BLOQ

Ən yaxşı əməkdaşları motivasiya etməyin 5 üsulu 


Ən məhsuldar əməkdaşların daim motivasiyaya ehtiyacı var, və bu yolda pul heç də hər zaman onların ehtiyaclarını ödəmir. Ən yaxşı əməkdaşlarınızı daha çox, həvəslə, məhsuldar işləmələri üçün motivasiya etməyin 5 fundamental üsulu.


1.İnkişaf və təlim

Ağıllı və ambisiyalı əməkdaşların daimi zehin stimulyasiyasına ehtiyacı var. Davamlı durğunluq onları demotivasiya edir və yeni iş barədə düşünməyə vadar edir. Belə insanlara ən son yeniliklərə, işdə yeni texnikanı tətbiq etməyə və praktiki bacarıqları inkişaf etdirməyə imkan yaradın. Onlara uğurlu və təcrübəli insanlarla ünsiyyətdə olmağa şərait yaradın. Və bilikləri dərinləşdirməyin və möhkəmləndirməyin ən yaxşı üsulu öyrətmək olduğundan, onları şirkətinizdəki cavan kadrların hazırlanması prosesinə cəlb edin.


2.Təşəkkür

Yaxşı əməkdaşlar yalnız öz əməklərinin nəticələrindən deyil, həmçinin rəhbərliyin onların uğurlarına göstərdiyi reaksiyadan həvəslənirlər. Sizin biznesinizi yaxşı edən, problemlərinizi həll edən, gözləntilərinizi artıqlamasıyla doğruldan insanlar özləri ilə qürur duymalı və təşəkkür almalıdırlar. 

Onlar dəyərli olduqlarını hiss etməlidirlər. Açıq şəkildə təşəkkürünüz onlara komandadakı rolunu hiss etməyə kömək edəcək.


3. Məsuliyyət və öhdəliklər

Aktiv əməkdaşlar daha böyük iş görməyə hazırdırlar və buna can atırlar. Əlbəttə, siz bir rəhbər kimi onlara vacib məsələləri həvalə etməkdə çətinlik çəkirsiniz, xüsusilə də onlar bu cür tapşırıqlara ilk dəfə rast gəlirlərsə.

Lakin insanlar daha tez o zaman böyüyürlər ki onlar hansısa bir işi özləri görürlər və səhvlər edirlər. Ən yaxşı əməkdaşlarınıza yeni öhdəliklər  verin, imkan yaradın ki onlar özləri daha çətin məslələrin öhdəsindən gəlsinlər.


4. İşdən zövq almaq

Qaranlıq işdən başqa heçnədən ibarət olmayan 8 saatlıq ağır iş günü perspektivindən daha çox demotivasiya edən heçnə yoxdur. İşçiləri zombiyə döndərən, səhər 9:00 da işə ayaq basıb, 18:00 olan kimi isə 1 dəqiqə belə yubanmadan çıxışa doğru irəlliləməyə sövq edəndə məhz budur. 

Əgər işçilərinizin işə sevinclə gəlməsini və özlərini bütövlüklə işə atılmalarını istəyirsinizsə, iş yerini onların sevdikləri yerə çevirin.

Uğurları və nailiyyətləri maraqlı və yadda qalan qeyd etmək üçün üsullar barədə fikirləşin.

İşçilər arasında əməkdaşlıq və qarşılıqlı yardımın yaranması üçün həvəsləndirici tədbirlər görün. Komandada emosional bağlantı nə qədər inkişaf etmiş olsa, işçiləriniz də bir o qədər məmnuniyyətlə işləyib birgə nəticlər əldə etməyə can atacaqlar. 


5. Şəxsi və peşəkar inkişaf

 Əlbəttə, elə insanlar var ki 20 il eyni vəzifədə çalışmağa hazırdırlar, onların bacarıqlarını həyata keçirmək ofis hüdudlarından kənardadır. Amma əgər siz görürsünüz ki, digər, xüsusi dəyərə malik, əməkdaşlarınız darıxmağa başlayırlar və narazılıqlarını bildirirlər, bu onlarda stimulun olmasından irəli gəlir.


Onlar irəli getmək, daim planı yüksəyə qaldırmaq və nəyə qadir olmalarını sınamaq istəyirlər. Mütəxəssislərin araşdırmalarına əsasən  onlar üçün ən dəyərli qeyri maddi mükafat şəxsi və peşəkar təlimlərdir. Ona görə öz büdcənizi və vəsaitlərinizi elə tutun ki hər bir işçinin inkişaf etmək, potensialını bütövlüklə aşkara çıxarmaq və təqdirə layiq nəticələr əldə etmək imkanı olsun.



Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.