BLOQ

İşlərin öhdəsindən tez gəlməyin 14 sadə üsulu 


Bu məqalədə siz yalnız yoxlanılmış və on minlərlə istifadəçi tərəfindən bəyənilən məsləhət siyahısı ilə tanış olacaqsınız. Möcüzəsiz, yalnız təcrübə ilə.


1. Sizin üçün ən vacib nədir müəyyən edin və bu məsələyə xüsusi diqqət yetirin. Məqsəd olmadan bu yararsız iş olacaq.


2. Yuxu, yemək və fiziki məşqlər sizə nəticəni artırmağa kömək edə bilər, onlar fokus, motivasiya və enerji səviyyəsini artırır.


3. İki dəqiqə qaydası. Əgər siz hər hansı bir işi iki dəqiqə ərzində yerinə yetirə bilərsinizsə, onda elə indi edin. Bu işi sonraya saxlasanız birincisi, o artıq çox vaxt aparacaq, ikincisi ümumiyyətlə bu işi edəcəyinizə  təminat yoxdur.


4. Beş dəqiqə qaydası. İşi təxirə salmaq adəti ilə ən yaxşı mübarizə üsulu bu "çox çətin məsələyə" sadəcə beş dəqiqə ayırmaqdir. Burada əsas başlamaqdır, sonra isə sona kimi necə çatacağınızı hiss etməyəcəksiniz.


5. Vərdişləriniz üzərində işləyin. Düzgün vərdişlər insana qarşıya qoyulan istənilən məqsədlərə nail olmaqda böyük bonus verir.

6. Yaddaşa arxalanmayın. Bloknotda qeydlər edin, məsələlərin siyahısını tərtib edin, telefonda planlaşdırın və sairə.


7. Lazım olan alətlərindən istifadə edin. Bu gün böyük rəqib proqramların və servislərin seçimi mövcuddur. Məsələləriniz üçün ən rahat həlli tapın və qalan hər şeydən imtina edin.


8. Poçtunuzu daim yoxlamağı qurtarın. İş gününüzü elektron poçtun oxunması ilə başlamayın və onu elə bitirməyin.


9. Bu telefon zənglərinə də aiddir. Kim dedi ki, siz həmişə əhatə dairəsində olmalısınız? Telefonunuzu, məşğul olduğunuz zaman söndürün. Kimə lazımdır zəng edəcək, kimə lazım deyil - sizi yayındırmayacaq.


10. Kiçik məsələləri toplayın. Poçt yoxlamaları, söhbətlər, telefon danışıqları, Facebook və sair tipli işlər.


11. MI3 qaydası. Bu abreviatura Most Important three tasks şifrələnir və hər günü ən mühüm üç məsələnin yerinə yetirmək ilə başlamaq lazım olduğunu göstərir.


12. İradə gücü məhduddur. Vacib qərarları günün birinci yarısında qəbul etməyə çalışın.


13. İşi təxirə salmaq adətinizi planlaşdırın. Bəzən boş vaxt keçirmək sizə daha çox enerji verə bilər. Bu prosesləri nəzarət altında saxlamaq vacibdir.


14. Silin. "Yox" deyin. İqnor edin. Öz həyatınızı öz planınız üzrə qurmağa çalışın.


Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.