Bank və Sığorta

Pronet MMC 2003-cü ildən başlayaraq bazar iqtisadiyyatının dinamik inkişafa malik sektorlarından olan bank və sığorta şirkətlərinə sənəd dövriyyəsi, insan resursları, layihələr, maliyyə, müştəri münasibətləri və s. sahələrdə idarəetmənin kompleks avtomatlaşdırılması ilə yanaşı call centre həllərini də tətbiq etmişdir. Şirkətimiz bank və sığorta sektorunda xidmətlərin yüksək səviyyədə göstərilməsi, müştəri etibarının və loyallığının artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə təqdim etdiyi həllərlə böyük rəğbət və etibar qazanmışdır.

Pronet MMC müştərilərin hər birinə xüsusi önəm verir. Bizim mütəxəssislər bank üzrə tələbatlarınızın analizini apararaq Sizə eksklüziv həllər və xidmətlər təklif etməyə hazırdır.