Prospect - biznesin idarəetməsi üçün müasir ERP sistem: 1000 problemin həllinə kompleks yanaşma!

Sizin hansı işlə məşqul olduğunuzdan asılı olmayaraq - istehsal, pərakəndə ticarət, daşınmalar və ya xidmətlərin göstərilməsi- iş prosesində, siz 99% ehtimal ilə qondarma insan amilinə görə pul, vaxt və nüfuz itkisi ilə qarşılaşırsınız.

Əməkdaşların səhvi və sistemli yanaşmanın olmaması, biznes proseslərinin təşkilində sıradaki nəticələrə gətirib çıxarır:

  • müştərilər sürət və xidmətin keyfiyyətindən narazılıqlarını göstərirlər;
  • anbarda bir qrup mallar yığışır, digərlərin adları isə çatışmır;
  • çatdırılma müddətləri pozulur;
  • cərimələri və cəzaları ödəyirsiniz;
  • bacardığınızdan daha az əqd bağlayırsınız;
  • теряете клиентов и деньги.

Riskləri minimuma endirməyə, səhvləri çıxarmağa və biznesin idarəsini tənzimləməyə Prospect-in məhsulları kömək edəcək!

ProCRM müşrərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi üçün çoxşaxəli sistemdir. Sizin müştərilər haqqında tonlarla məlumatları toplamaq və sistemləşdirmək, bütün məlumatları seqmentləşdirmək və bir neçə klik ilə təhlil etmək imkanı yaradır.Güclü məlumat bazası, müqavilələrin və onların mərhələlərinin nəzarəti, baza sektorları üzrə təkliflər və aksiyaların fərdi seçimi, analitika üçün çoxlu "hiylələr" ProCRM-in imkanlarının az bir hissəsidir!Ondan istifadə edin və satış səviyyəsini mümkün olduğu qədər artırın!

Prospect modulu, HR sahəsində kadrların və davamiyyətin uçotunda səliqə-sahman yaratmaqda kömək edəcək. ProID ilə böyük kadrlar şöbəsinə ehtiyac qalmır və mühasibatlıq şöbəsinin hesabat işləri xeyli dərəcədə sadələşir. ProID sayəsində Siz kadrların bütöv mənzərəsini görəcəksinizsiz, hər bir işçinin (o cümlədən, paytaxtdan kənar filial və bölmələrdən olanların) onlayn rejimdə yerini və məşğulluğunu biləcəksiniz, eləcə də toplanmış məlumatlar əsasında mükafatlandırmaq və maddi cərimələmək ikmanı əldə edəcəksiniz.

ProCall — istənilən müəssisənin xüsusiyyətlərinə uyğunlaşan, texniki dəstək, servis modulları, hesabatların əyaniləşdirilməsi, ProCRM və ERP sistemlər ilə inteqrasiya edən əlaqə-mərkəzi və telefoniyanın idarəetməsi həllidir.ProCall-da sizin şirkətin telefoniya sistemlərinin səmərəli işləməsi üçün hər şey var: yükün paylanması və fasiləsiz işin təmin edilməsi, səsli xəbərlər və "ağıllı" sazlanan menyu, marketinq modulu, yazıların arxivi, direktorun, administratorların, operatorların funksiyalarının iyerarxik bölgüsü.

ProLog — logistika idarəsi üçün unikal moduldur. Onu quraraq, Siz:

  • işçilərin, nəqliyyat vasitələrinin və anbarların vahid bazasını əldə edəcəksiniz;
  • sifarişləri və yüklərin vəziyyətini idarə edə, onların yerdəyişməsini izləmək və onlayn məlumatlar əldə edə bilərsiniz;
  • anbarlarda malların bölüşdürülməsi və qalıqlarının sayını araşdıra biləcəksiniz

ProLog ilə Siz planlaşdırmanın keyfiyyəti xeyli yaxşılaşdıracaqsınız və vaxtında çatdırılmanı təmin edəcəksiniz!

ProDoc modulu elektron sənəd dövriyyəsinin səmərəli idarəetməsi üçün yaradılıb. O Sizi unudulmuş sənədlərin və cavablandırılmamış məktubların lənətindən birdəfəlik qurtaracaq. Prospectin bu həlli ilə bütün elektron kağızlar qaydaya salınacaq, vaxtında işlənib işə göndəriləcəkdir.

Maliyyə və mühasibat uçotunun avtomatlaşdırılması ProCent ERP-proqramı, xərclərin düzgün qeydiyyata alınmasına, satışların və sövdələrin (o cümlədən kreditlə və möhlətlə istehsal olunanların) maliyyə tərəfini əks etdirməyə, anbar qalıqlarını idarə etməyə, marketinq kampaniyalarının effektivliyini ölçməyə kömək edəcək. ProCent tətbiq edin və maliyyə ilə işinizin asanlığından zövq alın!

Biz durmadan inkişaf edib, bazara ProAskProReports kimi Prospectin yeni həllərini çıxarırıq. Və əminik ki, gələcək innovasiyadan qorxmayanların və öz işini durmadan təkmilləşdirməyə çalışanlarındır.

Bu gün 70-dən artıq yerli və xarici şirkət bizim çoxdilli, asanlıqla qurulan və digər sistemlər ilə inteqrasiya edən məhsulların effektivliyini qiymətləndirib. Bu rəqəm durmadan artmaqdadır.

İxtisaslaşdırılmış yardım almaq və müəssisə proseslərinin avtomatlaşdırılması hesabına problemlərin əksəriyyətini həll etmək istəyirsiniz? Bizimlə əlaqə saxlayın, biz Sizə lazımi həlli seçib, xüsusi olaraq sizin üçün pulsuz nümayiş keçirək!

PRONET şirkəti Code Academy ilə əməkdaşlığa başladı

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”, ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdə kömək edən layihədir.

Daha ətraflı →

Biz "ProSpect Academy" proqramlaşdırma məktəbi açdıq!

Sizi proqramlaşdırma dərslərinə dəvət edirik! Əgər Siz bu sahə ilə maraqlanırsınızsa və təcrübənizi genişləndirib, daha çox bilik əldə etmək istəyirsinizsə, bizim məktəbimizə xoş gəlmisiniz.

Daha ətraflı →

Nəyə görə Prospect ERP?

  • Münasib qiymət
  • Ödənişsiz tədris
  • Çoxdilli interfeys
  • İnteqrasiya imkanı
Xahiş edirik e-mail ünvanı düzgün daxil edin! — Abunə ol! —
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99
Sifariş forması.
Həllərimizin demo versiyasını əldə etmək üçün, zəhmət olmasa aşağıda göstərilən formanı doldurun.
SİFARİŞ ET
Sizə zəng edək...