kiçik müəssisələr ERP tətbiqindən hansı üstünlüklər əldə edir?

 

Şəffaflıq: öz informasiya sisteminə malik olan hər bir şöbənin əvəzinə, bütün müvafiq məlumatlara giriş bütün bölmələrə açıq ola bilər. Bu kiçik səhvlərin sayının azalmasına, məhsuldarlığın artırılması və insan resursları üçün xərclərin azaldılmasına gətirəcək məlumatların ixrac zərurətini və ya təkrarlanmasını aradan qaldırır.

Qərarların qəbul edilməsi: sistem tərəfindən real vaxt rejimində təqdim edilən məlumatlar, marketinq, idarəetmə, uçot üçün faydalı olmaqla yanaşı həm də təşkilatın itkilərini azaltmağa və vaxtında həll etməyə imkan verə bilər. Komandalar məhsuldarlığın səviyyəsini sarsıda biləcək istənilən potensial maneə və ya problemləri müəyyən edə bilər. Əməliyyatların ümumi mənzərəsi müəssisə rəhbərlərinə səmərəli qərarlar qəbul etməyə və dəyişən biznes mühitinə operativ reaksiya verməyə imkan yaradır.

Məhsuldarlıq: Optimallaşdırılmış biznes proseslərin yüksək aydınlığı sayəsində əməkdaşlar artırılan biznes həcmlərinin idarəetməsinə qoşula bilərlər. Bu biznesinizin müxtəlif aspektlərini çevirməyə və biznesin artımı ilə bağlı problemləri aradan qaldırmağa kömək edir.

 

Azərbaycanda ilk Milli ERP sistemi - ProSpect ERP-ni sizə təqdim edirik!

ProSpect ERP inzibati məsələlərin yerinə satış və biznesin inkişafı üçün əl ilə görülən prosesləri avtomatlaşdıraraq şirkətə daha çox vaxt ayıra bilər.

 

Bizimlə əlaqə saxlayın və daha ətraflı məlumat alın!


Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.