BLOQ

CRM vasitəsilə avtomobil satışlarını ən azı 20%-ə qədər necə artırmaq olar? 


  • Avtomobil satışı sahəsində çalışırsınız və gəlirinizi artırmaq istəyirsiniz?    
     
     
     

  • Satışları artırmaq üçün tədbirlər planı hazırlayırsınız, reklam kampaniyaları keçirirsiniz, personala təlim keçib motivasiya edirsiniz, lakin bu heç bir nəticə vermir?     
     
     

  • Siz hansı mərhələnin - ilkin konsultasiya, görüş və ya test-drayv, daha çox potensial alıcıları itirdiyini və səbəbini bilmirsiniz? 
     
     
     

  •  

    Sizin müştəri bazanız tam strukturlaşdırılmayıb və menecerin yoxluğunda siz müştərilərin hansı “yetkinlik” mərhələsində olduğunu təyin edib, onların nə istədiyini  və onlarla hansı istiqamətdə işləyəcəyinizi bilmirsiniz? 


Bütün bu problemləri  Pro CRM tətbiq etməklə həll etmək mümkündür, potensial alıcılarla işə və avto satışlara yönələn  “ağıllı”  crm. 


Sizin avtosalonu satış konveyerinə çevirəcək  ProCRM-in 8 imkanı. 

  • 1. Strukturlaşdırılmış müştəri bazası. 
     
     
     
     
  • Siz müştəri haqqında yalnız onun adını, soyadını və telefonunu deyil, bütün məlumatlarını biləcəksiniz. ProCRM-də siz müəyyən marka avto bəyənən, maraqlanan müştərilərin siyahısını asanlıqla formalaşdıracaqsınız, onların rəng və komplektasiya baxımından üstünlüklərini biləcəksiniz. Bunun sayəsində də salona yeni avto daxil olduqda siz artıq onu kimə təklif edə biləcəyinizi dərhal biləcəksiniz.     

  • 2. Avtomobil bazası.   
  • Avtomobil haqqında bütün məlumatları vahid bazada saxlayın, təhvil verilən və sifariş edilən avtomobilləri qeyd edin. Digər bazalarla inteqrasiya imkanından faydalanın və lazımi məlumatları yükləyin (endirin). Satışlar üçün ProCRM-in bu funksiyası vasitəsilə  sizin müştərilər heçvaxt “Bağışlayın, səhv baş verib, bu avtomobil artıq bron olunub” ifadəsini eşitməyəcəklər. 


  • 3. Ərizələrin uçotu   
  • CRM ilə müştərinin artıq birinci müraciətindən sonra avtomatik olaraq satış voronkası işə salınır. Ərizə bazaya müştərinin necə gəldiyini (zəng, salonda konsultasiya) qeyd edərək daxil olunur. Dərhal işlərin planı qurulur. Qarışıqlıq baş verməsin deyə bundan belə potensial müştəri ilə məşğul olacaq məsuliyyətli menecer təyin edilir. 


  • 4. Müştərinin tarixçəsini izləmək imkanı.   
  • Müştərinin kartında, onun haqqında və onunla görülən işlər haqqında, tarix və təfərrüatlar qeyd olunaraq bütün məlumatlar toplanır. Hətta bu müştərinin işi ilə məşğul olan menecer işdən azad olsa, xəstələnsə və ya məzuniyyətə getsə, müştəri diqqətdən kənar qalmayacaq. Artıq onun istəklərini, planlarını və üstünlüklərini bilərək müqavilə bağlamaq və avto təhvil mərhələsinə çatdırmaq texnikanın işi olacaq. 


  • 5. Məsələlərin asan planlaşdırılması.   
  • CRM sistemi heç bir işin diqqətdən kənar qalmasına imkan verməyəcək. Müştəri ilə danışıqdan dərhal sonra menecer növbəti fəaliyyəti planlaşdırır: görüşü, zəngi, test-drayvı, müqavilə bağlanmasını. Bu iş təyin edilmiş gündə və saatda avtomatik olaraq onun işlər siyahısında çıxacaq. Hətta unutqan menecer də effektiv işləyəcək və satış göstəriciləri yüksələcək!


  • 6. Sürətli sənəd dövriyyəsi.   
  • Blank  və sənədlər bazası sayəsində CRM ilə satışlar sadələşir. Cəmi bir klik ilə müqavilələri, kommersiya təkliflərini və ərizələri formalaşdırın! Formalaşdırılmış sənədləri vahid reyestrdə saxlayın və kompaniyanın digər bölmələrinə göndərin. Vacib məlumatlarla  kredit, servis və mühasibat bölmələri ilə bölüşün. 



  • 7. Digər həllər və telefoniya ilə inteqrasiya imkanı.   
  • ProCRM asanlıqla ip-telefoniya ilə inteqrasiya olunur və birbaşa brauzerdən müştəriyə zəng etmək, zəngləri yazmaq və  dinləmək  imkanı yaradır. 




  • 8. Məlumat yığımını və təhlili asanlaşdıran faydalı hesabatlar.   
  • Bağlanmış və qüvvədən düşmüş müqavilələri, avtomobillərin təhvil verilməsini, menecerlərin nailiyyətləri və fəallığını, eləcə də istənilən məlumatları qrafik hesabatlar şəklində sistemləşdirin. Analiz edin, “zəif bəndləri” tapın və hərəkət edin! 

ProCRM-i öz şirkətinizdə sınayın! Bizim intellektual crm – sistemi ilə siz potensial alıcılarınızın bütün tələbatlarını biləcəksiniz  və satışları artırmaq üçün heç bir imkanı əldən verməyəcəksiniz!
Digər xəbərlər

Məhsul haqqında ətraflı məlumat almaq üçün müraciət et!

Müraciət anketi

Məhsul haqqında ətraflı məlumat
almaq üçün müracİət et!

Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...

Qeydiyyat

Qeydiyyatınız uğurla başa çatdı!

Tezliklə sizinlə əlaqə saxlanılacaq.