BLOQ

CRM-sistemlərin evolyusiyası 



CRM-sistemlərə maraq durmadan artır, onlar biznesin effektivliyi və resursların yüklənməsi problemlərini həll edir. Məhz buna görə də bu proqram təminatı nəinki funksional mövqeyi və təcrübə ilə, həm də tarixi mövqeləri ilə xüsusi diqqətə layiqdir. CRM-in qısa tarixini sizinlə bölüşmək istərdik. 

 

İlk CRM-sistemlərdə müştərilər barədə bütün məlumat kartlar şəklində idi. Əslində bu bir növ şirkətin kontragentləri barədə baza məlumatların olduğu kartoteka idi.

 

Belə bir kartotekanın klassik nümunəsi Rolodex idi - müştərilərin əlaqə vasitələrinin saxlandığı kartlar kataloqu. Rolodex-ə məlumatı yalnız xüsusi formada əllə əlavə etmək mümkün idi.

 

1970-ci illərdə bütün dünya şirkətlərində fərdi kompüterlərin istifadəsinə başlanıldı və meynfreym - böyük yaddaşlı resursları ilə çox səmərəli universal serverlər erası gəldi.

 

Köhnə Rolodex-in meynfreymlə çalışdığı zamanda, Dallasda biznesin avtomatlaşdırılmasına inqilab hazırlanırdı. 1986-ci ildə Pet Sallivan və Mayk Muni "ACT" sistemini yaratdılar. Automated Contact Tracking adı sistemin bacarıqlarını tam təsvir etmirdi - əslində bu satış prosesinin idarəetməsi və müştərilərlə qarşılıqlı əlaqə üçün proqram təminatı idi.

 

CRM funksionallıq baxımından çox hərəkətlidir - biznesin yeni tələbləri durmadan inkişafı stimullaşdırır. İstifadəçilərə qulaq asmaq və məhz onlara lazım olan istiqamətdə sistemi inkişaf etdirmək lazımdır.

 

80-cı illərin ortalarında marketinq dövrü başlayır. Tarixdə ilk dəfə olaraq məlumat satış strategiyasına inteqrasiya etməyə başladı. Artıq onda Qərbi Avropa və ABŞ biznesi anladı: müştərilərə daha yaxşı xidmət göstərən və onlarla qarşılıqlı münasibətlər quran şirkət satış həyata keçirir və qazanır.

 

90-cı illərin əvvəli artıq bütün dünyada müəssisənin resurslarının planlaşdırılması zamanı idi — sərt rəqabət şəraitində xərclərin optimallaşdırılması problemi birinci yerə çıxmışdır. CRM (Customer Relationship Management) termini 1995-ci ildə istifadə olunmağa başlandı. 

 

1984-ci ildə Tomas Zibel adlı şəxs bir şirkət tərəfindən işə götürüldü və çox keçmədən proqram təminatı distribütoru təyin edildi. Zibel yalnız satış meneceri və ya təlimçi deyil, həm də ən qısa zamanda əməkdaşlar arasında ən yaxşılardan seçildi. Yeri gəlmişkən, onun karyera sirri olduqca sadədir: digərlərindən fərqli olaraq o, bütün nüansları mürəkkəb texniki dildən sadə insan dilinə asanlıqla tərcümə edirdi. Belə uğur Zibeli top-menecer vəzifəsinə yüksəltdi.

 

Üç il sonra Zibel marketinq üzrə direktor təyin edildi və problemlə üzləşdi - onun işçiləri müştərilər barədə pis strukturlaşdırılmış məlumatlar üzündən səy, vaxt və resurslarını itirirdi. Səmərəsizliyi təcili aradan qaldırmaq lazım idi və Zibel satış menecerlərinin müştərilərlə qarşılıqlı əlaqəsini asanlaşdırmaq məqsədi daşıyan proqram hazırladı. Onun bu işi müsbət nəticələndi.

 

1989-ci ildə Zibel rəhbərliyə bu avtomatlaşdırılmış satış informasiya sistemini xarici müştərilərə satmaq təklif etdi. Təklifə rədd cavabı alan Zibel məzuniyyət götürdü və səhm payını sataraq daha şirkətə qayıtmadı.

 

O, 1993-ci ildə keçmiş marketoloq Patrisiya Xauzla tərəfdaşlıq çərçivəsində öz şirkətini təsis etdi. Zibel müştərilərlə ünsiyyət, biznesin müxtəlif sahələrinə tələbat, ehtiyyacların öyrənilməsi və biznes-tələblərinin toplanmasına böyük zaman yetirmişdir. Bu bir tədqiqat işi idi, onun nəticəsi isə ticarət nümayəndələri, satıcılar və çağrı mərkəzləri arasında müştərilər haqqında məlumat paylayan və güclü məlumat bazasına əsaslanan mürəkkəb proqram təminatı idi. Həll müştərinin müxtəlif menecerlərdə təkrarlanma problemini 100% aradan qaldırırdı, üstünlüklər haqqında məlumat toplamağa kömək edirdi, marketinq məqsədləri üçün çalışırdı. 

 

Məhz Zibel CRM sistemə bizim indi KPI, loyallıq proqramı, müştəri analitikası adlandırdığımız alətləri tətbiq etdi. O yalnız CRM satmırdı, o orada işləyirdi və öz müştəri bazasında ideyalarını sınayırdı, hər gün CRM-i düzgün istifadə edərək nə qədər artmağın mümkün olduğunu sübut edirdi. 

 

Bu gün bazarda bir çox CRM-sistemlər mövcuddur. Bəziləri tarixə adını yazıb, bəziləri isə sadəcə keçmişdə qalıb. Tarix davam edir.

 

Biz sizə ən son yeniliklərin tətbiq edilmiş və ölkəmizdə aparıcı şirkətlərin rəğbətini qazanmış CRM sistemimizi təklif edirik! 



Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.