BLOQ

Daşınmaz əmlak agentliyində CRM sistemi: nizam-intizamın mənfəətdən üstün tutulması 


Rieltorlar durmadan, fasiləsiz çalışırlar, onların iş prosesini və nəticələrini asanlıqla tənzimləmək mümkündür.     

Bazada yüksək intizam var, məlumatların təkrarlanmasına yol verilmir, işçi heyətinin “özgə” məlumatlarına girişi ciddi şəkildə məhdudlaşdırılıb...  

Agentlikdə əvvəllər əlaqə saxlanılan şəxsə adı və soyadı ilə müraciət edirlər və bu əlaqədən artıq yarım ildən də çox vaxt keçsə də, onun nə axtardığını və nə istədiyini xatırlayırlar…

Bazaya yeni obyekt daxil olduqdan sonra 5 dəqiqə ərzində onunla maraqlana biləcək bir neçə müştəri tapılır…

Bir çox rieltor agentliklərinin rəhbərliyi məhz bu cür intizamlı iş arzusundadırlar. Amma həqiqətdə hər şey başqa cür olur.

Obyektlər və müştərilər haqqında məlumatlar pərakəndə və müxtəlif olur. Bir çox hallarda əməkdaşlar zəng vurmağı, məlumatları yoxlamağı və ya görüş təyin etməyi unudurlar. Əgər müştəri fikirləşmək üçün gedibsə və 2 aydan sonra qayıdıbsa, çox güman ki, artıq onun haqqında heç kim heç nə xatırlamayacaq.

Bu problemlərin həll olunmasında, müştəriyə yönümlülük səviyyəsinin yüksəldilməsində, agentliyin işinin nizama salınmasında və mənfəətin artırılmasında 
daşınmaz əmlak agentliyi üçün CRM sistemi kömək edə bilər. 
 


Rieltor xidmətləri sahəsində ProCRM sisteminin aradan qaldırdığı problemlər.    

  • 1. Bazada məlumatların toplanmasının, seçilməsinin və axtarılmasının çətinliyi.  
  • ProCRM sayəsində Siz Excel fayllarını və yoğun qeyd kitabçalarını, sifarişlərdə baş verən təkrarlanmaları və çaşqınlıqları əməkdaşlara unutdura bilərsiniz. Müştərinin ofisə gəlişindən və ya zəng vurmasından başlayaraq, müştəri haqqında bütün məlumatlar, eləcə də obyektlərlə əlaqədar bütün təfsilatlar bazada olacaq.
  • ProCRM — daşınmaz əmlak agentliyi üçün əlverişli crm sistemidir. Bu sistemi şirkətin tələbatlarına uyğun elə sazlamaq olar ki, ofisləri, evləri və mənzilləri müxtəlif parametrlər üzrə çeşidləmək mümkün olsun. Siz, sadəcə, bir dəfə düyməni sıxmaqla, satış və ya icarəyə verilmək üçün hazır olan obyektləri seçə bilərsiniz.



  • 2. İnsan amili problemi.
    ProCRM sayəsində rieltorların unutqanlığı problemi aradan qalxır. Sistem, iş prosesində, gündəlik vəzifələrinin siyahısının tutulmasında hər bir əməkdaşa kömək edəcək və günün sonunda hansı məsələlərin öz həllini tapmadığını görməyə imkan yaradacaq. Beləliklə, müştərilərə lazımi səviyyədə diqqət ayrılacaq, Siz isə, bir rəhbər kimi, tabeçiliyinizdəki əməkdaşların nə dərəcədə səylə çalışdığını uzaqdan izləyə biləcəksiniz. 




  • 3. Sifarişlərin fasiləsiz qeydiyyatı ilə əlaqədar çətinliklər. 
     
     
     
    ProCRM sayəsində, sifarişin daxil olmasından onun tamamlanmasına qədər,bütünlüklə təhvil-təslim prosesinə nəzarət etmək mümkündür. Əgər hər hansı mərhələdə proses dayanarsa, Siz bunu görərək problemi vaxtında həll edə biləcəksiniz. 




  • 4. Təhlükəsizlik və sənəd dövriyyəsi problemi.
    Sistem müqavilələri tez bir zamanda hazırlamağa və sövdələşməni icra etmək üçün çatışmayan sənədləri müəyyən etməyə imkan yaradacaq.
    Həmçinin, Siz sıravi əməkdaşların zəruri məlumatlara girişini asanlıqla bağlayacaqsınız. Rieltorlar yalnız öz müştərilərini görəcək və yalnız öz sövdələşmələrini icra edə biləcəklər.



  • 5. Müştərinin və ya obyektin tarixçəsini izləməyin imkansızlığı.
    Mənzillər, evlər və ofislər səciyyəvi mal hesab olunur – bu malı dərhal satmaq, yaxud onun alıcısını aylarla gözləmək olar. Daşınmaz əmlak agentliyi üçün CRM sistemi hər bir hadisənin tarixçəsini tez bir zamanda qaldırmağa imkan yaradır. Beləliklə, Siz hətta 10-12 aydan sonra da bütün təfsilatları (hüquqi amilləri, müştərilərin istəklərini və ya mövcud problemləri) asanlıqla aydınlaşdıra biləcəksiniz. Müştərilər Sizin onları tanımağınızdan və onların hadisəsini xatırlamağınızdan qürur duyacaq, Sizin bu üstünlüyünüz barədə başqalarına da danışacaqlar və bu da göstərdiyiniz səylərin müqabilində Sizin əldə etdiyiniz mükafat olacaq.



  • 6. Hesabat problemi.
    ProCRM daşınmaz əmlak agentliyi üçün CRM sisteminin funksiyaları istənilən hesabatları sadə və əyani diaqramlar və qrafiklər şəklində tərtib etməyə imkan yaradır.
    Siz öz menecerlərinizin və rieltorlarınızın işinin göstəricilərini hər gün, hər həftə, hər ay müqayisə edə, keçirdiyiniz görüşlərin, obyekt təqdimatlarının nə dərəcədə səmərəli olduğunu və hansı istiqamətin daha çox mənfəət gətirdiyini müəyyən edə biləcəksiniz.  


  • Rəqib agentliklərlə mübarizə aparmaq üçün güclü silah olan ProCRM hər zaman bir addım öndə olmaqda Sizə kömək edəcək.  

CRM alətləri dəstini əldə etmək üçün bizə müraciət edin!    


Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.